Previous Next
Bağla

Rəşad Nəbiyev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

10-12-2024 13:08
Rəşad Nəbiyev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib.

Xeberler.az məlumat verir ki, görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev də iştirak edib.

Nazir çıxışında müsabiqənin qaliblərin peşəkar inkişafı üçün mühüm imkanlar yaratdığını vurğulayıb və onların karyera yüksəlişini dəstəkləyən mentorluq proqramının əsas məqsədlərindən bəhs edib.

Rəşad Nəbiyev gələcəyin liderlərinin inkişafına xüsusi önəm verdiklərini qeyd edərək, “Yüksəliş” müsabiqəsinin Azərbaycanın idarəçilik sistemində səriştəli və vətənpərvər kadrların yetişməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Nazir Rəşad Nəbiyev sonda peşəkar kadrların yaradıcı potensialının və innovativ ideyalarının ölkənin gələcək inkişafına müsbət təsir göstərəcəyini bildirib. O, müsabiqə iştirakçılarına bilik və bacarıqlarını davamlı olaraq təkmilləşdirməyi, qarşılarına böyük məqsədlər qoymağı və Azərbaycan dövlətinə layiqli xidmət göstərməyi tövsiyə edib.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında olan, intellektual səviyyəsi yüksək və azı iki il idarəçilik təcrübəsinə malik perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.

“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat məbləğində pul mükafatı gözləyir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Yüksəliş” müsabiqəsi qaliblərinin təltifetmə mərasimi keçirilib

27-07-2023

Nazir “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə görüşüb

30-07-2022

“Yüksəliş” müsabiqəsinin finalçıları bəlli olub

06-07-2023

Nazir “Yüksəliş” müsabiqəsinin qaliblərinə təcrübə keçəcək

10-02-2023

Rəşad Nəbiyev V "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

23-04-2026

Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

24-04-2026

Azərkosmos ASC-nin sədrinin təqdimatında vebinar təşkil edilib

26-09-2020

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Yüksəliş” intellektual müsabiqəsi həyata keçirilib

15-05-2023

Prezident "Yüksəliş" müsabiqəsinə bir milyon manat ayırdı

20-12-2022

“Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib

16-01-2025

“Yüksəliş” müsabiqəsinin qalibləri bəlli olub

19-07-2023

"Yüksəliş" müsabiqəsinə hansı peşə sahibləri müraciət edir?

30-06-2023

“Smart Customs” komandası “Yüksəliş” intellektual kvizinin qalibi oldu

18-03-2024

Rəşad Nəbiyev Qusarda vətəndaşları qəbul edib

06-06-2023

GoldenPay ASC-in əməkdaşı “Yüksəliş” müsabiqəsində qalib olub

16-07-2021

III "Yüksəliş" müsabiqəsinin finalçılarının ixtisas tərkibi açıqlanıb

15-07-2023

Nazir Rəşad Nəbiyev Haluk Görgünlə görüşüb

14-08-2024

Nazir Rəşad Nəbiyev Azərbaycanın startap ekosisteminin nümayəndələri ilə görüşüb

24-07-2021

Nazir Rəşad Nəbiyev Türkiyənin nəqliyyat və infrastruktur naziri ilə görüşüb

04-10-2024

4SİM-in icraçı direktoru “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

20-10-2025

Prezidentin köməkçisi yeni naziri kollektivə təqdim edib

27-01-2021

Azərbaycanla Çex arasında Anlaşma Memorandumu imzalanıb

07-05-2026

Rəşad Nəbiyev Aİ-nin Genişlənmə üzrə komissarı ilə görüşüb

10-10-2025

Rəşad Nəbiyev nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib

26-01-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə