Previous Next
Bağla

NEQSOL Holding-in təşkilati dəstəyi ilə Capacity Qafqaz və Mərkəzi Asiya 2022 tədbiri keçiriləcək

31-01-2022 17:11
NEQSOL Holding-in təşkilati dəstəyi ilə Capacity Qafqaz və Mərkəzi Asiya 2022 tədbiri keçiriləcək

Bu il Capacity Media öz dünya şöhrətli telekommunikasiya tədbirini NEQSOL Holding-in təşəbbüsü və təşkilati dəstəyi ilə ilk dəfə olaraq Qafqaz və Mərkəzi Asiya regionunda keçirəcək. 21-22 iyun tarixlərində Bakıda keçiriləcək Capacity Caucasus & Central Asia (Capacity Qafqaz və Mərkəzi Asiya) tədbiri qlobal rəqəmsal transformasiya və inkişaf baxımından regionun əhəmiyyətini vurğulayır.

Capacity Media tərəfindən təşkil edilən digər tədbirlərin sırasında telekommunikasiya ekosistemində dünyanın ən böyük illik tədbiri olan və 7000-dən çox nümayəndənin iştirakı ilə ABŞ-da keçirilən International Telecoms Week (ITW) –Beynəlxalq Telekommunikasiya Həftəsini qeyd etmək olar. Bu siyahıya həmçinin Capacity Asia (Makao), Capacity Europe (London) və Capacity Middle East (Dubay) kimi müxtəlif yüksək səviyyəli beynəlxalq tədbirlər daxildir.

Capacity Caucasus & Central Asia tədbiri ən böyük qlobal və regional telekommunikasiya şirkətlərinin, tənzimləyici orqanların və hökumətlərin nümayəndələrini regionda və ondan kənarda telekommunikasiya sahəsinin gələcəyini müəyyən edəcək müzakirələr üçün platforma ilə təmin edəcək.

Bakıda keçiriləcək tədbirin təşəbbüskarı olan NEQSOL Holding “Digital Silk Way” (Rəqəmsal İpək Yolu) infrastruktur layihəsi vasitəsilə regionun rəqəmsal transformasiyasına təkan verir. Layihə NEQSOL Holding-in tərkibinə daxil olan AzerTelecom şirkəti tərəfindən həyata keçirilir. “Digital Silk Way” layihəsi Avropa və Asiya arasında ən sürətli və qabaqcıl rəqəmsal rabitə marşrutunu təmin edəcək.

NEQSOL Holding-in Baş Direktoru Yusif Cabbarov bildirib:

“NEQSOL Holding-in təşkilati dəstəyi ilk dəfə olaraq Capacity Caucasus & Central Asia tədbiri keçiriləcək. Şübhəsiz ki, bazar üçün bu əlamətdar hadisədir, çünki tədbir informasiya və kommunikasiya texnologiyaları sahəsinin, ö cümlədən rəqəmsal infrastruktur, proqram təminatı, məlumat mərkəzləri, internet təchizatı, bulud və texnologiya həlləri sahələrinin, əsas qlobal və regional oyunçularını birləşdirir. Qafqaz Avropa və Asiyanı birləşdirir və NEQSOL Holding-in “Digital Silk Way” layihəsi çərçivəsində təqdim etdiyi həllər kimi genişmiqyaslı rəqəmsal imkanlar yaradır. Əminəm ki, Capacity Caucasus & Central Asia kimi dünya səviyyəli tədbirlər böyük potensialı və perspektivləri olan regionun beynəlxalq biznes ictimaiyyətinə daha da açılması üçün yaxşı platforma rolunu oynayacaq”.

AzerTelecom şirkətinin Direktorlar Şurasının Sədri Fuad Allahverdiyev şərh edib:

“Bu sahənin liderləri Avropa və Asiyada qlobal və regional biznes imkanlarını müzakirə edərkən, bu qitələr arasında yeni rəqəmsal marşrutun formalaşdırılması Capacity Caucasus & Central Asia tədbirində ən maraqlı mövzulardan biri olacaq. Bu səbəbdən tədbir həmçinin NEQSOL Holding və telekommunikasiya şirkətləri üçün “Digital Silk Way” layihəsi çərçivəsində səylərini birləşdirmək üçün əla fürsətdir. AzerTelecom bu tədbiri telekommunikasiya sahəsində fəaliyyət göstərən müxtəlif beynəlxalq şirkətlərlə görüşlər keçirmək və əməkdaşlıq modellərini inkişaf etdirmək üçün yaxşı imkan hesab edir.”

Capacity Media-nın Baş İcraçı Direktoru Ros İrvinq bildirib:

“Biz, NEQSOL Holding-in dəstəyi ilə Qafqaz və Mərkəzi Asiya üçün tamamilə yeni tədbir yaratmaqdan məmnunuq. Regionda inkişaf və sərmayə imkanları beynəlxalq auditoriyamız üçün çox maraqlıdır; bu tədbir gələcək illər üçün davamlı işgüzar əlaqələri inkişaf etdirmək və dəstələmək üçün mükəmməl fürsət olacaq”.

Daha ətraflı məlumat əldə etmək və tədbirə qeydiyyat bu keçid vasitəsilə mümkündür.

NEQSOL Holding haqqında

NEQSOL Holding enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində, Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələrdə fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur. Qrupun tərkibinə daxil olan bir çox şirkətlər öz sahələrində iyirmi ildən artıq təcrübəyə malik bazar liderləridir. Holdinq strateji idarəetməni və sinerjini gücləndirməyə imkan verən çoxsahəli və şaxələnmiş biznes portfeli yaratmaqla tərkibindəki şirkətləri birləşdirir.

Capacity Media haqqında

2000-ci ildən fəaliyyət göstərən Capacity Media telekommunikasiya, topdansatış internet və xidmət təminatçıları bazarında mühüm xəbər mənbəyi və tədbirlər təşkilatçısıdır. Şirkət sürətlə dəyişən telekommunikasiya bazarında operatorların üzləşdiyi mühüm biznes məsələlərinə fokuslanır. Capacity jurnalı və 24 irimiqyaslı qlobal tədbirlər, o cümlədən Capacity Europe, Beynəlxalq Telekommunikasiya Həftəsi (ITW), Global Carriers Awads mükafatı və netvorkinq görüşləri, rabitə operatorlarının kataloqları və onlayn xəbər mənbəyindən ibarət biznes portfeli sayəsində Capacity Media qlobal rabitə sahəsi üçün mühüm biznes-analitika mənbəyinə çevrilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Rəqəmsal İpək Yolu” layihəsi beynəlxalq diqqət mərkəzində

30-03-2022

AzerTelecom şirkətinin Baş direktoru Capacity Middle East tədbirində çıxış edib

15-02-2024

“Rəqəmsal İpək Yolu” layihəsi “Türkmentel 2021” konfransında təqdim edilib

15-11-2021

"AzerTelecom"un Baş İcraçı Direktoru dünyanın nüfuzlu telekommunikasiya liderlərinin “Power 100” siyahısında

18-05-2023

“Rəqəmsal İpək Yolu” layihəsi “Submarine Networks World 2021” konfransında təqdim edilib

08-10-2021

AzerTelecom şirkətinin rəhbərliyində yeni təyinat olub

07-12-2023

“AzerTelecom” və “Sparkle” əməkdaşlıq edəcək

21-04-2022

“Rəqəmsal İpək Yolu” layihəsi” “İnnovasiya Dövrü 2021” forumunda təqdim edilib

13-12-2021

“Rəqəmsal İpək Yolu” layihəsi İqtisadi Əməkdaşlıq Təşkilatının tədbirində təqdim olunub

11-10-2023

NEQSOL Holding, Ukrayna sement istehsalçısının paylarını almaq niyyətini şərh edib

19-10-2021

Tanınmış top-menecer NEQSOL Holding-in telekommunikasiya sahəsinə rəhbərlik edəcək

20-09-2021

Yusif Cabbarov: “Rəqəmsal İpək Yolu”nun yeni mərhələsi Avropa və Asiyanı birləşdirəcək

14-03-2025

"AzerTelecom"un Baş icraçı direktoru nüfuzlu “Global Leadership Women in Tech®” Mükafatına layiq görülüb

03-10-2023

NEQSOL Holding-də yeni təyinatlar-Korporativ idarəetmə gücləndirilir

22-12-2022

“Rəqəmsal İpək Yolu” layihəsi Almatıda "GCCM 2023" tədbirində təqdim edilib

11-09-2023

“Rəqəmsal İpək Yolu” layihəsi birinci Özbəkistan-Azərbaycan regionlararası forumunda təqdim olunub

28-02-2023

NEQSOL Holding Azərbaycanda ən iri vergi ödəyiciləri sırasına daxil olub

06-03-2025

“Neqsol Holdinq”in Ukrayna ofisinə yeni menecer təyin olunub

14-05-2021

NEQSOL Holding şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında

14-04-2026

NEQSOL Holding Caucasus Online şirkətinin alınmasını şərh edib

25-03-2021

“NEQSOL Holding” Həmrəylik Günü münasibətilə “YAŞAT” Fonduna ianə edib

30-12-2021

NEQSOL Holding Atlantik Şurasının tədbirində iştirak edib

03-04-2025

Azərbaycanın “Rəqəmsal İpək Yolu” layihəsi maraqla qarşılanır

01-11-2022

"NEQSOL Holding" L.E.A.P. adlı istedadların idarə edilməsi qlobal proqramına start verib

12-07-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə