Nazirin Xızı şəhərində vətəndaşlarla görüşünün vaxtı dəyişdirildi

16-01-2019 / 12:03

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin cari ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq yanvarın 18-də Xızı şəhərində vətəndaşlarla keçirilməsi nəzərdə tutulan görüşünün vaxtı dəyişdirilib.

Xeberler.az  bildirir ki, nazir 24.01.2019-cu il tarixində saat 12:00-da Xızı, Abşeron, Qubadlı, Zəngilan, Şuşa rayonlarının və Sumqayıt şəhərinin sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Vətəndaşlardan “[email protected]" elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur)  əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur. Eyni zamanda qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

Xızı rayonunda                         023 3150100
Abşeron rayonunda                 012 3423300
Qubadlı  rayonu üzrə               018 6483392
Zəngilan rayonu üzrə               012 4326166
Şuşa rayonu üzrə                     012 4584686
Sumqayıt şəhərində                 018 6423500 nömrəli telefonlara zəng etmələri xahiş olunur.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə