Previous Next
Bağla

Nazir Rəşad Nəbiyev Azərbaycanın startap ekosisteminin nümayəndələri ilə görüşüb

24-07-2021 17:17
Nazir Rəşad Nəbiyev Azərbaycanın startap ekosisteminin nümayəndələri ilə görüşüb

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Azərbaycanın startap ekosisteminin nümayəndələri ilə görüşüb.

Xeberler.az bildirir ki, məqsəd ölkədə startap ekosisteminin mövcud vəziyyəti, problemləri və perspektivləri barədə müzakirələrin aparılması, yeni prioritetlərin müəyyən edilməsi və təkliflərin dinlənilməsi olub.

Müzakirə zamanı “beyin axını”nı Azərbaycana geri döndürmək, hətta xaricdən ölkəmizə “beyin”ləri cəlb etmək üçün imkanların olduğu vurğulanıb.

Rəşad Nəbiyev çıxışında ölkədə innovativ mühitin formalaşdırılmasında startapların əhəmiyyətindən bəhs edib. Nazir qeyd edib ki, istedadlı startapçıların Azərbaycanda fəaliyyət göstərməsi, öz bilik və bacarıqlarını ölkədə tam realizə edə bilməsi iqtisadiyyatımızın inkişafına müsbət təsir göstərəcək, ölkəmizin güclənməsinə xidmət edəcək.

Rəşad Nəbiyev əlavə edib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi öz səlahiyyətləri çərçivəsində ​ startapçılara dəstək göstərməyə, onların inkişafına və rəqəmsal mühitin mühüm bir parçası olmalarına kömək etməyə hazırdır. Bu istiqamətdə görüşlərimizi mütəmadi davam etdirəcəyik.

“Hesab edirəm ki, hazırda ümumilikdə ölkəmizdə innovasiyaların inkişafı və müxtəlif sahələrə tətbiqi üçün əlverişli şərait yaradılıb. Hər birinizi innovativ mühitin formalaşdırılmasında aktiv iştiraka dəvət edirəm”, – deyə nazir vurğulayıb.

Görüş iştirakçıları startap ekosisteminin inkişaf meyilləri və bu istiqamətdə qarşılaşdıqları problemlər haqqında ətraflı məlumat veriblər.

Sonda startapçılar minnətdarlıqlarını bildirib və bu görüşün gələcək fəaliyyət üçün faydalı olacağına əminliklərini ifadə ediblər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Nazir Rəşad Nəbiyev startap nümayəndələri ilə görüşüb

Nazir Rəşad Nəbiyev startap nümayəndələri ilə görüşüb

06-02-2026
Nazir Rəşad Nəbiyev innovasiya ekosisteminin fəal üzvləri ilə görüşüb

Nazir Rəşad Nəbiyev innovasiya ekosisteminin fəal üzvləri ilə görüşüb

25-02-2023
Nazir avtomobil nəqliyyatı və logistika şirkətlərinin nümayəndələri ilə görüşüb

Nazir avtomobil nəqliyyatı və logistika şirkətlərinin nümayəndələri ilə görüşüb

04-08-2022
Nazir Rəşad Nəbiyev İKT şirkətlərinin nümayəndələri ilə  görüş keçirib

Nazir Rəşad Nəbiyev İKT şirkətlərinin nümayəndələri ilə görüş keçirib

13-03-2021
Rəşad Nəbiyev Silikon vadisində işləyən azərbaycanlılarla görüşüb

Rəşad Nəbiyev Silikon vadisində işləyən azərbaycanlılarla görüşüb

15-12-2025
Rəşad Nəbiyev “Google” şirkətinin nümayəndəsi ilə görüşüb

Rəşad Nəbiyev “Google” şirkətinin nümayəndəsi ilə görüşüb

09-12-2025
Startap Azərbaycan komandası Əli Abbasovla  görüşəcək

Startap Azərbaycan komandası Əli Abbasovla görüşəcək

01-07-2015
Startap Azərbaycan komandası nazir Əli Abbasovla görüşəcək

Startap Azərbaycan komandası nazir Əli Abbasovla görüşəcək

20-06-2015
Rəşad Nəbiyev Aİ-nin Genişlənmə üzrə komissarı ilə görüşüb

Rəşad Nəbiyev Aİ-nin Genişlənmə üzrə komissarı ilə görüşüb

10-10-2025
Ekspert: Ekosistemdə investisiya yönümlü qurumun yaradılması olduqca əhəmiyyətlidir

Ekspert: Ekosistemdə investisiya yönümlü qurumun yaradılması olduqca əhəmiyyətlidir

14-06-2022
Nazir Rəşad Nəbiyev Türkiyənin nəqliyyat və infrastruktur naziri ilə  görüşüb

Nazir Rəşad Nəbiyev Türkiyənin nəqliyyat və infrastruktur naziri ilə görüşüb

04-10-2024
Azərbaycanla Vyetnam arasında əməkdaşlıq müzakirə edilib

Azərbaycanla Vyetnam arasında əməkdaşlıq müzakirə edilib

09-05-2025
Nazir Rəşad Nəbiyev Quba rayonunda gənclərlə görüşüb

Nazir Rəşad Nəbiyev Quba rayonunda gənclərlə görüşüb

05-08-2022
Rəşad Nəbiyev RİNN yanında İctimai Şuranın üzvləri ilə görüşüb

Rəşad Nəbiyev RİNN yanında İctimai Şuranın üzvləri ilə görüşüb

30-01-2026
Azərbaycanla Çex arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycanla Çex arasında Anlaşma Memorandumu imzalanıb

07-05-2026
Rəşad Nəbiyev Selçuk Bayraktarla görüşüb

Rəşad Nəbiyev Selçuk Bayraktarla görüşüb

03-04-2021
Startap ekosistemin qurumları bir araya gələcək

Startap ekosistemin qurumları bir araya gələcək

28-04-2016
Nazir Rəşad Nəbiyevin Türkiyə Respublikasına səfəri başa çatıb

Nazir Rəşad Nəbiyevin Türkiyə Respublikasına səfəri başa çatıb

19-02-2021
Rəşad Nəbiyev nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib

Rəşad Nəbiyev nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib

26-01-2021
Nazir Rəşad Nəbiyev Ukraynanın infrastruktur naziri ilə videokonfrans formatında görüşüb

Nazir Rəşad Nəbiyev Ukraynanın infrastruktur naziri ilə videokonfrans formatında görüşüb

19-01-2022
Rəşad Nəbiyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi naziri ilə görüşüb

Rəşad Nəbiyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi naziri ilə görüşüb

22-11-2024
Nazir ölkənin qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüşüb

Nazir ölkənin qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüşüb

28-01-2026
Rəşad Nəbiyev Çilinin nəqliyyat və telekommunikasiya naziri ilə görüşüb

Rəşad Nəbiyev Çilinin nəqliyyat və telekommunikasiya naziri ilə görüşüb

21-11-2024
Rəşad Nəbiyev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Rəşad Nəbiyev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

10-12-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə