Previous Next
Bağla

Beynəlxalq sərgi-forumda ölkəmizin İKT sahəsindəki yenilikləri təqdim olunur

09-04-2019 16:33
Beynəlxalq sərgi-forumda ölkəmizin İKT sahəsindəki yenilikləri təqdim olunur

Azərbaycan nümayəndə heyəti Belarus Respublikasının Minsk şəhərində 26-cı telekommunikasiya, rabitə, təhlükəsizlik və informasiya texnologiyaları üzrə ixtisaslaşdırılmış beynəlxalq “TİBO-2019” sərgi-forumunda iştirak edir.

Xeberler.az  bildirir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə dövlət qurumlarının və özəl şirkətlərin 15-ə yaxın təmsilçisi daxildir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aztelekom”, “Baktelekom”, Dövlət Radiotezliklər İdarəsi, Məlumat Hesablama Mərkəzi, “AzInTelecom”, “Azərmarka”, Yüksək Texnologiyalar Parkının nümayəndələri sərgi-foruma qatılıblar. Forumda 16 ölkədən 100 şirkətin nümayəndəsi iştirak edir. Forumun açılış mərasimində Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun adından salamlama məktubu oxunub.

Daha sonra Belarusun rabitə və informasiyalaşdırma naziri Konstantin Şulqan ölkəsində İKT sahəsində həyata keçirilən işlərdən danışıb. Açılış mərasimində Rusiya Federasiyasının rəqəmli inkişaf, rabitə və kütləvi media naziri Konstantin Noskov, Regional Rabitə Birliyinin icraçı direktoru Nuriddin Muhiddinov və Beynəlxalq Telekommunikasiya İttifaqının MDB ölkələri üzrə regional bölməsinin rəhbəri Kirill Oparin də çıxış edib.

Azərbaycan Respublikasının Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin adından oxunan məktubda qeyd olunub ki, milli sənaye sərgilərində qarşılıqlı olaraq iştirak etmək Azərbaycan Respublikası ilə Belarus Respublikası arasındakı dostluq münasibətlərinin, eləcə də ölkələrimizin sahə üzrə nazirliklərinin səmərəli biznes tərəfdaşlığının gerçək nümunəsidir.

“TİBO” beynəlxalq və dövlət qurumlarının nümayəndələri, aparıcı beynəlxalq şirkətlər, yüksək səviyyəli və çox profilli mütəxəssislər üçün illik görüş yeridir. İnformasiya və ən yaxşı təcrübə mübadiləsi, yeni texnologiyaların, xüsusi həllərin təqdim edilməsi və işgüzar əlaqələrinqurulması bu tədbirin uğurlarıdır” – deyə məktubda vurğulanıb.

Forum çərçivəsində Ümumdünya Radiorabitə Konfransına hazırlıq üzrə radiospektr sahəsində yol xəritəsi istiqamətində gedən müzakirələrdə Azərbaycan təmsilçiləri də iştirak edirlər. Seminarlarda gələcəkdə nəzərdə tutulmuş perspektiv texnoloji transformasiyanın ölkəmizdə inkişafına dəstək verilməsi üçün strateji hazırlıq məsələləri müzakirə olunub. “TİBO-2019” sərgi-forumunda Azərbaycan Milli Pavilyonla təmsil olunur. Pavilyonda ölkəmizin informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əldə etdiyi nailiyyətlər nümayiş etdirilir.

Qeyd edək ki, ölkəmiz artıq 7 ildir ki, bu sərgi-forumda Milli Pavilyonla iştirak edir və nümayəndə heyəti ilə təmsil olunur. 26-cı dəfə təşkil olunan "TIBO-2019" ixtisaslaşmış sərgisi Müstəqil Dövlətlər Birliyi və Baltikyanı ölkələrin ən böyük İKT tədbirlərindən biri hesab olunur.

Sərgiyə bu gün təşkil olunan VİP-tur çərçivəsində rəsmi şəxslər Azərbaycan Milli Pavilyonuna baş çəkib, ölkəmizin İKT sahəsində əldə etdiyi yeniliklərlə tanış olublar. Sərgi öz işini aprelin 12-dək davam etdirəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ölkəmiz beynəlxalq İKT sərgi-forumunda təmsil olunub

20-04-2016

Azərbaycan beynəlxalq İT forumda təmsil edilir

16-05-2018

Azercell TİBO-2019 beynəlxalq sərgi-forumuna qatılıb

12-04-2019

Azərbaycan nümayəndələri Minskdə İKT sərgidə iştirak edir

19-04-2017

Azərbaycan Milli Pavilyonu beynəlxalq sərginin ən yaxşısı seçildi

11-04-2019

Azərbaycan nümayəndə heyəti ITU Telecom World 2018 beynəlxalq sərgi-konfransında iştirak edir

10-09-2018

ITU Telecom World 2019 beynəlxalq sərgisi öz işinə başlayıb

10-09-2019

Azercell ölkəmizi beynəlxalq sərgidə təmsil edib

21-05-2018

Azərbaycan beynəlxalq İKT sərgidə təmsil olunur

25-09-2017

Nazirliyin nümayəndələri Moskvada Rabitə sərgisində iştirak edir

23-04-2019

Baş katib İKT sahəsində əldə olunan nailiyyətlərlə tanış olub

13-09-2018

Azərbaycan ITU Telecom World 2015-də təmsil olunacaq

17-08-2015

Nazir Ramin Quluzadə İranda səfərdədir

19-07-2019

Nazirlik nümayəndələri beynəlxalq tədbirdə iştirak edib

18-04-2017

Ramin Quluzadə nümayəndə heyəti ilə Qazaxıstanda səfərdədir

16-09-2019

Nazirlik BTİ-nin sertifikatına və gümüş medala layiq görülüb

12-09-2019

Azərbaycan BTİ tərəfindən mükafatlandırılıb

08-10-2018

Banqkok şəhərində “ITU TelecomWorld 2013” sərgi-konfransı başa çatıb

25-11-2013

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən mükafatlandırılıb

14-09-2018

Azərbaycan rəsmiləri beynəlxalq telekommunikasiya sərgisində

18-03-2015

Azərbaycan beynəlxalq İKT sərgisində təmsil olunur

12-10-2015

Azercell ITU Telecom World 2019 beynəlxalq sərgisində iştirak edib

10-09-2019

Nazirliklər arasında memorandum elektron imza ilə imzalanıb

04-12-2019

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rusiyada səfərdədir

14-08-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə