Previous Next
Bağla

Müdafiə Nazirliyi sosial şəbəkə istifadəçilərinə yenidən xəbərdarlıq edib

22-04-2016 16:20
Müdafiə Nazirliyi  sosial şəbəkə istifadəçilərinə yenidən xəbərdarlıq edib

Müdafiə Nazirliyi Mətbuat Xidmətindən İşğaldan azad olunmuş ərazilərdən foto və video yayanlara növbəti  dəfə müraciət edib.

Nazirliyin mətbuat xidmətindən Xeberler.az-a verilən məlumatda qeyd edilir ki, Silahlı Qüvvələrimizin keçirdiyi son uğurlu əks-həmlə əməliyyatlarından ruhlanan xalqımız ordumuza müxtəlif sahələrdə hərtərəfli kömək etmək niyyəti ilə dəstəyini əsirgəmir. Azərbaycan əsgərinin uğurlarından qürur duyan vətəndaşlarımızın atdığı bu addımlar könüllülük prinsipi əsasında həyata keçirilib:

“ Bir daha xatırladırıq ki, hər hansı yardımın göstərilməsi ilə bağlı nazirlik rəsmi surətdə heç bir çağırışla çıxış etməyib. Şəxsi təşəbbüslərlə həyata keçirilən istənilən dəstəyə görə Müdafiə Nazirliyi adından hər kəsə dərin təşəkkürümüzü bildiririk. Eyni zamanda qeyd edirik ki, Silahlı Qüvvələrimiz dövlətimizin, şəxsən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə tam əhatə olunub, təminat və təchizat məsələləri yüksək səviyyədə, keyfiyyətlə davamlı surətdə həyata keçirilir”.

Nazirlikdən  bütün sosial şəbəkə istifadəçilərinə bir daha müraciət edib:

“ İşğaldan azad olunmuş torpaqlara səfər edən dövlət, qeyri-hökumət təşkilatları, ictimaiyyət, media nümayəndələri, o cümlədən mədəniyyət və incəsənət xadimləri olduqları ərazilərdə apardıqları foto və videoçəkilişlərini təəssüflər olsun ki, internet informasiya resursları vasitələri ilə yayırlar. Bu foto və videoların yayılmasının müdafiə maraqlarımıza zidd olmasını, hazırda ön xətdə yerləşən hərbi qulluqçularımızın təhlükəsizliyinə təhdid yaradacağını, eləcə də düşmən kəşfiyyatı üçün maraqlı olduğunu nəzərə alaraq sosial şəbəkələrdə şəxsi profillərdə mövcud olan görüntülərin təcili surətdə silinməsi xahiş olunur, gələcəkdə yerləşdirilməməsi təkidlə tövsiyə edilir və hamılıqla bu tədbirdə yaxından iştirak edilməsinə çağırırıq”.

Bundan öncə də nazirlik Facebook istifadəçilərinə məsələ ilə bağlı müraciət etmişdi.

Məltəm Talıbzadə

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nazirlik sosial şəbəkə istifadəçilərinə müraciət edib

28-03-2018

Müdafiə Nazirliyi Facebook istifadəçilərinə müraciət edib

07-04-2016

Nazirlik: Ermənistan növbəti PUA-dan istifadə edib

22-06-2017

Nazirlik ötən il 35 mindən çox elektron müraciəti cavablayıb

10-01-2023

Müdafiə Nazirliyi: Hərbi qulluqçuların mobil telefonlardan istifadə etməsi ilə bağlı qaydalar sərtləşdiriləcək

19-10-2023

Ordumuz strateji əhəmiyyətə malik bir neçə yüksəkliyi və yaşayış məntəqəsini azad edib-Rəsmi

02-04-2016

Azadlıq meydanında hərbi parad keçirilib

26-06-2018

“Nar” Silahlı Qüvvələr Gününü işğaldan azad edilmiş ərazidə xidmət edən əsgərlərlə birgə qeyd etdi

26-06-2021

Ermənilərin işğal olunmuş ərazilərdəki komanda-qərargah məntəqəsi darmadağın edilib-Rəsmi

04-04-2016

“Prezidentin adından yayımlanan video müraciət heç bir reallığı əks etdirmir”- Rəsmi

12-10-2023

Müdafiə Nazirliyinin rəsmi Facebook səhifəsi fəaliyyətə başladı

05-04-2016

Ermənistanın genişmiqyaslı təxribatı nəticəsində şəhidlərimiz olub

13-09-2022

Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində Qaynar xətt yaradılıb

07-04-2016

UNEC Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat köçürüb

09-10-2020

Müdafiə Nazirliyində Fransa ilə kibertəhlükəsizlik üzrə müzakirə aparılıb

27-04-2017

ƏƏSMN-in 66 əməkdaşı səfərbərlik üzrə hərbi xidmətə yola salınıb

30-09-2020

"Sosial şəbəkələrdə Azərbaycan Silahlı Qüvvələri ilə bağlı videomateriallar yaymaq ciddi hüquqi məsuliyyət yaradır"

06-09-2023

Birinci vitse-prezidentdən "Instagram"da Cəbrayıl paylaşımı

04-10-2020

​Ermənistan hərbçilərinə məxsus rabitə vasitələri ələ keçirilib-Foto

09-04-2016

Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədib

13-09-2022

Cəbhədə hərbi əməliyyatlar dayandırıldı-Rəsmi

05-04-2016

Mətbuat Şurası :“Bu video-görüntüləri yaymayın”

28-02-2017

Azərbaycanda ilk dəfə sosial reyestri formalaşdıran portalın təqdimatı keçiriləcək

06-11-2018

XRİTDX-də 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

07-11-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə