“Google” rəsmisi tənqidçilərə cavab verdi

21-09-2010 / 13:30

 Google-nin fəaliyyətə başlatdığı “Instant Search” xidməti axtarış dünyasına daha bir yenilikdir.

Hələ şriftləri yazarkən axtarışa başlayan və hər əlavədə nəticələri təzələyən Googlenin axtarışı böyük səs-küy doğurmuşdu.

Google axtarışın istiqamətini dəyişdirən yeniliyi son vaxtlar çox tənqid olunur. Google-nin etdiyi bu dəyişiklik, səhifə yeniləməsindəki reklamların diqqət yayındırması kimi potensial problemləri ilə tənqid olunmuşdu.

Google səlahiyyətlisi Othar Hansson bununla bağlı açıqlamasında bir çox istifadəçinin dəyişikliyə bir neçə dəqiqə içində öyrəşdiyini söyləyib. O bildirib ki, Google bu yeni xüsusiyyətin axtarış mühərriklərinin gələcəyi olduğuna inanır.

Yeniliyin  SEO yəni “Search Engine Optimization” sənayesinə mənfi təsir edəcəyi fikirlərini cavablandıran səlahiyyətlilər texnologiyalarına güvənidiklərini açıqlayıblar. Bu güvənin arxasında da istifadəçilərin sürətlə öyrəşməsi və bu yeniliyi qəbul etməsi durur.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə