Previous Next
Bağla

Nokia kiçik baza stansiyaları üçün yeni avadanlıq təqdim edib

12-09-2015 11:28
Nokia kiçik baza stansiyaları üçün yeni avadanlıq təqdim edib

Nokia Networks şirkəti kiçik baza stansiyaları üçün saniyədə 1 giqabit buraxılış qabiliyyətinə malik avadanlıq nümayiş etdirib, eyni zamanda belə şəbəkələrin qurulmasının sürətləndirilməsi üçün nəzərdə tutulan yeni servis təqdim edib.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, "Flexi Zone G2” adlanan yeni avadanlıq üç operatorun kanalını ötürə bilir və LTE, lisenziyalaşdırılmamış LTE (LTE-U) və Wi-Fi şəbəkələrini dəstəkləyir.

Nokia nümayəndələri həmçinin "HetNet Engine Room” adlı yeni servis haqqında söhbət açıblar. Onların sözlərinə görə, servis telekommunikasiya şirkətlərinə kiçik baza stansiyalarını hazırkı kiçik stansiyalarla müqayisədə 30 faiz tez və 20 faiz az vəsait sərf etməklə qurmağa, eləcə də 10 faiz daha çox abunəçiyə xidmət göstərməyə imkan verəcək.

“HetNet Engine Room” xidmətində şəhərdə kiçik baza stansiyalarının nəzəri baxımdan yerləşə biləcəyi yerlərin qeyd olunduğu üçölçülü xəritədən istifadə edilir. Xəritədə bütün nöqtələrin öz balı var və Nokia onu “stansiyaların qiymətləndirmə indeksi” adlandırır. Qiymətləndirmə bu yerdə tikilə biləcək kiçik baza stansiyasına yatırılan investisiyaların xərcini ödəməsini əks etdirir. Belə yanaşma yeni avadanlığın qurulması üçün əlverişli yerləri tez müəyyənləşdirməyə imkan verir.

“Yolun bir tərəfində kiçik baza stansiyasının yaradılması bir neçə metrlikdə yolun digər tərəfində qurulmasından on dəfə baha başa gələ bilər. Biz operatorlara yaxşı nöqtələri seçərək sonradan orada bütün infrastruktura malik kiçik baza stansiyalarını tez və ucuz qurmağa imkan verən yeni yanaşma yaradırıq”.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nar 4G istifadəçilərinin sayı il ərzində 85 faiz artıb

23-10-2019

Nar 4G şəbəkəsi Qobustan və Xızıda

16-08-2019

Azercell-in günəş enerjisi ilə çalışan baza stansiyaları Qarabağda!

14-10-2022

Nar Gəncədə 4G xidmətini təqdim edib

25-11-2017

Nar LTE şəbəkəsini genişləndirir

17-08-2018

Nar 4,5G baza stansiyalarının sayını 60 faiz artırıb

17-01-2020

“BAKCELL” əhatə dairəsini genişləndirir

16-04-2009

“Nar” 50-dən artıq yeni baza stansiyası quraşdırmaqla şəbəkəsini daha da genişləndirib

09-08-2021

Nar baza stansiyalarını 25 faiz artıracaq

01-03-2018

“Nar” şəbəkəsi Hadrutda və Cəbrayılda

04-06-2021

4G Nar şəbəkəsi ölkə əhalisinin 91,5 faizinə xidmət edir

30-09-2019

4G Nar şəbəkəsi artıq Zərdabda

08-11-2019

“Nar”-ın 4G şəbəkəsi Ağdam, Füzuli və Goranboyda!

29-06-2019

Ayda 4G şəbəkəsi qurulur

28-02-2018

Nar 120-dən artıq yeni baza stansiyasını istifadəyə verib

23-05-2019

"Nar" ötən il 150-dən çox baza stansiyası quraşdırıb

12-03-2021

Nar-ın 4G texnologiyalı baza stansiyalarının sayı 2000-i ötdü

08-07-2019

Regionlarda 4G “Nar” şəbəkəsindən istifadə edənlərin sayı iki dəfə artıb

02-12-2019

Azercell yaşıl baza stansiyalarının sayını artırır

14-10-2024

Azercell şəbəkəsini sürətləndirib

19-08-2015

Nar 2018-ci ilin üçüncü rübünün nəticələrini açıqladı

28-11-2018

4G şəbəkələrində yükləmənin sürəti artırılacaq

24-10-2015

“Nar” işğaldan azad edilmiş ərazilərdə şəbəkəsini genişləndirməyə davam edir

10-06-2021

Baş direktor: Qarabağın mobil şəbəkə ilə təmini üçün əlavə baza stansiyaları quraşdırılacaq

17-06-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə