Previous Next
Bağla

Naxçıvanda “Kiber suverenlik” konfransı keçirilib

21-05-2025 11:42
Naxçıvanda “Kiber suverenlik” konfransı keçirilib

Naxçıvanda Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı, Milli Kibertəhlükəsizlik Mərkəzinin və “Caspel” MMC-nin əsas tərəfdaşlığı, “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC və “Şərq qapısı” qəzetinin media tərəfdaşlığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Kiber Suverenlik” konfransı keçirilib.

Xeberler.az məlumat verir ki, konfransda əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Kibertəhlükəsizlik mövzusunda videoçarx nümayiş etdirilib.

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası İdarə Heyətinin sədri Pənah Musayev diqqətə çatdırıb ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində ölkəmizdə kibersuverenlik mövzusunda keçirilən ilk konfransın Naxçıvanda baş tutması özündə dərin simvolik məna daşıyır. Çünki Naxçıvan Azərbaycanın müstəqilliyi və suverenliyi tarixində bir çox ilkin və xüsusi əhəmiyyətli mühüm qərarların verildiyi məkandır. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə burada ilk dəfə Sovet İttifaqının tərkibindən çıxmaq niyyəti rəsmi bəyan edilib, SSRİ-nin saxlanılması ilə bağlı qeyri-qanuni referendum açıq şəkildə boykot olunub, Azərbaycanın Xalq Cümhuriyyətinin üçrəngli bayrağı 70 ildən sonra yenidən dövlət rəmzi kimi qaldırılıb. Bütün bu tarixi faktlar Naxçıvanın suverenliyimiz və milli iradəmiz naminə ön planda olduğunu bir daha təsdiq edir.

Texnologiyanın sürətli inkişafı və bütün sahələr üzrə rəqəmsallaşmağa keçidin, eyni zamanda, yeni riskləri və təhlükəsizlik təhdidlərini gündəliyə gətirdiyini bildirən Pənah Musayev əminliyini ifadə edib ki, konfransda aparılacaq müzakirələr kibersuverenlik anlayışının ölkəmizdə konseptual şəkildə formalaşmasına, gələcək milli strategiyaların müəyyənləşdirilməsinə və bu sahədə davamlı əməkdaşlıqların qurulmasına mühüm töhfə verəcək.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik əməliyyatları Mərkəzinin rəisi Davud Rüstəmov çıxışında əhəmiyyət kəsb edən məlumatların sızmasına dair 2024-2025-ci illər üzrə qlobal statistikaları açıqlayıb. Qeyd edib ki, əvvəlki illə müqayisədə qlobal miqyasda 10 faiz artımın qeydə alınması və indiyədək qeydə alınan ən yüksək göstərici olması xüsusi diqqət çəkir. Bütün məlumat sızmalarının 74 faizinin səhvlər, sosial mühəndislik, daxili sui-istifadə kimi insan faktoru ilə bağlı olması bir daha keyfiyyətli kadr potensialına ehtiyacın aktuallığını göstərir.

Oğurlanmış istifadəçi məlumatları ilə edilən kiberhücumların sayı ötən ildə 71 faiz artıb deyən Davud Rüstəmov tövsiyə olunan müdafiə strategiyalarını diqqətə çatdırmaqla qlobal kibertəhdid mənzərəsində dinamikanın əsaslarını vurğulayıb.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov əmək bazarında kibertəhlükəsizlik sahəsi üzrə peşəkar kadrların hazırlanmasının vacibliyini irəli sürüb. O, qeyd edib ki, Elm və Təhsil Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşəbbüsü ilə ölkənin aparıcı ali təhsil müəssisələrinin və müxtəlif dövlət qurumlarının nümayəndələri ilə yanaşı, dünyanın nüfuzlu universitet və şirkətlərində çalışan azərbaycanlı mütəxəssislər tərəfindən yeni tədris proqramı hazırlanıb. Proqramın hazırlanması zamanı həm dövlət, həm də özəl sektorda əmək bazarının cari tələbləri, araşdırılıb və nəzərə alınıb.

Konfrans panel müzakirələri ilə işini davam etdirib. Sözügedən platformalarda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik əməliyyatları mərkəzinin əməkdaşı Elvin Balacanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisinin müavini Tural Məmmədov, Müdafiə Nazirliyi Kibertəhlükəsizlik Xidməti rəisinin müavini Fərman Məmmədov, Milli Müdafiə Universitetinin rektoru, general-mayor Gündüz Əbdülov, Elm və Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov, “Caspel” MMC İdarə Heyətinin sədri Ceyhun Quliyev, “Simbrella” şirkətinin baş icraçı direktoru Seymur Məmmədov və digərlərinin iştirakı ilə “Kibersuverenlik və dövlət təhlükəsizliyi”, “Kibertəhlükəsizlik sahəsində kadr potensialı” və “Kritik informasiya infrastrukturunun təhlükəsizliyində milli həllər və yerli şirkətlərin rolu” mövzuları müzakirə edilib.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İnformasiya və Kibertəhlükəsizlik şöbəsinin rəisi Hikmət Məmmədov vurğulayıb ki, 2024-cü ildə vətəndaşlara qarşı törədilən kart fırıldaqçılığı nəticəsində 22 milyon manatdan çox zərər dəyib, 2025-ci ilin ilk 4 ayı ərzində isə bu rəqəm 6 milyon manatı keçib. Hər bir fakt üzrə təhlillər və araşdırmalar göstərir ki, kibercinayətlər bank kartı sahiblərinin şəxsi məlumatlarının müxtəlif üsul və vasitələrlə ələ keçirilməsi nəticəsində baş verib.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun “il ərzində kibercinayətlərin statistikası açıqlana bilərmi?”, sualına cavab olaraq Daxili İşlər Nazirliyi İnformasiya və Kibertəhlükəsizlik şöbəsinin rəisi Hikmət Məmmədov kibertalama və kiberdələduzluq əməllərinin Cinayət Məcəlləsinin 30-cu fəslində nəzərdə tutulmadığından statistik məlumatın verilməsində çətinliklər yaratdığını bildirib.

150-dən çox iştirakçının qatıldığı konfransda dövlət qurumlarının rəhbər şəxsləri, ali təhsil müəssisələrinin rektorları, elmi ictimaiyyət nümayəndələri, aparıcı İKT şirkətlərin rəhbər şəxsləri və yerli ekspertlər iştirak edib.

Sonda konfrans iştirakçılarına, tərəfdaşlara və könüllülərə təşəkkürnamələr təqdim olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Naxçıvanda “Kiber Suverenlik” konfransı keçiriləcək

14-05-2025

BANM-in rektoru “Kiber Suverenlik” konfransında iştirak edib

27-05-2025

İsveçrədə Qlobal Kibertəhlükəsizlik Konfransı keçirilib

02-12-2024

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti təhsil müəssələri ilə əməkdaşlığı genişləndirir

22-12-2023

Kibertəhlükəsizlik ekosisteminin cari vəziyyəti müzakirə edilib

01-06-2024

Ötən il bank kartlarından 22 milyon manat kiber üsulla oğurlanıb

21-05-2025

Qurumlarda kibertəhlükəsizlik departamentləri yaradılır

31-01-2024

“Kibercinayətkarlar üçün yeni oyun meydançası” panel sessiyası keçirilib

10-10-2025

Elektron Təhlükəsizlik Xidmətinin təcrübə proqramı yekunlaşıb

07-10-2022

Dövlət qurumlarının kibertəhlükələrə dayanıqlılığı yoxlanılacaq

19-09-2024

CIDC-2025 tədbirinin rəsmiləri kibertəhlükəsizlik sərgisi ilə tanış olublar

11-10-2025

Əməkdaşlıq memorandumu imzalanıb

22-12-2023

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Parlamentdə keçirilmişdir

07-05-2024

Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur

06-10-2025

Azərbaycan “Regional Kibertəhlükəsizlik Həftəsi”də təmsil olunub

16-09-2025

“Dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-praktiki problemləri” müzakirə edilib

10-03-2026

Bu il Azərbaycanda "Milli Kibertəhlükəsizlik İndeksi" təqdim olunub

19-12-2024

XRİTDX nümayəndə heyəti İsraildə səfərdədir

07-03-2023

DTX rəisi: İnformasiya təhlükəsizliyi ixtisası üzrə yeni təhsil proqramı hazırlanıb

24-10-2023

Dövlət qurumlarının informasiya sistemləri mütəmadi audit və monitorinq edilir

19-09-2024

Dövlət Xidmətinin əməkdaşı Avstriyada beynəlxalq konfransda iştirak edib

14-05-2026

Orduda informasiya təhlükəsizliyi müzakirə edilib

17-08-2023

AKTA il ərzində 8 mindədək mütəxəssisi bir araya gətirib

18-12-2025

Samir Məmmədov: Kibertəhlükəsizlik Mərkəzi milli kibertəhlükəsizlik ekosistemini gücləndirir

09-02-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə