“Azercell” “Zərif imzalar” kitabını təqdim edib

15-02-2011 / 17:17

Bu gün “Azercell Telekom” MMC-nin dəstəyi ilə Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının müəllifliyi ilə nəşr olunan “Zərif imzalar” kitabının təqdimatı olub. 

Şirkətdən  verilən məlumata görə, kitab dünyada ən ağır və məsuliyyətli sənətlərdən biri olan jurnalistikanın qadın nümayəndələrinə həsr olunub. Azərbaycanın xanım jurnalistlərinin fəaliyyətindən bəhs edən bu toplu Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova tərəfindən tərtib olunub. “Zərif imzalar”ın ikinci cildi də çapa hazırlanır. Artıq Amerika, Türkiyə, London kitabxanalarının hər birinə “Zərif imzalar”ın 20 nüsxəsi hədiyyə olunub. Yaxın günlərdə isə kitab Amerika universitetlərinin kitabxanalarına da hədiyyə olunacaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə