İyunda kosmosa uçan “Boeing Starliner” gəmisi pilotsuz vəziyyətdə geri qayıdır.
Xeberler.az Azərtac-a istinadən məlumat verir ki, ABŞ saatı ilə axşam saatlarında Beynəlxalq Kosmik Stansiyanı tərk edən gəminin bir neçə saat sonra Nyu-Meksiko ştatında yerə eniş etməsi gözlənilir. Ekipaj üzvləri Suni Uilyams və Batç Vilmor isə orbitdəki laboratoriyada daha 5-6 ay qalmalı olacaqlar.
NASA ilə kontrakt əsasında “Boeing” şirkəti tərəfindən yaradılmış “Starliner” NASA astronavtlarının iştirakı ilə ilk uçusunu iyunun 5-də reallaşdırıb. Sınaq missiyasının təxminən bir həftə çəkməsi gözlənilsə də, gəminin mühərrikindəki problemə və ardından helium sızmasına görə gəmi ekipajla birlikdə stansiyanı tərk edə bilməyib. Mütəxəssislər problemi aradan qaldıra bilmədiyi üçün gəminin Yerə ekipajsız qayıtmasına qərar verilib. Astronavtların fevrala kimi Beynəlxalq Kosmik Stansiyada qalması və “SpaceX”-ə məxsus “Crew Dragon” kosmik gəmisi ilə geri qayıtması planlaşdırılır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri