Previous Next
Bağla

Nar dilerlərlə birgə ötən ilin nəticələrini müzakirə edib

07-05-2019 09:17
Nar dilerlərlə birgə ötən ilin nəticələrini müzakirə edib

Ölkənin ən gənc mobil operatoru “Nar” satış şəbəkəsinin nümayəndələri ilə keçirdiyi görüşdə 2018-ci ilin nəticələrini açıqlayıb və ötən ilin müvəffəqiyyətli bir il olduğunu elan edib. 

Xeberler.az bildirir ki, təqdim etdiyi yüksəkkeyfiyyətli mobil rabitə xidmətləri və müştəriyönümlü fəaliyyəti ilə seçilən mobil operatorun yeni abunəçilərinin sayı ötən il ərzində 22 faiz artıb. Dilerlər sağlam və dayanıqlı iş birliyinə əsaslanan fəaliyyət nəticəsində ümumi satışın 65 faizini həyata keçiriblər ki, bunun da 68 faizi Bakı, 32 faizi isə regionların payına düşür. 

“Nar”ın kommersiya direktoru Qəhrəman Kazımovun sözlərinə görə, “Nar”ın əsas hədəfi şirkətin müştəriyönümlü brend strategiyasını satış şəbəkəsinin fəaliyyətində də əks etdirməkdir:

“Nar” olaraq pərakəndə satış bazarında yeni bir inkişaf yolunun başlanğıcındayıq. Bizim kompakt, lakin çox aktiv fəaliyyət göstərən rəsmi diler şəbəkəmiz var. 2019-cu ilin mühüm planlarından biri diler şəbəkəmizi müasir tələblərə uyğun yeniləmək, təkmilləşdirmək və genişləndirməkdir. Bununla da, məqsədimiz “Nar” dükanlarını ziyarət edən müştərilərimizə üstün müştəri xidməti göstərmək, onların tələblərinə uyğun asan və rahat təkliflər irəli sürmək, bir sözlə, mükəmməl müştəri təcrübəsini təmin etməkdir”.

“Nar” cari ildə satış şəbəkəsinin genişləndirilməsi məqsədilə dükan sayını 90-a çatdırmağı, bütün dükanlarda şirkətin brend strategiyasını əks etdirmək üçün yenilənmə işləri həyata keçirməyi, eyni zamanda, effektiv fəaliyyət və müasir müştəri təcrübəsini təmin etmək üçün prosesləri müasir standartlara uyğun olaraq təkmilləşdirməyi qarşısına hədəf qoyub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nar bir çox xidmətlər və məhsullar üzrə yeniliklər edəcək

29-05-2019

Nar 2018-ci ilin yekunları ilə bağlı hesabatını açıqlayıb

13-03-2019

Nar yarım ilin hesabatını və yenilənmiş brendini təqdim etdi

28-09-2018

“Nar” ardıcıl 4 ildir, Müştəri Loyallığı İndeksində liderdir

29-03-2023

“Nar” satış və xidmət şəbəkəsi artıq Şamaxıda!

02-04-2024

Qunnar Panke: “Üstün xidmət müştərilər qarşısında əsas vədimiz və öhdəliyimizdir"

13-07-2021

Nar 2019-cu ilin birinci rübünün nəticələrini açıqlayıb

26-04-2019

“Nar” metroda şəbəkəsini gücləndirir

02-10-2023

“Nar” paytaxt və regionlarda yenilənmiş xidmət mərkəzlərini təqdim edir

12-04-2021

Nar yeni dizaynlı mağazasını təqdim edib

26-07-2018

“Nar” satış şəbəkəsinin təmsilçiləri ilə görüş keçirib

25-12-2023

“Nar” Müştəri Xidmətləri artıq KOBİA-da

15-03-2023

“Nar” Bakıda yenilənmiş mağazalarını təqdim edib

16-12-2021

Nar ilin mobil operatoru seçilib

22-02-2018

Nar İlin mobil operatoru mükafatına layiq görüldü

12-03-2019

“Nar” Qaxda yenilənmiş mağazasını təqdim edib

02-12-2021

“Nar” müştəri məmnuniyyəti üzrə göstəricilərini artırmağa davam edir

31-07-2023

“Nar” müştəri məmnuniyyəti üzrə göstəricilərini artırmağa davam edir

31-07-2023

"Nar" Çağrı Mərkəzinə zəng edənlərin əksəriyyəti xidməi yüksək qiymətləndirib

23-02-2022

“Nar”ın regionlar üzrə 4G istifadəçilərinin sayı artıb

19-05-2021

Bakıda Nar Mobile VİP Satış Mərkəzi istifadəyə verilib

15-07-2008

“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında

29-04-2025

"Nar" mağazalarını yeniləməyə davam edir

12-12-2022

Nar-dan qiyməti cəmi 4 manat olan yeni tarif

28-04-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə