Previous Next
Bağla

Nar-dan sərfəli təklif

01-06-2017 16:36
Nar-dan sərfəli təklif

Nar ölkədə rəqəmsal TV, yüksəksürətli fiber-optik internet və mobil xidmətləri bir paketdə təklif edən ilk mobil operator olub.

Xeberler.az-ın məlumatına görə, “Qutu” təklifindən yararlanan müştərilər rəqəmsal TV, mobil xidmətlər və sabit internet xərclərinə 50%-dək qənaət edir və ayrı-ayrı xidmətlərin aylıq ödənişi üçün vaxt itirmirlər.

“Qutu” təklifi sayəsində istifadəçilər ev və mobil kommunikasiya xidmətləri üçün yalnız bir operatora ödəniş etməyin rahatlığını hiss edirlər. Təklifdən yararlanmaqla abunəçilər təkcə xərclərinə deyil, həm də vaxtlarına qənaət edirlər.

“Qutu” təklifi ilə Nar müştərilərə 50-si HD olmaqla 244 telekanal, sürəti 30 mb/s-yə çatan fiber-optik texnologiya üzərindən yüksəksürətli internet, 1000 dəqiqəyədək ölkədaxili danışıq dəqiqələri, 3 GB-dək mobil internet, eləcə də 2000-dək SMS bonusları təqdim edir. Qutu təklifi abunəçilərin istək və tələblərini nəzərə alaraq 22 manatdan başlayan 5 müxtəlif  paketdən ibarətdir. Üstəlik, Qutu təklifinə qoşularaq öncədən ödəniş etməklə rəqəmsal TV və internet xidməti üçün lazım olan TV-tüner və Wi-Fi ruterini pulsuz əldə etmək mümkündür.

Operator mobil xidmətləri və Nar-CityNet-in dəstəyi ilə təmin olunan rəqəmsal TV və yüksəksürətli fiber-optik interneti bir paketdə təklif edir.  

Müştərilər büdcə və vaxtlarına qənaət edərək yüksəkkeyfiyyətli internet, TV və mobil xidmətlərdən istifadə etməklə yanaşı, həm də “Qutu” xidmətinin 24/7 rejimində fəaliyyət göstərən özəl Müştəri xidmətlərindən yararlana bilirlər. Müştəri xidmətləri ilə əlaqə saxlamaq üçün “Nar” nömrələrindən 771, stasionar telefonlardan isə (012) 444 07 71 nömrəsinə zəng etmək kifayətdir.

Heç yerə getmədən “Qutu”-ya qoşulmağın ən asan yolu isə qutu.nar.az internet səhifəsinə daxil olaraq qeydiyyatdan keçməkdir. İstifadəçiləri maraqlandıran suallar qutu.nar.az saytındakı onlayn çat sayəsində dərhal cavablandırılır.

Qeyd edək ki, “Qutu” təklifi Nar-ın çoxfunksiyalı rabitə strategiyasının tərkib hissəsidir. Bu strategiyanın əsas hədəfi müştərilərə müxtəlif telekommunikasiya xidmətlərini vahid platforma üzərindən təqdim etməkdir. 

“Qutu” təklifi haqqında daha ətraflı məlumatı qutu.nar.az internet səhifəsindən almaq olar.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nar-ın Qutu təklifindən istifadə edənlərin sayı 2 dəfə artıb

30-01-2019

Nar-dan xərclər və vaxta qənaət imkanı

15-03-2018

Nar abunəçilərin gündəlik internetə olan tələbatını tam ödəməkdədir

27-02-2019

Nar Bakutel -də ən son yeniliklərini təqdim edəcək

28-11-2016

Nar-CityNet -dən eyni qiymətə iki dəfəyə qədər artıq sürət

02-08-2016

Nar-dan xüsusi endirimli smartfon

16-01-2018

Nar sosial şəbəkələrdən abunəçilərinə operativ müştəri xidmətləri göstərir

19-02-2019

“Nar”dan abunəçiləri üçün əla təkliflər!

14-10-2021

4G Nar şəbəkəsi ölkə əhalisinin 91,5 faizinə xidmət edir

30-09-2019

“Nar” sərfəli smartfon modellərini təqdim edir

10-10-2024

Nar MiFi paketi ilə 6 aya qədər pulsuz internet təklif edir

13-12-2018

Nar-ın Full paketlərindən istifadə edən abunəçilərin sayı sürətlə artır

18-01-2019

Nar 10 yaşını qeyd edir

12-05-2017

Nar korporativ tarif planlarını daha sərfəli etdi

11-06-2018

"Nar"dan sərfəli smartfon təklifi

29-04-2024

Nar-ın müştərisi ol, sərfəli tariflərdən yararlan

07-08-2019

Nar Cəlilabad Festivalında iştirak etdi

23-05-2023

“Nar” şəbəkəsi ölkəni fasiləsiz və yüksəksürətli internetlə təmin edir

07-04-2020

Nar 2017-ci ilin nəticələrini açıqladı

07-12-2017

Nar 4G şəbəkəsi ölkədə ən yüksək göstəricilərə malikdir

14-03-2016

“Nar” Laçın şəhərində ilk mağazasını açdı

25-11-2023

Nar-dan yeni sərfəli kampaniyalar

24-08-2017

Yanmayan bonuslar “Nar”ın “Full” tariflərində!

31-07-2024

“Nar” metroda şəbəkəsini gücləndirir

02-10-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə