Previous Next
Bağla

Nar jurnalistlər ilə görüşüb

11-05-2018 16:26
  Nar jurnalistlər ilə görüşüb

Nar media nümayəndələri ilə ənənəvi görüşünü keçirib.

Xeberler.az bildirir ki, çoxsaylı jurnalistlərin iştirak etdiyi görüşdə mobil operatorun son nailiyyətləri, məhsul və xidmətləri, genişləndirilmiş şəbəkəsi və korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində görülmüş işlər barədə geniş məlumat verilib.

Görüş zamanı, mobil internetdən istifadəçilərin sayına görə Nar-ın ən yüksək yüksək göstəriciyə nail olduğu, mobil internetdən istifadənin həcmində Bakı və Abşeron yarımadasında 88%, bölgələrdə isə 28% artımın müşahidə edildiyi, bir-birindən sərfəli və əlverişli kampaniya və təkliflərin irəli sürüldüyü mətbuat nümayəndələrinin diqqətinə çatdırıldı.

Görüşdə iştirak edən Azerfon şirkətinin baş icraçı direktoru Qunnar Panke jurnalistləri salamlayaraq Nar-ın ən son uğur və nailiyyətləri barədə öz fikirlərini bölüşdü:

“Dinamik inkişaf sayəsində əldə etdiyimiz nailiyyətlər hər birimizi fərəhləndirir. Bu nəticələr mobil rabitə şəbəkəsinin əhəmiyyətli dərəcədə genişləndirilməsi, eləcə də təqdim etdiyimiz yenilikçi xidmətlər və sərfəli qiymətlər sayəsində mümkün olmuşdur. Nar bundan sonra da yüksək inkişaf tempi ilə qarşısına qoyduğu hədəflərə nail olmağa çalışacaq”, - deyə cənab Panke qeyd etdi.

Şəbəkənin daha da gücləndirilməsi istiqamətində atılmış addımlardan bəhs edərkən, 6500-dən çox baza stansiyası ilə müştərilərə yüksəkkeyfiyyətli xidmət göstərildiyi, bölgələrin 4G (LTE) şəbəkəsi ilə təmin edildiyi, təkcə 2018-ci ilin ilk aylarında paytaxt və ölkənin 18 bölgəsində 147 yeni LTE baza stansiyasının quraşdırıldığı, metro stansiyalarında LTE xidmətinin təmin edildiyi, “Formula Azərbaycan qran-prisi” zamanı yarışların keçirildiyi ərazilərdə daha da gücləndirilmiş şəbəkənin təmin edildiyi vurğulandı.  

Qeyd edildi ki, 2017-ci ildə müstəqil beynəlxalq şirkət olan P3 Communications tərəfindən keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən, Nar şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub.

Abunəçilərin tələb və istəklərini hər zaman nəzərə alan Nar müxtəlif məhsul və təkliflər irəli sürüb. Mobil operatorun təqdim etdiyi “Full” paketləri Azərbaycanın mobil rabitə bazarında ilk dəfə olaraq “yanmayan” bonuslar təcrübəsinə əsaslanır. “Qutu” təklifi isə özündə ev üçün fiber-optik internet, rəqəmsal TV, mobil rabitə üçün ölkədaxili bütün istiqamətlərə danışıq dəqiqələri təqdim edən və mobil internet xidmətlərini birləşdirən unikal təklifdir. Xüsusi olaraq bölgələr üçün hazırlanmış “Yerlim” tarifindən yararlanmış abunəçilərin sayında 62% artım müşahidə edilib. Bundan başqa, artıq Nar-ın bütün “Turbo” internet paketlərində WhatsApp pulsuzdur.

Mobil operator uğurlu biznes fəaliyyəti ilə yanaşı, sosial məsuliyyət və ictimai fəaliyyət məsələsinə də xüsusi diqqətlə yanaşır. Nar özünün çoxşaxəli KSM strategiyası çərçivəsində Azərbaycan Texniki Universitetində xüsusi avadanlıqlarla təchiz edilmiş GSM laboratoriyasını tələbələrin istifadəsinə açmış, Microsoft Imagine Cup müsabiqəsini dəstəkləməklə gənc istedadların üzə çıxarılmasına töhfə vermiş, gənclərin sevimli “Brain Ring” intellektual müsabiqəsinə öz dəstəyini davam etdirmiş və müxtəlif sosial aksiyalara imza atmışdır.

Bu il Nar yeni sosial layihə həyata keçirmiş, Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə Novruz bayramında cəbhə bölgəsində yerləşən hərbi hissələrdən birində xidmətdə olan əsgərlərimizi bayram sovqatı ilə təbrik etmişdir. Azərbaycan Respublikası Müdafiə nazirliyi ilə birgə təşkil edilmiş aksiyada əsgər valideynlərinin də iştirakı təmin edilmiş və bu sürpriz vətən keşikçilərində əsl bayram əhval-ruhiyyəsi yaradıb.

Xeberler.az

 

 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“3G və 4G şəbəkəmizi əhəmiyyətli dərəcədə genişləndirdik”

03-05-2018

Nar bölgələrdə LTE şəbəkəsini genişləndirməyə davam edir

11-04-2018

Nar 2018-ci ilin ikinci rübünün nəticələrini açıqladı

28-07-2018

Nar-ın müştəri loyallığı indeksi açıqlandı

13-08-2018

Nar ötən il yüksək nəticələr əldə edib

12-01-2018

Nar mobil internet istifadəçilərinin artım tempinə görə liderdir

05-04-2018

Nar 2017-ci ilin nəticələrini açıqladı

07-12-2017

Nar Gəncədə 4G xidmətini təqdim edib

25-11-2017

Nar metroda LTE xidmətini təqdim edib

07-02-2018

Regionlarda 4G “Nar” şəbəkəsindən istifadə edənlərin sayı iki dəfə artıb

02-12-2019

Nar 45-dən çox bölgəni 4G şəbəkəsi ilə təmin edib

20-02-2019

Nar 4G şəbəkəsi ölkədə ən yüksək göstəricilərə malikdir

14-03-2016

Nar abunəçilərin gündəlik internetə olan tələbatını tam ödəməkdədir

27-02-2019

Nar LTE şəbəkəsini genişləndirir

17-08-2018

Nar-ın LTE şəbəkəsindən istifadə edənlərin sayı açıqlanıb

27-01-2017

Nar 4G istifadəçilərinin sayı yarım milyon oldu

28-11-2018

Nar-ın sərfəli internet qiymətləri müştəri loyallığı indeksini artırır

22-11-2018

Nar 2018-ci ilin yekunları ilə bağlı hesabatını açıqlayıb

13-03-2019

4G Nar şəbəkəsi ölkə əhalisinin 91,5 faizinə xidmət edir

30-09-2019

“Nar” 4G şəbəkəsi Naxçıvanda

09-02-2023

Nar 794 ədəd 4G baza stansiyası quraşdırıb

06-07-2017

Nar müştəri məmnuniyyəti üzrə yüksək artım nümayiş etdirib

15-02-2019

“Nar”-ın 4G şəbəkəsi Ağdam, Füzuli və Goranboyda!

29-06-2019

Nar 194 yeni 3G baza stansiyası quraşdırıb

25-08-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə