Previous Next
Bağla

Nar-ın Qutu təklifindən istifadə edənlərin sayı 2 dəfə artıb

30-01-2019 17:06
Nar-ın Qutu təklifindən istifadə edənlərin sayı 2 dəfə artıb

Ölkənin ən gənc və innovativ mobil operatoru “Nar”-ın abunəçilər üçün ev və mobil xidmətlərini bir yerdə təqdim etdiyi “Qutu” istifadəçilərinin sayı sürətlə artmaqdadır.

Xeberler.az  bildirir ki, 1 il ərzində “Qutu” istifadəçilərinin sayı 2 dəfə çoxalıb. Artıma səbəb yüksəkkeyfiyyətli xidmət, sərfəli qiymət və təklif, əhatə dairəsinin geniş olması, eyni zamanda müştərilərlə mütəmadi ünsiyyətin qurulmasıdır.

Qeyd edək ki, “Qutu” ev üçün fiber-optik internet, rəqəmsal TV və mobil rabitə üçün ölkədaxili bütün istiqamətlərə danışıq dəqiqələri təqdim edir və mobil internet xidmətlərini birləşdirir. “Qutu” təklifinə qoşulanlar yalnız innovativ xidmətlərdən yararlanmır, eyni zamanada xərclərinə və vaxtına qənaət edə bilirlər. Bundan başqa, istifadəçilər rabitə xərclərini 50%-dək azaldırlar.  

“Qutu” təklifi abunəçilərin istək və tələblərini nəzərə alaraq 5 müxtəlif  paketdən ibarətdir.“Nar” müştərilərə 50-si HD olmaqla 240-dan çox telekanal izləmək, fiber-optik texnologiya üzərindən yüksəksürətli internet, ölkədaxili danışıq dəqiqələri, mobil internet və SMS bonusları təqdim edir. “Qutu” istifadəçiləri qeyd edilən bütün xidmətlər üçün yalnız bir operatora ödəniş edirlər. Bundan başqa, “Qutu” təklifinə qoşularaq, öncədən ödəniş etmək istəyənlər rəqəmsal TV və internet xidməti üçün lazım olan TV-tüner və Wi-Fi ruterini pulsuz əldə edə bilir.

Qeyd edək ki, “Qutu” Azərbaycanın rabitə bazarında fiber-optik internet, rəqəmsal TV və mobil rabitə xidmətlərinin bir paketdə təqdim edildiyi ilk təklifdir. “Qutu” təklifi “Nar” və “CityNet” provayderi tərəfindən təqdim olunur. Təkliflərdən yararlanmaq, əhatə dairəsi haqqında məlumat almaq və onlayn sifariş üçün qutu.nar.az saytına daxil olmaq yetərlidir. Müştərilər “Qutu” xidmətinin özəl müştəri xidmətlərindən də yararlana bilirlər. Müştəri xidmətləri ilə əlaqə saxlamaq üçün “Nar” nömrələrindən 771, stasionar telefonlardan isə (012) 444 07 71 nömrəsinə zəng etmək kifayətdir.

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nar-dan sərfəli təklif

01-06-2017

Nar-dan xərclər və vaxta qənaət imkanı

15-03-2018

Nar abunəçilərin gündəlik internetə olan tələbatını tam ödəməkdədir

27-02-2019

Nar Bakutel -də ən son yeniliklərini təqdim edəcək

28-11-2016

Nar-ın Full paketlərindən istifadə edən abunəçilərin sayı 40 faiz artıb

04-10-2018

Nar-ın Full paketlərindən istifadə edən abunəçilərin sayı sürətlə artır

18-01-2019

Nar-CityNet -dən eyni qiymətə iki dəfəyə qədər artıq sürət

02-08-2016

Nar-ın Full paketi ilə qalıq bonusları növbəti ayda istifadə et

08-10-2019

Nar müştəri məmnuniyyəti üzrə yüksək artım nümayiş etdirib

15-02-2019

Nar 4G istifadəçilərinin sayı 1 il ərzində 2 dəfədən çox artıb

17-04-2019

Nar-ın LTE şəbəkəsindən istifadə edənlərin sayı açıqlanıb

27-01-2017

Nar jurnalistlər ilə görüşüb

11-05-2018

Nar-dan gənclərə hədiyyə

02-02-2018

“Nar” 4G istifadəçilərinin sayı artıb

02-11-2021

50 minədək Nar abunəçisi bu paketə qoşulub

13-04-2018

“Nar” sərfəli smartfon modellərini təqdim edir

10-10-2024

Nar Mobile Azərbaycana 4G xidmətini gətirir

20-02-2015

Nar-ın korporativ müştərilərinin sayı artmaqdadır

14-01-2019

Nar 4G istifadəçilərinin sayı yarım milyon oldu

28-11-2018

Nar Wi-Fi ilə bağ mövsümündə internetsiz qalma

18-07-2019

“Qara qutu”ların məlumatları əvvəllər internetdə dərc olunmuş informasiyadan fərqlidir

24-01-2025

“Nar”dan abunəçiləri üçün əla təkliflər!

14-10-2021

Nar-dan xüsusi endirimli smartfon

16-01-2018

Abunəçilər Nar-ın Müştəri xidmətinin fəaliyyətini yüksək qiymətləndirir

16-11-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə