Previous Next
Bağla

“İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı və perspektivləri” mövzusunda elmi konfrans keçirilib

18-04-2014 15:25
“İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı və perspektivləri” mövzusunda elmi konfrans keçirilib

Bu gün “Rabitə və İnformasiya Texnologiyaları Mütəxəssisləri” İctimai Birliyinin (RİTM İB) təşkilatçılığı ilə Beynəlxalq Rabitə Akademiyası (BRA) ilə birlikdə “İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı və perspektivləri” mövzusunda elmi konfrans keçirilib.

 

Tədbirdə RİTM İB sədri Siruz Abasbəyli Azərbaycanda İKT sahəsində görülən işlərdən danışaraq ölkədə bu sektor üzrə böyük inkişafın müşahidə olduğunu söyləyib.

 

O bildirib ki, artıq respublika əhalisinin 70 faizindən çoxu internet istifadəçisidir. Ölkə ərazisinin hər bir nöqtəsində beynəlxalq şəbəkəyə qoşulmağın mümkünlüyündən söz açan birlik sədri qeyd edib ki, bu gün nəinki böyük şəhərlərdə, eləcə də hər bir ucqar kənddə internetə çox rahat formada daxil olmaq mümkündür:

 

 “Azərbaycan höküməti ölkədə İKT sahəsinin daha da inkişaf etdirilməsində maraqlıdır. Bu məqsədlə aprel ayının 2-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” təsdiq edildi. Bu strategiya qarşımıza bir sıra hədəflər qoyub. Mən əminəm ki, əldə olunan uğurlar və tutulan inkişaf yolu müəyyən edilən hədəflərə çatmaqda yardımçı olacaq”.

 
 

Azərbaycanda “2013-cü ilin “İKT ili” elan edildiyini və bu il çərçivəsində ölkədə çox mühüm işlərin görüldüyünü deyən S.Abasbəyli ilk telekommunikasiya peykinin orbitə çıxarıldığını və hazırda geniş  xidmətlər təqdim etdiyini xatırladıb.

 
 

 “Elektron hökumət” quruculuğu istiqamətində naliyyətlərin əldə edildiyini də vurğulayan birlik sədri qeyd edib ki, hazırda bütün dövlət orqanlarının göstərdiyi xidmətlər “Elektron hökumət” portalında cəmləşib və əhali ondan rahat formada istifadə edir.

 

Azərbaycanda elektron  imzanın tətbiq olunduğunu, eləcə də “e-imza” sahiblərinin sayının gündən-günə artdığını deyən S.Abasbəyli bu istiqamətdə qanunvericilik sahəsində də mühüm  addımların atıldığını bildirib:

 

 “Bu gün Azərbaycan yüksək texnologiyalar sahəsində naliyyətlər əldə edir. Əldə olunan nəticələr tətbiq olunur. Yeri gəlmişkən qeyd edim ki, Azərbaycanda texnoparklar yaradılıb. Burada yeni fəaliyyətə başlayan şirkətlər üçün geniş imkanlar yaradılıb. Üstəlik, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bütün bunlarla yanaşı, startupların da inkişafı üçün böyük imkanlar yaradıb.  Nazirliyin nəzdində fəaliyyət göstərən İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu startuplara qrantlar və eləcə də kiçik faizli kreditlər verir”.

 
 

Beynəlxalq Rabitə Akademiyasının prezidenti, xanım Ositis Anastasiya Petrovna çıxış edərək bildirib ki, Azərbaycanın əldə etdiyi naliyyətlər sevindiricidir. Bakıya hər gəlişində müxtəlif yeniliklərlə qarşılaşdığını söyləyən BRA prezidenti artıq gördükləri inkişafın onları təəccübləndirmədiyini deyib: “Çünki Azərbaycan sürətli inkişaf yolu tutub. Onun  regionda nüfuzu artmaqdadır. Ölkədə internetin yayılması, elektron xidmətlərin genişlənməsi, heç bir məhdudiyyətin qoyulmaması, azad elektron KİV-in genişlənməsi birbaşa olaraq əhalinin rifahı üçün nəzərdə tutulub”.

 

Daha  sonra Azərbaycan Texniki Universitetinin kafedra müdiri, texnika elmləri doktoru Famil Məmmədov çıxış edərək ölkənin İKT sahəsində əldə etdiyi nailiyyətlərdən və bu istiqamət üzrə inkişaf strategiyasından danışıb: 

 

“Bu gün İKT iqtisadiyyatın inkişaf etdirilməsində, cəmiyyətin informasiyalaşdırılmasında, korrupsiya ilə mübarizədə, cəmiyyətin demokratiyalaşmasında  əsas vasitədir. Hazırda informasiya-kommunikasiya texnologiyaları təhsil, səhiyyə, biznes, dövlət idarəçiliyi sahələrinin tərkib hissəsini təşkil edir”.

 
 

Sonda bir neçə yeni üzv BRA-ya qəbul edilərək onlara xüsusi diplomlar və döş nişanları təqdim olunub. (İctnews)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tezliklə fəaliyyətə başlayacaq

08-04-2013

17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirildi

19-05-2014

“Elektron dövlət quruculuğu problemləri” konfransı keçirilib

04-12-2014

Bakıda “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi” adlı beynəlxalq konfrans keçirilir

12-10-2011

Sumqayıtda İKT-nin inkişafı məqsədi ilə seminar keçirilib

04-12-2008

Osman Gündüz : " İKT sahəsi elə bir sahədir ki, bu sahəyə yatırılan sərmayələrin qayıtması müəyyən müddət tələb edir"

10-04-2013

Təhsil sisteminin informasiyalaşdırılması ilə əlaqədar konfrans keçirilib

12-06-2009

“İKT ili”nin yekunları və ilk telekommunikasiya peykinin orbitə çıxarılmasının birilliyinə həsr olunmuş konfrans keçirilib

09-02-2014

Bakıda Regional Rabitə Birliyinin İnformasiyalaşdırma üzrə Komissiyasının iclası başlanır

17-12-2009

“Elektron Azərbaycan” Dövlət Proqramında simsiz internet

29-10-2010

Elektron Hökumətin inkişafı haqqında Dövlət proqramının Layihəsi müzakirə olundu

12-07-2013

Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd olundu

18-05-2011

RİTN ilə AMEA arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb

29-10-2009

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaxın zamanlarda tam fəaliyyətə başlayacaq

14-06-2013

Bakıda “Telekommunikasiya və informasiya texnologiyaları” konfransı keçirilib

05-11-2009

Azərbaycan nümayəndə heyəti TurkmenTel-2010 sərgi-konfransında iştirak edəcək

15-09-2010

Dövlət Sosial Müdafiə Fondu ölkənin ən çox istifadə olunan elektron xidmətlər siyahısında öncül mövqedə qalmaqda davam edir.

19-06-2014

Bu gün “Azərbaycanda İKT statistikası: reallıq, problemlər və perspektivlər” mövzusunda Dəyirmi Masa keçirilib

19-12-2008

«Elektron Azərbaycan» Dövlət Proqramının ilkin layihəsi hazırlanıb

01-11-2008

Azərbaycan Prezidenti: "İnformasiya-kommunikasiya sektoru çox dinamik inkişaf edir"

15-04-2011

Azərbaycanda hər 100 nəfərdən 95-nin telefonu var

24-11-2010

Regional İnnovasiya Zonaların yaradılması barədə layihənin icrasına başlanacaq

14-10-2009

Elektron hökumətin formalaşmasına həsr olunmuş iclas keçirilib

08-06-2010

Azərbaycan ITU Telecom World 2009-da iştirak edir

05-10-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə