Nazir: “Qarabağda mobil internet şəbəkəsi 52 faiz bərpa olunub”

24-12-2021 / 11:57

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bu günə qədər mobil internet şəbəkəsinin 52 % bərpasına nail olunub.

Xeberler.az bildirir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Yeni Azərbaycan Partiyasının təşkilatçılığı keçirilən "Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə" adlı elmi-praktiki konfransda deyib.

“44 günlük Vətən Müharibəsi başa çatdıqdan sonra ölkə rəhbərliyi qarşımıza yeni gündəm, yeni hədəflər qoyub. Həmin hədəflərdən biri rəqəmsal transformasiyaya nail olmaqdır. İşğaldan azad edilmiş ərazilərdə bu günə qədər mobil internet şəbəkəsinin 52 % bərpasına nail olunub. Bu çox böyük göstəricidit. Əgər 1998-ci ildən etibarən baxsaq, yalnız 2016-cı ildə ölkə üzrə mobil şəbəkəni (işğal olunmuş ərazilər istisna olmaqla) 95 % təmin etməyə nail olmuşduq. Amma qısa müddətdə 52 %-lik nəticə əldə etdik. Bu, böyük uğurdur və biz həm sabit həm də mobil şəbəkə ilə bağlı işləri davam etdirəcəyik”, - deyə o qeyd edib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə