NASA “Boeing”in iki astronavtını doqquz ay Beynəlxalq Kosmik Stansiyada saxlayan uğursuz “Starliner” missiyası ilə bağlı geniş hesabat hazırlayıb. Hesabatda agentliyin və onun uzunmüddətli podratçısı şirkətinin astronavtları Yerə təhlükəsiz şəkildə necə qaytarmaq barədə razılığa gələ bilmədikləri qeyd edilir, rabitə pozuntuları və qeyri-peşəkar davranışlar ətraflı şəkildə təsvir olunur.
Xeberler.az “Reuters”ə istinadən məlumat verir ki, NASA-nın inzibatçısı Cared İsaakman keçən il başa çatan “Boeing” şirkətinin ilk ekipaj missiyasının arxasındakı texniki və nəzarət çatışmazlıqlarını ətraflı izah edən 300 səhifəlik hesabatın dərc olunması ilə əlaqədar keçirilən mətbuat konfransında “Starliner” missiyasının səhvlərinin təfərrüatlarını açıqlayıb.
O qeyd edib ki, “Starliner” kosmik gəmisində aradan qaldırılması vacib olan dizayn və mühəndislik çatışmazlıqları var, lakin bu araşdırmanın aşkar etdiyi ən narahatedici nöqsan aparat təminatı deyil. NASA-nın rəhbəri əlavə edib ki, nəzarət edilməsə, insanların kosmik uçuşuna uyğun olmayan bir mədəniyyət formalaşa bilər.
“Starliner”in texniki çatışmazlıqları ucbatından NASA astronavtlar Batç Vilmor və Sani Uillyamsı əvvəlcə təxminən bir həftə davam etməsi planlaşdırılan yüksək riskli sınaq missiyasında doqquz ay ərzində Beynəlxalq Kosmik Stansiyada saxlayıb.
Hesabata görə, “Boeing” və NASA rəsmiləri kosmik heyəti Yerə necə qaytarmaq barədə gərgin görüşlər keçiriblər. Bu görüşlərdə qeyri-peşəkar davranış və etik normaları aşan mübahisələr agentliyin sağlam texniki müzakirə və böhranları idarəetmə normalarına zidd olub.
Noyabr ayında tamamlanan və adı açıqlanmayan NASA rəsmiləri ilə müsahibələrə istinad edən hesabatda deyilir ki, aparılan söhbətlər zamanı Agentlik rəsmiləri missiyanın əvvəlində, texniki fikir ayrılıqları zamanı müdafiə xarakterli, sağlam olmayan, mübahisəli görüşlərdən bəhs ediblər. NASA-nın bir rəsmisi bildirib ki, görüşlərdə etik normaları aşan qızğın çıxışlar edilib . Bu müzakirələr emosional cəhətdən gərgin və səmərəsiz olub. Başqa biri isə bildirib ki, bu, iştirak etdiyi ən çirkin mühit olub. O əlavə edib: “Komandalar arasında münaqişələrin həlli üçün aydın bir yol yox idi. Bu, bir çox pozulmuş münasibətlərə və emosional çıxışlara səbəb oldu”.
Öz növbəsində, “Boeing” açıqlamasında bildirib ki, hərtərəfli araşdırma və ona töhfə vermək imkanı yaratdığı üçün NASA-ya minnətdardır. Şirkət əlavə edib ki, “Starliner”in texniki problemlərini həll etməkdə irəliləyiş əldə olunub və missiyanın tərkibində təşkilati dəyişikliklər edilib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları