ilkaddimlar.com İnternet portalının yeni versiyası təqdim olunub

16-12-2011 / 19:53
Bu gün Azərbaycanda yeganə İnformasiya Texnologiyaları tədrisini həyata keçirən ilkaddimlar.com İnternet portalının yeni versiyası təqdim olunub.

AİF-in təşkilatçılığı keçirilən təqdimat mərasimində Milli Məclis, Təhsil Nazirliyi, ali məktəblər və müxtəlif ictimai qurumlardan nümayəndələr iştirak edib.

Tədbiri giriş sözüylə açan Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz deyib ki, təhsilin elektronlaşdırılması sahəsindəki 2008-2012-ci illər üçün nəzərdə tutulan dövlət proqramı gələn il sona çatsa da, belə layihələr gələn proqramlarda nəzərə alınmalıdır.
Bu versiyada istifadəçilər nəinki referat və elmi iş yükləyəcək, həmçinin müxtəlif sahələrə aid kitablar və Azərbaycan dilində video dərslikləri izləyəcəklər.

Layihənin rəhbəri Rəşad Əliyev isə çıxışında rəhbəri olduğu layihənin məqsədləri və fəaliyyət istiqamətindən söz açıb. O, bildirib ki, yaxın gələcəkdə Universitetlərin nəzdində İnternet İnstitutları açmaq, İnformasiya Texnologiyaları sahəsində onlayn tədrisin inkişaf etdirilməsi üçün yeni layihələrə qoşulmaq niyyətindədirlər: “Artıq bu işdə müəyyən uğurlara da imza atılıb. Belə ki ,Xəzər Universitetinin nəzdində Xəzər İnternet İnstitutu yaradılıb, Odlar Yurdu Universiteti ilə isə bu tip İnstitutun yaradılmasına dair danışıqlıqlar gedir.”

Bundan başqa, Əliyev bildirib ki, gələcəkdə layihəyə elektron vasitələr və cihazlarla keçirilən tədris formatını əlavə etmək niyyətindədirlər.

Tədbirdə Təhsil Nazirliyi, Təhsilin İdarəolunmasının Məlumat Sistemləri nümayəndəsi Akif Əliyev də çıxış edib: “Bu layihə təhsilin ictimailəşdiyini göstərir. Belə layihələr çoxaldıqca bu sahədə təhsil də təkmilləşəcək”- deyə o bildirib.

Daha sonra tədbir İKT sahəsində təhsillə bağlı fikir və müzakirələrlə davam edib.

Məlumat üçün bildirdək ki, İlk Addımlar layihəsi 2001-ci ildən firststeps.az adı altında fəaliyyət göstərib. Saytdakı elmi işlər, kitablar və referatlar nəinki tələbələrə, həmçinin bu sahədə dərs deyən müəllimlər və geniş ictimaiyyətə də yönəlib.

ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.