10 yaşını qeyd edən Nar abunəçilərini sevindirməyə davam edir.
Xeberler.az-ın məlumatına görə, mobil operator bu 10 il ərzində onunla bərabər olmuş ən sadiq abunəçilərinə 200 şəbəkədaxili dəqiqə və 1 GB internet trafiki hədiyyə edib.
10 illik münasibətilə mobil operator yeni “Dostunu “Nar”-a gətir” kampaniyasına start verdi. Kampaniya çərçivəsində dostları və ya yaxınlarını Nar ailəsinə gətirmiş hər bir istifadəçiyə balans üçün “mobil pul” qazanmaq imkanı yaradılır. Beləliklə, dostuna Nar ailəsinə qoşulmağı tövsiyə etmiş hər bir abunəçinin balansına 5 ay müddətində hər dəfə dostunun öz balansını artırdığı məbləğdə pul yüklənir.
Bu gün 10 yaşı tamam olan Nar 2007-ci ildə Nar Mobile ticarət nişanı ilə kommersiya fəaliyyətinə başlamış və qısa bir müddətdə Azərbaycanda telekommunikasiya sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. 2015-ci ildə Azərbaycanın tarixi irsi və ənənələrini əldə rəhbər tutaraq seçilmiş Nar ticarət nişanı ölkənin zəngin mədəni irsinin çağdaş həyatla bağlılığını simvolizə edir.
Nar hər bir kəsin faydalana biləcəyi istisna dəyər – gerçək bir milli rəmzdir. Təklif etdilən xidmət çeşidlərinin ticarət nişanında tam olaraq öz əksini tapması üçün “mobile” ifadəsindən imtina edilib. Bu gün mobil rabitə xidmətləri ilə yanaşı, eyni zamanda sabit internet və rəqəmsal TV xidmətlərini də təklif edirik:
“İnanırıq ki, bu gün Azərbaycanda rabitə xidmətlərindən lazımi səviyyədə yararlana bilməyən böyük bir istifadəçi kütləsi vardır. Bu qrupa daxil olan insanlar əlverişli qiymətlərlə rabitə xidmətlərindən faydalanmaq istəyirlər. Bizim bütün təkliflərimiz bir məqsədə xidmət edir: telekommunikasiya və əyləncə xidmətləri hamını əhatə etməlidir. Biz fərqli ehtiyacları qarşılayan müxtəlif səpkili sadə və sərfəli təkliflərlə çıxış etməyə davam edəcəyik. Bura həm mobil rabitə və mobil internet, həm də ev üçün sürətli fiber-optik internet və yüksəkkeyfiyyətli TV xidmətləri daxildir. Ən yaxşı qiymət-keyfiyyət nisbətini nəzərə alaraq, bütün bu xidmətləri bir paketdə almaq daha əlverişlidir”, - deyə Nar-dan bildiriblər.
Nar-ın kampaniya, məhsul və layihələri haqqında nar.az internet səhifəsindən ətraflı məlumat almaq olar.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri