Nar-dan bayram kampaniyası

19-03-2018 / 11:06

Nar operatoru Novruz bayramında daha bir kampaniyaya start verir.

Bu barədə Xeberler.az-a şirkətdən məlumat verilib.

Mobil operatorun Facebook səhifəsində keçirilən kampaniyada iştirak edərək çarxda bəxtlərinə düşən bonusların skrinşotunu müvafiq postun şərhlərində bölüşən Nar istifadəçiləri bayramdan sonra paylaşdıqları bonusları qazanacaqlar.

Bonus növləri aşağıdakı kimidir: 50 MB internet trafiki, 50 şəbəkədaxili danışıq dəqiqəsi, bütün istiqamətlərə 50 SMS.

Qeyd edək ki, bonuslar hər abunəçiyə yalnız bir dəfə-əvvəl qazandığı və ilk bölüşdüyü bonusun növünə uyğun şəkildə təqdim ediləcək.

Mart ayının 27-dən etibarən təqdim ediləcək bonuslardan istifadə müddəti 30 gündür. Əlavə məlumat Nar-ın sosial media səhifələrində təqdim ediləcək.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə