Previous Next
Bağla

Nar abunəçilərin gündəlik internetə olan tələbatını tam ödəməkdədir

27-02-2019 12:00
Nar abunəçilərin gündəlik internetə olan tələbatını tam ödəməkdədir

Ölkənin ən gənc mobil operatoru olan “Nar”, abunəçilərinin yüksəksürətli internetə olan gündəlik tələbatını ödəmək istiqamətində strategiyasını uğurla davam etdirir. 

Xeberler.az  bildirir ki, bu məqsədlə mobil operatorun təqdim etdiyi məhsullarla abunəçilər geniş və yüksəksürətli 4G şəbəkəsindən yalnız mobil telefonlarında deyil, ev və ofislərində də yararlana bilərlər. “Nar”-ın yüksəksürətli internetə çıxış imkanı verən “Qutu”, “Nar Wi-Fi” və “Nar MiFi” məhsulları ölkənin telekommunikasiya bazarında böyük maraqla qarşılanıb. Belə ki, son 1 ayın nəticələrinə əsasən, “Qutu” istifadəçilərinin sayı 50%, “Nar Wi-Fi” istifadəçilərinin sayı 22%, “Nar MiFi” istifadəçilərinin sayı isə 40% artıb.

Qeyd edək ki, “Nar”-ın təqdim etdiyi hər 3 məhsul abunəçilərə innovativ xidmətlərdən yararlanaraq hər zaman onlayn olmağa və sərfəli qiymətə yüksəksürətli internetə çıxış əldə etməyə imkan verir. “Nar”-ın Kommersiya direktoru Qəhrəman Kazımovun sözlərinə görə, “Nar” təqdim etdiyi məhsul və həllərlə abunəçilərin gündəlik həyatlarına rahatlıq gətirən telekommunikasiya şirkətinə çevrilib:

“Nar” olaraq bu istiqamətdə təqdim etdiyimiz məhsullar müasir dövrün tələblərinə, abunəçilərin ehtiyac və istəklərinə uyğundur. Müştəriyönümlü brend strategiyamıza əsaslanaraq, “Nar” bundan sonra da təqdim etdiyi məhsul və həllərlə müştərilərinin gündəlik həyatlarında etibarlı tərəfdaş olmağı hədəfləyir.“

Qeyd edək ki, “Nar Wi-Fi” yeni mənzilə, ofisə və ya bağ evinə köçənlər, yaxud evində ənənəvi internetə qoşula bilməyənlər üçün ən münasib məhsuldur. “Nar Wi-Fi” sayəsində 30-dan artıq cihaz eyni anda istənilən məkanda sərfəli qiymətə yüksəksürətli internetə (LTE / 4G) çıxış əldə edir. Mobil operatorun təqdim etdiyi digər məhsul - “Nar MiFi” ilə abunəçi olduğu yerdən asılı olmayaraq, hər zaman onlayn olur və sərfəli qiymətə yüksəksürətli internetə çıxış əldə edir. “Nar MiFi” cihazını istifadəçi istənilən yerə apara və interneti dostları və yaxınları ilə asanlıqla paylaşa bilər.

“Nar”-ın təqdim etdiyi “Qutu” isə Azərbaycanın rabitə bazarında ev üçün fiber-optik internet, rəqəmsal TV və mobil rabitə xidmətlərinin bir paketdə təqdim edildiyi ilk təklifdir. “Qutu” təklifi ilə “Nar” müştərilərə 50-si HD olmaqla 240-dan çox telekanal izləmək, fiber-optik texnologiya üzərindən yüksəksürətli internet, ölkədaxili danışıq dəqiqələri, mobil internet və SMS bonusları təqdim edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nar MiFi paketi ilə 6 aya qədər pulsuz internet təklif edir

13-12-2018

Nar Wi-Fi ilə bağ mövsümündə internetsiz qalma

18-07-2019

Nar-ın müştərisi ol, sərfəli tariflərdən yararlan

07-08-2019

Nar-ın Qutu təklifindən istifadə edənlərin sayı 2 dəfə artıb

30-01-2019

Nar Wi-Fi ilə 4G artıq evinizdə

03-12-2018

Nar-dan sərfəli təklif

01-06-2017

Nar gələn il LTE Advanced texnologiyasını təqdim edəcək

29-12-2015

“Nar Wi-Fi” ilə sən harada, internet orada

31-07-2021

Nar media nümayəndələrinə yeni məhsullarını təqdim etdi

06-12-2018

Nar 4G istifadəçilərinin sayı 1 il ərzində 2 dəfədən çox artıb

17-04-2019

4G Nar şəbəkəsi ölkə əhalisinin 91,5 faizinə xidmət edir

30-09-2019

Nar 4G istifadəçilərinin sayı 24 faiz artıb

29-08-2018

Nar-dan xərclər və vaxta qənaət imkanı

15-03-2018

Nar İsmayıllıda 4G şəbəkəsini qurdu

20-09-2018

Nar-dan xüsusi endirimli smartfon

16-01-2018

Nar-ın Full paketlərindən istifadə edən abunəçilərin sayı 40 faiz artıb

04-10-2018

Nar 4G şəbəkəsi ölkədə ən yüksək göstəricilərə malikdir

14-03-2016

Nar-ın Full paketlərindən istifadə edən abunəçilərin sayı sürətlə artır

18-01-2019

Son 1 ildə “Nar”ın 4G istifadəçilərinin sayı 66 faiz artıb

26-05-2020

Nar-ın Full paketi ilə qalıq bonusları növbəti ayda istifadə et

08-10-2019

“Nar” şəbəkəsi ölkəni fasiləsiz və yüksəksürətli internetlə təmin edir

07-04-2020

Nar 2018-ci ilin yekunları ilə bağlı hesabatını açıqlayıb

13-03-2019

Nar Bakutel -də ən son yeniliklərini təqdim edəcək

28-11-2016

Nar korporativ müştərilərinə ödənişsiz MiFi cihazını təqdim edir

19-04-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə