“Azərkosmos” və “Viasat” arasında tərəfdaşlıq müqaviləsi imzalanıb

03-04-2026 / 12:25

Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) və dünyanın aparıcı peyk rabitəsi şirkətlərindən biri olan “Viasat Inc.” arasında uçuş zamanı internet xidmətlərin (IFC – In-Flight Connectivity) göstərilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.

Xeberler.az məlumat verir ki, müqaviləyə əsasən “Viasat” və “Azərkosmos” Azərbaycan ərazisində fəaliyyət göstərən hava yollarına müasir, yüksək sürətli və etibarlı uçuşdaxili internet xidmətlərinitəqdim edərək müştəri və tərəfdaşlara daha effektiv xidmət göstərəcək.

Bu razılaşma rəqəmsal xidmətlərin genişlənməsinə, hava nəqliyyatında rabitə imkanlarının gücləndirilməsinə və sərnişin təcrübəsinin daha da inkişaf etdirilməsinə töhfə verəcək. Həmçinin tərəfdaşlar arasında Daşkənddə keçirilən Kosmik Texnologiyalar Konfransı (“STC 2026”) çərçivəsində işgüzar görüş keçirilib, müqavilənin təfərrüatları və gələcək əməkdaşlıq istiqamətləri ətraflı müzakirə olunub.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə