Xeberler.az bildirir ki, “Nar” karantin müddətində abunəçilərinin artan telekommunikasiya tələblərinə cavab vermək üçün şəbəkə dayanıqlılığını tam şəkildə təmin edir. Mobil operator həm paytaxt, həm də region sakinlərinin mobil rabitə tələblərini tam ödəmək, eyni zamanda onları yüksəksürətli, kəsintisiz internetlə təmin etmək məqsədilə bütün baza stansiyaları üzrə şəbəkə tutumunu əhəmiyyətli dərəcədə genişləndirib. Mobil rabitə şəbəkəsinin stabilliyini təmin etmək və şəbəkə istifadəçilərinə dəstək olmaq məqsədilə, 24/7 rejimində şəbəkə üzrə təhlillər və optimizasiya işləri həyata keçirilir, texniki heyət isə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Bildirək ki, abunəçilər "Nar"ın sərfəli şərtlərlə təqdim etdiyi müxtəlif internet paketləri ilə indi daha çox ünsiyyətdə olurlar. Belə ki, əvvəlki dövrlə müqayisədə karantin müddətində "Nar" şəbəkəsində internetdən istifadənin həcmi 20% artıb.
Hazırda “Nar”ın 4G və 4/4.5G texnologiyalı baza stansiyaları ölkənin 54 regionunda əhalini yüksəksürətli internet və zəng xidmətləri ilə təmin edir. Operator ötən il ərzində 4G/4.5G baza stansiyalarının coğrafi əhatə dairəsini 245%, ölkə əhalisi üzrə əhatə dairəsini isə 80% artırmağa nail olub..
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri