Türkiyәnin tәşәbbüskar universitetlәrindәn olan Özyeğin Universiteti, Azәrbaycanlı gәnclәrin iqtisadi vә finans bilgilәrini güclәndirmәk mәqsәdilә “Virtual Birja” müsabiqәsi elan edib.
“Qafqazinfo”nun məlumatına görə, orta ümumtәhsil mәktәbi 11-ci sinif şagirdlәri, 1-ci vә 2-ci kurs tәlәbәlәrinin qoşula bilәcәyi bu müsabiqәdә bütün iştirakçılara 100 min TL (yüz min Türk lirәsi) mәblәğindә virtual pul verilәcәk. İştirakçılardan İstanbul Menkul Kıymetler Birjasının anlıq mәlumatlarına görә dizayn edilmiş virtual bir proqram içәrisindә investisiya qoyaraq birja әmәliyyatları etmәlәri istәnilәcәk.
Müsabiqәnin qeydiyyatı 6 aprel 2013 tarixindә Baki Türk Anadolu Liseyindә (BTAL) tәşkil olunacaq seminara qәdәr davam edәcәk.
“Virtual Birja” müsabiqәsi mayın 6-da sona çatacaq vә müsabiqәdә әn yüksәk dәyәrdә gәlir portfeli әldә edәn ilk 3 iştirakçı hәdiyyәlәr qazanacaq. Müsabiqәyә qoşulmaq ödәnişsizdir. Müsabiqәnin mәqsәdi gәnclәrin iqtisadi vasitәlәri aktiv bir şәkildә istifadә edә bilmәlәrinә vә bu sahәdә özlәrini inkişaf etdirmәlәrinә şәrait yaratmaqdır.
Birinci yerin qalibinә iPhone 5, ikinci və üçüncü yerin qaliblərinə İpad Mini
hədiyyə olunacaq.
Müraciәt: http://ozyegin.edu.tr/sanalborsa/basvuru