Previous Next
Bağla

Nazir müavini “Tərəqqi” medalı ilə təltif edilib

23-06-2015 10:18
Nazir müavini “Tərəqqi” medalı ilə təltif edilib

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə bir qisim dövlət qulluqçuları fəxri adlarla təltif edilib.
Ölkə başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq dövlət qulluğunda səmərəli fəaliyyət göstərən şəxsləri təltif edib.

Xeberler.az-ın məlumatına görə, təltif edilənlər sırasında Rabitə və yüksək texnologiyalar nazirinin müavini  Elmir Vəlizadə də var. Nazir müavini “Tərəqqi” medalına layiq görülüb.

Avtomatlaşdırılmış İdarəetmə Sistemləri ixtisası üzrə Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyası) bitirən Elmir Vəlizadə süni intellekt və ekspert sistemləri mövzusu üzrə elmi tədqiqatlarla məşğul olmuş, bir neçə elmi məqalələrin və metodiki vəsaitin müəllifidir.

1991-ci ildə Prezident Aparatında birinci dərəcəli mütəxəssis kimi işə başlayıb. Burada çalışdığı dövrdə ardıcıl olaraq vəzifə pillələri ilə yüksəlib.

Belə ki, 1998-ci ildə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İnformasiya Resursları və Texnologiyaları Mərkəzinin rəhbəri, 2005-ci ildə isə  Prezidentin İcra Aparatının İnformasiya Resursları və Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb.

Ölkə başçısının Sərəncamı ilə 2007-ci il dekabrın 26-da Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini təyin edilib. Hazırda Rabitə və yüksək texnologiyalar nazirinin müavini kimi fəaliyyətini davam etdirir.
 

Xeberler.az
 
 

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elmir Vəlizadə vəzifəsindən azad edilib

15-06-2021

Əli Abbasov vəzifəsindən azad edildi

12-11-2015

Prezident nazir Ramin Quluzadəyə yeni vəzifə verib

03-03-2020

Ramin Quluzadə nazir vəzifəsini müvəqqəti icra edəcək

25-11-2015

İlham Əliyev özünə yeni köməkçi təyin edib

25-01-2016

ASAN Xidmət-də yeni təyinat

19-03-2019

Ədliyyə naziri təyin edilən Fərid Əhmədov KİMDİR..

27-02-2024

Rabitə və informasiya texnologiyaları sahəsi işçiləri medallarla təltif edilib

06-12-2008

Elmir Vəlizadə nazirlikdə baş verənlərdən danışdı

01-12-2015

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə RİTN-in strukturunda dəyişiklik edildi

30-08-2013

Naxçıvan RİNN-ə müavin təyin edilib

01-05-2025

Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib

07-02-2025

Hökumət RYTN-in kollegiyasının tərkibini təsdiqləyib-Siyahı

22-07-2016

İltimas Məmmədovun vəzifədən azad edilməsi təsdiqləndi

05-02-2018

"Teleradio" İstehsalat Birliyinə baş direktor təyin edilib

25-10-2021

NRYTN-nin hüquq şöbəsinə yeni müdir təyin edilib

16-07-2021

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiq edilib

15-10-2018

Prezidentin yeni fərmanına əsasən nazirliyin strtukturu + 3 nazir müavini

20-06-2014

Prezident rabitə və yüksək texnologiyalar sahəsinin işçilərini təltif edib - Siyahı

06-12-2017

Ramiz Mehdiyev yeni vəzifəyə təyin edilib

23-10-2019

Prezident Ramin Quluzadəyə yeni müavin təyin etdi

21-04-2017

Prezident İlham Əliyev İKT sahəsi işçilərini təltif edib

02-12-2016

İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair İşçi qrupu yaradıldı

13-01-2024

Əli Həsənov Azərbaycan prezidentinin köməkçisi təyin edilib

23-02-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə