“Azercell”in və Türkiyənin prezidentləri bir arada

10-12-2010 / 16:05

3-5 dekabr tarixlərində İstanbulda “Beynəlxalq İqtisadi Əməkdaşlıq Platforması” forumu baş tutub.

Toplantıda Türkiyə başda olmaqla Orta Şərq ölkələri arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi, bu münasibətlərin möhkəmlənməsinin yaratdığı yeni imkanlar və s. müzakirə olunub. Şirkətdən verilən məlumata görə, forumun məqsədi Türkiyə ilə digər ölkələrin dövlət adamları, gənc liderlər və öndə gələn iş adamlarını bir araya gətirmək olub.

Dünyanın 26 ölkəsindən qonaqların qatıldığı bu tədbirdə Türkiyə prezidenti Abdulla Gül, Misirin birinci xanımı Suzanna Mübarək, Türkiyənin Xarici işlər naziri Əhməd Davudoğlu, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və digər ölkələrin yüksək rütbəli məmurları iştirak ediblər.

Mötəbər konfransda ölkəmizi Azərbaycanın lider mobil operatoru olan “Azercell Telekom” MMC-nin prezidenti Ali Ağan təmsil edib. A. Ağan auditoriya qarşısında “Telekommunikasiya və İKT” mövzusunda çıxış edib. Azərbaycan-Türkiyə arasında mövcud iqtisadi münasibətlər barədə forum iştirakçılarına məlumat verən Ali Ağan bildirib ki, Azərbaycan iqtisadiyyatına yatırılan sərmayələrini səviyyəsinə görə Türkiyə üçüncü yeri tutur. Çıxışı zamanı A. Ağan “Azercell”in fəaliyyətindən də söz açıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə