Previous Next
Bağla

Nar-dan autizmli uşaqlara dəstək

03-06-2019 15:42
Nar-dan autizmli uşaqlara dəstək

“Nar” 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə autizm sindromlu uşaqlar üçün ölkəmizdə ilk dəfə keçirilən Autizm Mədəniyyət Festivalına dəstək olub. Heydər Əliyev Mərkəzində keçirilmiş festivalda autizim sindromlu uşaqlar incəsənətin müxtəlif sahələrində öz istedadlarını nümayiş etdiriblər.

Xeberler.az bildirir ki, rəqslərlə, solo, xor şəklində ifalar, tanınmış sənətçilərlə birgə çıxışlar ilə zəngin olan festivalda autizm sindromlu uşaqlar podiumda bir model kimi də bacarıqlarını göstəriblər. Festivalın təşkilatçıları "Birgə və Sağlam" İctimai Birliyi, “Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyi və "Ümid var" xeyriyyə könüllüləri olub. Layihə Heydər Əliyev Fondu tərəfindən dəstəklənib.

Autizm sindromlu uşaqlar podiumda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın əsəri köçürülmüş parçadan modelyer Afaq İsmayılovanın hazırladığı kolleksiyanı təqdim ediblər. Festivalda Türkiyədən gələn və autizm sindromlu uşaqlardan ibarət olan İzmir Autizm Orkestri - İZOT xor qrupu maraqlı proqramla cıxış edib. Qonaqların “Autizm nədir?” sualına cavab tapması üçün qısametrajlı animasiya filmi də nümayiş olunub.

Tədbir autizm sindromlu uşaqların öz istedad və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaratmaq, onların sosiallaşmasına, cəmiyyətə inteqrasiya olunmalarına dəstək olmaq məqsədi daşıyır. Qeyd edək ki, “Nar” xüsusi qayğıya ehtiyacı olan insanları daim diqqətdə saxlayır və onların cəmiyyətə inteqrasiya olunması istiqamətində müxtəlif addımlar atır. Mobil operator “autizm spektr pozuntuları” diaqnozlu uşaqlarla bağlı bir neçə layihə icra edib.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7500-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nar autizm sindromlu uşaqlara növbəti dəstəyini göstərib

23-01-2019

Nazirlik autizm sindromlu uşaqlara növbəti dəstəyini göstərib

01-04-2019

Nar-dan autizmli uşaqlara dəstək

02-10-2018

“Nar” “Zirə” Peşəkar Futbol Klubunun tərəfdaşı Olacaq

13-08-2021

“Nar” gənclərin onlayn keçirdikləri tədbirə dəstək olub

16-06-2020

“Nar” qazi müəllimlər haqqında kitabın çapına dəstək olur

28-10-2021

Nar və Avtostop radio verilişindən maraqlı təklif

21-06-2017

Nar rəqəmsal inkişafa öz töhfəsini verməyə davam edir

20-06-2019

Nar 794 ədəd 4G baza stansiyası quraşdırıb

06-07-2017

“Nar Wi-Fi” ilə sən harada, internet orada

31-07-2021

Regionlarda 4G “Nar” şəbəkəsindən istifadə edənlərin sayı iki dəfə artıb

02-12-2019

Nar-dan autizmli uşaqlara dəstək aksiyası

21-04-2018

Nar-dan Yeni İl endirimi

29-12-2017

Nar rəqəmsal inkişafa öz töhfəsini verməkdə davam edir

08-07-2019

“Nar+” tətbiqi yeniləndi!

14-01-2022

NETTY-2019 mükafatına sənəd qəbulu davam edir

08-05-2019

Nar korporativ müştərilərinə ödənişsiz MiFi cihazını təqdim edir

19-04-2019

“Nar”-dan ADA Universitetinin Təqaüd Proqramına dəstək

01-07-2019

Nar-dan yay kampaniyası

15-06-2017

Nar rominq qiymətlərini daha sərfəli edib

30-06-2017

Nar tələbələri mükafatlandırıb

07-07-2017

“Nar” qəbul imtahanlarında yüksək nəticə göstərmiş abituriyentləri mükafatlandırdı

14-08-2018

“Nar” həkimlərə rabitə dəstəyini davam etdirir

25-11-2020

Nar Qurban bayramı münasibətilə pulsuz dəqiqələr hədiyyə edir

21-08-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə