Previous Next
Bağla

ClimateLaunchpad startapının ölkə finalı baş tutub

31-07-2019 18:06
ClimateLaunchpad startapının ölkə finalı baş tutub

Xeberler.az bildirir ki, Social Innovation Lab (Sil.)” innovasiya mərkəzinin rəsmi təşkilatçılığı ilə, “EY Azerbaijan” və “Azərkosmos” ASC-nin əsas tərəfdaşlığı ilə beynəlxalq “ClimateLaunchpad” Azərbaycan 2019 startap proqramının Ölkə Finalı keçirilmişdir! 28 müraciət içərisindən seçilən 10 startap layihəsi akselerasiya təlimlərində iştirak hüququ qazanmışdır.

Seçilmiş layihələr proqramın Azərbaycanda rəsmi təşkilatçısı “SİL” MMC innovasiya mərkəzinin mentor komandası tərəfindən və Hollandiyadan gələn Mentor təlim vermişdir. Proqramın finalına buraxılan komandalar "Coloroll", "Climasel", "Biopesterm", "Aquair", "Healwith", "Eco Solutions", "Cleanera", "Airflec", "EN-IO", "Caspian Lithium” olmuşdur. Onlardan finalda 8 komanda iştirak etmişdir.. Proqramın final mərhələsinin münsiflər heyətinin üzvləri Samir Qurbanov, Günel Fərəcova, Mahmud Əliyev və Emil Civişov olmuşdur. Proqramın finalı 27 iyulda baş tutmuşdur. Qalib olan “Airflec”, “Climasel” və “Eco Solutions” startapları Noyabr ayında Amsterdamda keçiriləcək dünya finalına qatılma hüququ qazanmışdır.

Proqrama qəbul olan layihələri dünya finalına qədər hansı proseslərdən keçirlər?

"ClimateLaunchpad" akselerasiya proqramı 4 əsas mərhələdən ibarətdir:

Mərhələ 1: Kamp (Bootcamp)

Mərhələ 2: İntensiv ölkə daxili akselerasiya proqramı

Mərhələ 3: Ölkə Finalı – Demo Day

Mərhələ 4: "Dünya Finalı" – Niderland

Startaplar nə qazanacaqlar?

Bu il Azərbaycandan proqrama qəbul olunacaq 10 startap akselerator proqramı çərçivəsində proqres edərək İsveçrədə 18 aylıq akselerator (€ 95,000 avro investisiya ilə) və aşağıdakı mükafatlar uğrunda yarışacaqlar! Dünya Finalında ilk 10 yeri tutan startap layihələri kiçik ideyaların böyük bizneslərə çevrildiyi 18 aylıq "Climate-KIC Accelerator" proqramına qəbul olacaqlar. Bu akselerator proqramında hər bir layihəyə üç mərhələdə € 95,000 avro maliyyə dəstəyi verilir. Bundan əlavə isə, Grand Finale - da ilk 3 yerə çıxan komandalar pul mükafatları qazanacaqlar:

– Birinci yer: € 10,000 avro,

– İkinci yer: € 5,000 avro,

– Üçüncü yer: € 2,500 avro.

– Hər biri € 5,000 avro olmaqla 5 fərqli mövzu mükafatı (cəmi: € 25,000 avro)

– Dünya finalında Azərbaycanı təmsil edəcək 3 startap komandasının bütün xərcləri qarşılanır!

 Proqramın həyata keçirilməsində ölkəmizdə daima innovasiyaları dəstəkləyən “Coffee Moffie” və “Badamlı sulari” proqramın əsas qida sponsorudur. Tərəfdaşlar: Proqramın həyata keçirilməsində “Sil.” – in əsas media tərəfdaşları Technote Media, Edumap və Real TV təşkilatlarıdır. Proqramın məkan tərəfdaşı isə Baki Ali Neft Məktəbidir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Beynəlxalq müsabiqədə Azərbaycanı 3 Startap təmsil edəcək

09-07-2018

"ClimateLaunchpad 2022"nin milli mərhələsinə start verilib

02-08-2022

ClimateLaunchpad 2017-nin qalibləri açıqlanacaq

11-07-2017

ClimateLaunchpad 2017-nin qalibləri-Foto

07-08-2017

NewSpace Proqramının Final mərhələsi baş tutub

14-06-2019

"INNOLAND" və "Nextstep”in birgə təşkilatçılığı ilə "Pre-inkubasiya" proqramı başlayır

09-06-2022

"EURO 2020” mövzusunda poçt markaları bloku dövriyyəyə buraxılıb

30-07-2021

BANM-ın “Agroficient” komandası 25,000 avro investisiya qazanıb

26-04-2025

“Startup School 3” finalının münsiflər heyəti elan olundu

17-11-2025

SUP ilk proqramına seçilən startapları açıqladı

26-01-2016

Digital Startup Awards proqramının qrand-finalı keçirilib

17-12-2025

agroX Müsabiqəsinin YarımFinalçıları üçün MENTOR dəstəyi təşkil olunacaq.

08-07-2019

"Demo Day" başladı- Finala çıxan 30 layihə sərgidə nümayiş olunur

21-11-2025

agroX Müsabiqəsinin YarımFinalçıları üçün MENTOR dəstəyi təşkil olunub

11-07-2019

“Bizdən biznesə” startap müsabiqəsinə start verilib

21-10-2025

SUP 2-ci proqramına seçilən startapları açıqladı

10-08-2016

Azərbaycan beynəlxalq proqramlaşdırma müsabiqəsinin finalına hazırlaşır

19-03-2025

Azərbaycan AgroX innovasiya proqramına start verir

19-06-2019

Yerli startap Azərbaycana investisiya gətirməkdə çətinlik çəkir

17-09-2018

“Baku ID” festivalında startaplar 2 milyon dollardan artıq investisiya əldə etdilər!

02-07-2024

Azərbaycanda ilk beynəlxaq oyun inkubasiya proqramı keçirilib

11-08-2025

BANM “Impulse4Women” və IDEA tərəfindən keçirilən hakatonun qalibi olub

14-04-2025

Startap müsabiqələri keçirilir

17-07-2015

INNOLAND beynəlxalq proqramın regional müraciətlərini qiymətləndirəcək

14-12-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə