“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında

29-04-2025 / 12:36

Sərfəli rabitə xidmətləri ilə tanınan “Nar” indi Heydər Əliyev Beynəlxalq Aeroportunda abunəçilərinə xidmət göstərir. Yeni fəaliyyətə başlayan “Nar” satış mərkəzi həm yerli vətəndaşlara, həm də ölkəmizə gələn turistlərə rahat şəkildə mobil xidmətlərə çıxış imkanı yaradır.

Xeberler.az bildirir ki, 24 saat fasiləsiz fəaliyyət göstərən bu mərkəz “Nar”ın ölkə üzrə müasir standartlarla qurulan satış şəbəkəsinin bir hissəsidir və ölkəmizə gələn qonaqlar, həmçinin yerli sakinlər üçün mobil nömrə əldə etmək prosesini daha da asanlaşdırır. Hava limanı kimi strateji ərazidə belə bir xidmətin təqdim olunması operativlik və əlçatanlıq baxımından müştərilər üçün mühüm üstünlük yaradır.

“Nar”ın digər satış və xidmət mərkəzləri haqqında ətraflı məlumatla bu keçid vasitəsilə tanış ola bilərsiniz: https://www.nar.az/senin-ucun/xerite/

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə