Nokia telefonlar üçün yeni melodiyanın yaradılmasına dair müsabiqə elan edib

07-09-2011 / 19:30
Finlandiyanın telefon istehsalçısı Nokia şirkəti yeni qurğularının zəngi üçün musiqinin yazılmasına dair müsabiqə elan edib. Şirkət öz istehsalı olan mobil telefonlar üçün 17 ildən bəri istifadə edilən və dünyada məşhur olan Nokia Tune klassik melodiyasını dəyişmək niyyətindədir. 
Müsabiqə iştirakçılarına zəng tonunun yeni versiyasının yaradılması təklif olunur. Zəng “yeni, mənalı və orijinal” olmalıdır, lakin bununla belə, musiqidə Nokia Tune melodiyası hiss edilməlidir, mincom.gov.az Lenta.ru-ya istinadən yazır. 
Müsabiqənin qalibi 10 min dollarla mükafatlandırılacaq, yeni melodiyadan isə 2012-ci ildə satışa çıxarılacaq Nokia telefonlarında istifadə ediləcəyi planlaşdırılır. Şirkət həmçinin müsabiqədə ikinci-altıncı yerləri tutan melodiya müəlliflərinin hər birinə 1000 dollar ödəməyi nəzərdə tutur. 
Qeyd etmək lazımdır ki, müsabiqə sentyabrın 5-də başlayıb, oktyabrın 4-də isə onun başa çatacağı gözlənilir.

ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.