Xeberler.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu İkinci qrant müsabiqəsinin elanını təqdim edir:
"Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu innovativ İKT xidmətlərinin və məhsullarının hazırlanması (tətbiq sahələri: e-ticarət, e-xidmətlər, mobil həllər, istehsal yönümlü yeni məhsullar və texnologiyalar, xidmətlər) mövzusu üzrə qrant müsabiqəsi elan edir:
Müsabiqədə iştirak:
Müsabiqədə Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxslər və Azərbaycan Respublikasında dövlət qeydiyyatı olan hüquqi şəxslər iştirak edə bilərlər.
Müsabiqəyə təqdim olunan layihələrə dair tələblər:
1.Hər bir layihə Fond tərəfindən müəyyən edilmiş mövzuya uyğun olmalıdır.
2. Layihə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 aprel tarixli 853 saylı Fərmanı ilə təsdiq edilmiş"Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaitinin istifadəsi Qaydaları"na və Fondun Müşahidə Şurası tərəfindən təsdiq olunmuş "Qrant müsabiqələrinin təşkili və keçirilməsi Qaydaları"na uyğun tərtib olunmalıdır.
3. Hər bir layihə məsul şəxs hesab edilən layihə rəhbəri ilə təmsil olunmalıdır.
4. Layihə rəhbəri müsabiqə üzrə yalnız bir layihədə (xüsusi əsaslandırılmış hal istisna olmaqla) iştirak edə bilər.
Layihələrin təqdim edilməsi:
Layihələr yalnız Fondun rəsmi internet səhifəsində (www.ictfund.gov.az) yerləşdirilmiş e-qrant bölməsi vasitəsilə onlayn təqdim edilə bilər.
Qiymətləndirmə meyarları:
1. Layihənin məqsəd və vəzifəsinin aydınlığı.
2. Layihənin ölkədə İKT sahəsinin inkişafına verəcəyi töhfə.
3. Layihənin kommersiyalaşdırılma potensialı.
4. Layihənin dəqiq ifadə edilmiş və əsaslandırılmış ideyasının olması.
5. Layihənin innovasiya yönümlü olması və aktuallığı.
6. Layihəyə yerli və xarici investorların cəlb olunması ehtimalı.
7. Layihə rəhbərinin və ya icraçının (icraçıların) əvvəlki yerinə yetirilmiş (yerli və xarici) İKT layihələrində uğurlu iştirakı.
8. Qrant layihəsi üçün tələb olunan maliyyələşdirilmənin məbləğinin məntiqli və reallığa uyğun olaraq ciddi şəkildə əsaslandırılması.
9. Layihədə aparılan iqtisadi hesablamaların dəyərləndirilməsi.
10. Layihənin gələcəkdə ölkə üçün sosial-iqtisadi əhəmiyyəti.
11. Layihənin nəticələrinin əhatəliliyi və onun genişləndirilməsi mümkünlüyü.
12. Layihənin səmərəliliyi və layihənin icrası ilə bağlı risklərin qiymətləndirilməsi.
Müsabiqənin müddəti:
Layihələrin qəbulu 15 oktyabr 2014-cü il tarixdən başlayır və 15 noyabr 2014-cü il tarixdə başa çatır. Layihələrin qəbulu üçün son tarix: 15 noyabr 2014-cü il, saat 18:00.
Müsabiqə qaydaları ilə bağlı əlavə məlumat Fondun rəsmi internet səhifəsində (www.ictfund.gov.az) yerləşdirilib.
Əlaqə:
Ünvan: Bakı şəhəri, İnşaatçılar prospekti 4
Telefon: (+99412) 5383787
Faks: (+99412) 5383789
Elektron poçt: [email protected]
Rəsmi internet səhifəsi: www.ictfund.gov.az"
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri