Previous Next
Bağla

NRYTN “Facebook” şirkətinə müraciət ünvanlayıb

28-10-2020 16:53
NRYTN “Facebook” şirkətinə müraciət ünvanlayıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Facebook” şirkətinin rəhbərliyinə informasiya müharibəsində narahatlıq yaradan məqamlar barədə məktub ünvanlayıb.

Xeberler.az bildirir ki, müraciətdə son zamanlar “Facebook” və “Instagram” sosial şəbəkələrində narahatedici tendensiyaların müşahidə edildiyi diqqətə çatdırılıb. Məktubda 27 sentyabr tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ermənistanın təcavüzünü dayandırmaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə zəruri əks-hücum tədbirlərinə başladığı vurğulanıb. “Biz beynəlxalq səviyyədə tanınmış, Ermənistan tərəfindən 1990-cı illərin əvvəllərində işğal edilmiş və əhalisi etnik cəhətdən təmizlənməyə məruz qalmış ərazilərimizi işğaldan azad edirik. Bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün öz evlərinə qayıtmaq üçün təxminən 30 ildir gözləyir”, – deyə qeyd olunub.

Həmçinin, hadisələrin fonunda sosial media platformalarının dünyaya həqiqətləri çatdıran və erməni tərəfinin yaydığı saxta xəbərləri ifşa edən informasiya müharibəsi üçün döyüş meydanlarına çevrildiyi bildirilib.

Müraciətdə azərbaycanlı istifadəçiləri susdurmaq üçün onların profillərinin kütləvi şəkildə bloklandığının müşahidə olunduğu vurğulanıb. Məktubda şirkətdəki bəzi ermənipərəst işçilərin təsiri ilə Azərbaycandan olan istifadəçi profillərinin və səhifələrinin əsassız bloklanmasından xüsusi narahatlıq keçirdiyimiz xüsusi vurğulanıb. "Digər narahatlıq yaradan məqam isə Azərbaycanın işğal olunmuş ərazilərinin etnik baxımdan təmizlənmiş əhalisini təmsil edən seçilmiş şəxslərin profillərinin təsdiqlənməməsidir. Onların yoxlama tələbləri heç bir izahat verilmədən tamamilə rədd edilir".

“Bu müşahidələri nəzərə alaraq şirkətin imkanlarından istifadəçi səslərini susdurmaq üçün istifadə olunmaması və hamımıza qarşı tutduğunuz bitərəfliyi qorumağınız üçün bütün lazımi addımlar atacağınıza ümid edirik. Bu, sərbəst
ifadə və həqiqət üçün etibarlı bir virtual mühiti təmin edəcək”, – deyə müraciətdə bildirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Facebook” şirkətinə ünvanladığı məktubda qeyd olunan məsələlərin müzakirəsi üçün şirkət tərəfindən müvafiq koordinatorun təyin edilməsini tələb edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatı

13-09-2022

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vətəndaşlara xəbərdarlıq edir

13-10-2020

Azərbaycan İnternet Forumunun məlumatı

19-12-2008

Facebook haker hücumuna məruz qalıb

08-02-2020

İnnovasiyalar Agentliyi 43 beynəlxalq şirkətə müraciət göndərib

15-10-2020

Prezidentin “Facebook” səhifəsində “İKT ili” ilə bağlı suallar cavablandırılacaq

06-06-2013

AİF rəhbəri Milli İnternet ünvanların qeydiyyatının tənzimlənməsi məsələsi ilə bağlı Əli Abbasova məktub ünvanlayıb

18-02-2010

Azərbaycanda Instagram istifadəçilərinin sayı kəskin artıb

06-01-2017

Facebook hesabımızı necə qoruyaq?

30-03-2018

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Anım Günü qeyd olunub

27-09-2021

DTX Kəlbəcərdə məskunlaşma ilə bağlı məlumat yaydı

18-08-2020

Milli domenlərin qeydiyyatı sahəsində dözülməz vəziyyət hələ də qalmaqdadır

20-09-2012

ÜPİ İstanbul Konqresi 2016 başa çatdı-Foto

07-10-2016

“Azərkosmos” vətəndaşlara müraciət edib

16-10-2020

Düşmən bu dəfə “Facebook” üzərindən təxribatlarını davam etdirir

08-10-2020

Facebookda tələ qurdular!

06-03-2009

Facebook iş adamları üçün xüsusi şəbəkə yaradıb

19-11-2014

Baykar saxtakarlıqla bağlı xəbərdarlıq edib

27-10-2024

Martın 12-dən sonra Facebook-da nə baş verəcək?

10-03-2015

Hərbi attaşelər Ermənistanın genişmiqyaslı təxribatı barədə məlumatlandırılıb

13-09-2022

Müdafiə Nazirliyi məlumat verib

13-09-2022

Elektron Təhlükəsizlik Mərkəzi “Facebook” sosial şəbəkəsinin təhlükəsiz istifadəsi ilə bağlı təlimatlar hazırlayıb

28-03-2014

“Facebook” “GSMA” Mobil Operatorlar Assosiasiyasına üzv olub

14-11-2013

MN: "Antiterror tədbirləri barədə Xankəndi sakinləri səsgücləndirici vasitələrlə xəbərdar edilir"

19-09-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə