Google “qadınlar xəritəsi” mobil tətbiqini istifadəyə verib

09-07-2015 / 11:06

Google-un səyahət proqramlarına əlavə edilən tətbiq ilə gəzdiyiniz yerlərdə bir kəşflə ya da bir hərəkətlə "tarix yazmış" qadınları görə, hekayələrini oxuya bilərsiniz.

Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu proqramla qadınların tarix yazdığı məkanlara yaxınlaşdığınızda telefonunuz titrəyərək xəbərdarlıq etməyə başlayır.

"Qadınlar xəritəsi" (Women on the Map) adlı proqramın yaradıcıları tarixə uğurlu imzalar atmış qadınları göstərir.

Proqram Google-un Field Trip adlı tətbiqinin bir parçası olaraq təqdim edilir. Field Trip fərqli yerləri ziyarət etdiyiniz zaman maraqlı, ecazkar məkanları göstərən proqramdır.

"Qadınlar xəritəsi" mobil tətbiqini aktiv edənlər bir qadının qeyri-adi bir şey etdiyi yerə yaxınlaşdıqlarında titrəmə siqnalı alırlar və o qadın haqqındakı məlumatları mobil tətbiq vasitəsilə oxuya bilirlər.

Tətbiq daha çox 12-22 yaş arasındakı qızlar istifadə edir və bütün dünyada istifadə edilə bilir.

Bu günə qədər proqramda 100 qadın və onların hekayələri yer alır. Ancaq daha çox insanın tətbiqə töhfə verəcəyi gözlənilir.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə