Previous Next
Bağla

Nar Bakutel -də ən son yeniliklərini təqdim edəcək

28-11-2016 16:09
Nar Bakutel -də ən son yeniliklərini təqdim edəcək

Nar Bakutel-2016 22-ci beynəlxalq “Telekommunikasiya və informasiya texnologiyaları” sərgisində iştirak edəcək.

Xeberler.az-ın məlumatına görə, mobil operator hər il olduğu kimi bu il də sərgidə özünün ən son yeniliklərini təqdim etməyi planlaşdırır.

Dörd gün ərzində davam edəcək sərginin qeydiyyat sponsoru olan Nar  sərgi müddətində müasir rabitə tələbləriev üçün internet və IPTV xidmətləri, mobil rabitə üçün danışıq və internet, həmçinin SMS xidmətlərinin vahid platforma üzərindən təqdim edilməsini nəzərdə tutan tamamilə yeni “Qutu” məhsulunu, yüksəksürətli məlumat mübadiləsini təmin edən LTE-A (LTE-Advanced) şəbəkəsini, “Augmented Reality” virtual reallıq texnologiyasını və digər yeniliklərini sərgi iştirakçılarına təqdim edəcək.    

Sərgi zamanı Nar özünün çoxfunksiyalı rabitə strategiyası çərçivəsində təqdim etdiyi “Qutu” məhsulunu ilk dəfə ictimaiyyətin diqqətinə çatdıracaq.

Bu məhsulun əsas mahiyyəti müasir rabitə tələblərinin vahid platforma üzərindən idarə olunmasıdır.

Beləliklə, Azərbaycanda ilk dəfə olaraq Nar özünün “Qutu” məhsulu ilə abunəçilərinə eyni platforma üzərindən mobil rabitə, eləcə də fiber-optik texnologiya əsasında yüksəksürətli sabit internet və IPTV xidmətlərini  vahid ödəniş ilə təklif etməyi planlaşdırır. 

“Qutu” sayəsində abunəçi artıq ayrı-ayrı xidmətləri əldə etmək üçün əlavə vaxt itirməyəcək, bütün xidmətləri bir paketdə əldə edərək ümumi xərclərinə qənaət edə biləcək və həftədə 7 gün 24 saat özəl müştəri xidmətlərindən faydalanmaq fürsəti qazanacaq.  

Qeyd edək ki, bu məhsulu 2017-ci ilin yanvar ayından etibarən əldə etmək mümkün olacaq. Sərgi günlərində Nar Bakutel stendində və ya dekabr ayı ərzində rabitə operatorunun internet səhifəsində (nar.az) qeydiyyatdan keçmiş abunəçilər arasından təsadüfi seçilmiş 100 nəfər “Pulsuz ay” fürsətindən yararlanmaq şansı əldə edəcək.

Sərgidə nümayiş etdiriləcək yeniliklərdən biri də genişləndirilmiş Nar şəbəkəsinin məhsulu olan LTE-A (LTE-Advanced) innovativ texnologiyasıdır. Sərgi iştirakçıları LTE-A test sınamasında iştirak edərək Nar şəbəkəsinin təqdim etdiyi yüksəksürətli internet bağlantısını bilavasitə sınaqdan keçirə biləcəklər.  

Bundan əlavə, Nar stendinin ziyarətçiləri yeni “Yerlim” tarifinin tanıdılması çərçivəsində Azərbaycanda ilk dəfə olaraq ölkə coğrafiyasında virtual səyahət etmək imkanı verən və virtual reallıq texnologiyasına əsaslanan “Augmented Reality” interaktiv turunun birbaşa iştirakçısı ola biləcəklər.  

Nar hər bir kəsi 29 noyabr-2 dekabr 2016-cı il tarixləri arasında Bakı Ekspo Mərkəzində keçiriləcək BakuTel-2016 22-ci beynəlxalq “Telekommunikasiya və informasiya texnologiyaları” sərgisindəki Nar stendinə dəvət edir. 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Nar-ın stendində virtual reallıqla səyahət etmək imkanı

Nar-ın stendində virtual reallıqla səyahət etmək imkanı

30-11-2016
Nar BakuTel-2018 sərgisində iştirak edəcək

Nar BakuTel-2018 sərgisində iştirak edəcək

30-11-2018
Nar Bakutel-in ən cəlbedici stendi seçildi

Nar Bakutel-in ən cəlbedici stendi seçildi

04-12-2015
Nar gələn il LTE Advanced texnologiyasını təqdim edəcək

Nar gələn il LTE Advanced texnologiyasını təqdim edəcək

29-12-2015
Nar Bakutel stendində keçirilmiş müsabiqənin qalibləri

Nar Bakutel stendində keçirilmiş müsabiqənin qalibləri

08-12-2017
“Nar”ın son yenilikləri “BakuTel-2019” sərgisində!

“Nar”ın son yenilikləri “BakuTel-2019” sərgisində!

28-11-2019
Nar-dan sərfəli təklif

Nar-dan sərfəli təklif

01-06-2017
Nar-dan Samsung Galaxy Note 9 qazanmaq fürsəti

Nar-dan Samsung Galaxy Note 9 qazanmaq fürsəti

04-12-2018
BakuTel sərgisində Nar stendinə gəl, müasir smartfon qazan

BakuTel sərgisində Nar stendinə gəl, müasir smartfon qazan

03-12-2019
Nar abunəçilərin gündəlik internetə olan tələbatını tam ödəməkdədir

Nar abunəçilərin gündəlik internetə olan tələbatını tam ödəməkdədir

27-02-2019
Nar-ın Qutu təklifindən istifadə edənlərin sayı 2 dəfə artıb

Nar-ın Qutu təklifindən istifadə edənlərin sayı 2 dəfə artıb

30-01-2019
Nar-dan Samsung Galaxy Note 9 qazanan abunəçi məlum oldu

Nar-dan Samsung Galaxy Note 9 qazanan abunəçi məlum oldu

07-12-2018
Nar “Cloud” korporativ xidmətini təqdim edib

Nar “Cloud” korporativ xidmətini təqdim edib

02-12-2015
“Nar Mobile” nömrəsi alan hər bir yeni abunəçi mobil telefon əldə etmək üçün real imkan qazanacaq.

“Nar Mobile” nömrəsi alan hər bir yeni abunəçi mobil telefon əldə etmək üçün real imkan qazanacaq.

24-11-2010
Nar-dan xərclər və vaxta qənaət imkanı

Nar-dan xərclər və vaxta qənaət imkanı

15-03-2018
Nar metroda LTE xidmətini təqdim edib

Nar metroda LTE xidmətini təqdim edib

07-02-2018
Nar-ın LTE şəbəkəsindən istifadə edənlərin sayı açıqlanıb

Nar-ın LTE şəbəkəsindən istifadə edənlərin sayı açıqlanıb

27-01-2017
4G Nar şəbəkəsi ölkə əhalisinin 91,5 faizinə xidmət edir

4G Nar şəbəkəsi ölkə əhalisinin 91,5 faizinə xidmət edir

30-09-2019
Nar 4G  şəbəkəsi ölkədə ən yüksək göstəricilərə malikdir

Nar 4G şəbəkəsi ölkədə ən yüksək göstəricilərə malikdir

14-03-2016
Nar LTE şəbəkəsini genişləndirir

Nar LTE şəbəkəsini genişləndirir

17-08-2018
Nar media nümayəndələrinə yeni məhsullarını təqdim etdi

Nar media nümayəndələrinə yeni məhsullarını təqdim etdi

06-12-2018
Nar Mobile-dan BakuTel 2009 sərgisində Nokia N97 telefonlarını qazanmaq şansı

Nar Mobile-dan BakuTel 2009 sərgisində Nokia N97 telefonlarını qazanmaq şansı

03-11-2009
Nar Wi-Fi ilə bağ mövsümündə internetsiz qalma

Nar Wi-Fi ilə bağ mövsümündə internetsiz qalma

18-07-2019
Nar Gəncədə 4G xidmətini təqdim edib

Nar Gəncədə 4G xidmətini təqdim edib

25-11-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə