Previous Next
Bağla

Ekspert: Ekosistemdə investisiya yönümlü qurumun yaradılması olduqca əhəmiyyətlidir

14-06-2022 21:21
Ekspert: Ekosistemdə investisiya yönümlü qurumun yaradılması olduqca əhəmiyyətlidir

Bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev və "Mələk İnvestorlar Klubu" arasında görüş keçirilib.

Xeberler.az məlumat verir ki, bu barədə Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz öz Feysbuk səhifəsində paylaşım edib.

“Tədbirdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, yerli startap icması, innovasiya ekosisteminin tanınmış üzvləri, “Technovate – Sabah Mələk İnvestorlar Klubu”nun təsisçiləri və investorları, media nümayəndələri iştirak ediblər.

Görüşdə innovasiya və startap ekosisteminin cari durumu ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Nazir Rəşad Nəbiyev “Technovate – Sabah Mələk İnvestorlar Klubu”nun yaradılması təşəbbüsünü alqışlayaraq klubun fəaliyyətinin innovasiya ekosistemi üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Klubun təsisçisi Fərid İsmayılzadə təqdimatla çıxış edərək vençur studiya və klubların yaradılması və dəstəklənməsinin əhəmiyyətini önə çəkib.

Görüş çox maraqlı və faydalı oldu.

Fikrimcə, ekosistemdə yeni bir oyunçunun, xüsusilə də investisiya yönümlü qurumun yaradılması olduqca əhəmiyyətlidir.

Əlbəttə, Azərbaycanda bir neçə dəfə belə cəhdlər olub, amma bildiyimiz kimi nəticəsi uğursuz olub.

Bu günkü görüşdən sonra bir qədər nikbinliyim artdı ki, yeni yaradılan Klub startap ekosistemə ciddi töhfələr verə biləcək.

Əlbəttə, burada biznes maraqlarından əlavə, həm sektorun həm də ölkənin inkişafını nəzərə almaq, risklərdən çəkinməmək, bir qədər əziyyətə qatlaşmaq və daha çox çalışmaq lazım gəlir.

Ümid edirəm RİNN və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi də Kluba dəstəyi əsirgəməyəcək.

Yeri gəlmişkən, nazir artıq dövlət və özəl tərəfdaşlıq çərçivəsində, 10 milyon büdcəsi olan Vençur Fondun ən yaxın zamanda yaradılacağı ilə bağlı açıqlama da verdi.

Ekosistemin inkişafını ləngidən bəzi məqamlara münasibət bildirərkən yaxın zamanlarda bu istiqamətdə konkret addımlar atılacağını bildirdi.

Düşünürəm ki, bu addımlar da ekosistemə ciddi dəstək olacaq.

Müşahidələrimiz isə göstərir ki, sektorun inkişafı istiqamətində son zamanlar müəyyən addımlar atılsa da ləngimələr var.

Araşdırmalar göstərir ki, qonşu ölkələrdə və regionda innovativ ekosistemin və rəqəmsal mühitin inkişafına böyük yatırımlar edilir, xarici resursları cəlb etməyə çalışırlar.

Bu baxımdan, potensial imkanlarımızın daha yüksək olduğu bir şəraitdə uzun müddətli ləngimələrin müasir çağlrışlara adekvat olmadığı qənaətindəyəm.

Zənnimcə, ölkəmizdə ekosistemin inkişafı üçün münbit şəraitin yaradılması, qanunvericiliyin təkmilləşdirilməsi, regional və qlobal bazarlara çıxışın, universitetlərdə innovativ mühitin formalaşdırılması istiqamətində işlər canlandırılmalıdır.”

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
 Azərbaycanda Vençur Kapital Fondu yaradılır

Azərbaycanda Vençur Kapital Fondu yaradılır

14-06-2022
Azərbaycanda ikinci vençur fondunun yaradılması üçün şərtlər açıqlanıb

Azərbaycanda ikinci vençur fondunun yaradılması üçün şərtlər açıqlanıb

09-10-2023
Azərbaycanlı mələk investorlar qlobal startaplara yatırımlar edəcəklər

Azərbaycanlı mələk investorlar qlobal startaplara yatırımlar edəcəklər

25-01-2024
Nazir Rəşad Nəbiyev innovasiya ekosisteminin fəal üzvləri ilə görüşüb

Nazir Rəşad Nəbiyev innovasiya ekosisteminin fəal üzvləri ilə görüşüb

25-02-2023
10 milyondan çox büdcəsi olan vençur fond sabah təqdim ediləcək

10 milyondan çox büdcəsi olan vençur fond sabah təqdim ediləcək

28-11-2022
Azərbaycanda Mələk İnvestorlar Məktəbi fəaliyyətə başlayıb

Azərbaycanda Mələk İnvestorlar Məktəbi fəaliyyətə başlayıb

09-10-2023
Azərbaycanda ötən il yaradılmış vençur fondu 3 startapa vəsait ayırıb

Azərbaycanda ötən il yaradılmış vençur fondu 3 startapa vəsait ayırıb

25-05-2023
Azərbaycanda ilk dəfə startaplar üzrə dünya çempionatının regional mərhələsi keçirilir

Azərbaycanda ilk dəfə startaplar üzrə dünya çempionatının regional mərhələsi keçirilir

19-09-2024
ABŞ səfiri: "Startap ekosisteminin inkişafını dəstəkləməkdə davam edəcəyik"

ABŞ səfiri: "Startap ekosisteminin inkişafını dəstəkləməkdə davam edəcəyik"

19-09-2024
İKT sahəsində İnvestorlar Klubu yaradılıb

İKT sahəsində İnvestorlar Klubu yaradılıb

01-10-2018
Azərbaycanda mələk investor olmaq istəyənlər üçün məktəb açıldı

Azərbaycanda mələk investor olmaq istəyənlər üçün məktəb açıldı

05-10-2023
Ekspert: Silicon Valley-də Azərbaycana aid İnnovasiya Evinin yaradılması vacibdir

Ekspert: Silicon Valley-də Azərbaycana aid İnnovasiya Evinin yaradılması vacibdir

23-08-2019
Azərbaycanda vençur fondlarının sayı artırılacaq-Nazirlik

Azərbaycanda vençur fondlarının sayı artırılacaq-Nazirlik

16-12-2022
Nazir Rəşad Nəbiyev Azərbaycanın startap ekosisteminin nümayəndələri ilə görüşüb

Nazir Rəşad Nəbiyev Azərbaycanın startap ekosisteminin nümayəndələri ilə görüşüb

24-07-2021
İnnovasiya ekosisteminin inkişafı üçün “İNNOKLUB” yaradılıb

İnnovasiya ekosisteminin inkişafı üçün “İNNOKLUB” yaradılıb

31-03-2021
Ümid edirəm ki, İnnovasiya Mərkəzi startap ekosistemi və innovasiyanın maraqlı tərəflərini birləşdirən güclü mərkəzə çevriləcək

Ümid edirəm ki, İnnovasiya Mərkəzi startap ekosistemi və innovasiyanın maraqlı tərəflərini birləşdirən güclü mərkəzə çevriləcək

03-10-2024
Ekspert: Vençur fondlar haqqında qanun nə zaman qəbul olunacaq?

Ekspert: Vençur fondlar haqqında qanun nə zaman qəbul olunacaq?

14-04-2022
Azercell və “Mələk İnvestorlar Məktəbi” startap və investorları bir araya gətirir

Azercell və “Mələk İnvestorlar Məktəbi” startap və investorları bir araya gətirir

01-11-2025
Bakıda İnnovasiya Sammiti keçirilib

Bakıda İnnovasiya Sammiti keçirilib

18-12-2021
Nazir Rəşad Nəbiyev startap nümayəndələri ilə görüşüb

Nazir Rəşad Nəbiyev startap nümayəndələri ilə görüşüb

06-02-2026
Nazir: Vençur kapital fondunun yaradılması bütün problemləri həll etmir

Nazir: Vençur kapital fondunun yaradılması bütün problemləri həll etmir

29-11-2022
Azercell-in tərəfdaşlığı ilə “Mələk İnvestorlar Məktəbi” layihəsi baş tutdu

Azercell-in tərəfdaşlığı ilə “Mələk İnvestorlar Məktəbi” layihəsi baş tutdu

14-11-2025
Klassik Texno Park ideyası artıq öz əhəmiyyətini itirib

Klassik Texno Park ideyası artıq öz əhəmiyyətini itirib

16-01-2017
«Azərbaycan investorları startapa yatırım edərək böyük gəlir götürüblər»-Müsahibə

«Azərbaycan investorları startapa yatırım edərək böyük gəlir götürüblər»-Müsahibə

26-04-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə