Previous Next
Bağla

“Azərkosmos” vətəndaşlara müraciət edib

16-10-2020 11:44
“Azərkosmos” vətəndaşlara müraciət edib

“Azərkosmos” ASC Korporativ Sosial Məsuliyyət fəaliyyəti çərçivəsində “Hər şey Vətən üçün, hər şey qələbə üçün” şüarı altında Dağlıq Qarabağ hadisələri haqqındakı tarixi faktların və erməni saxtakarlığını sübuta yetirən məlumatların rus, ingilis və fransız dillərinə təmənnasız tərcümə olunması təşəbbüsünə start verik.

Xeberler.az bildirir ki, bu barədə səhmdar cəmiyyətinin vətəndaşlara müraciətində bildirilir.

"Azərbaycanın bütövlüyü və işğal altında olan torpaqlarımızın azad olunması uğrunda ölkəmiz bu gün düşmənə qarşı həm ön cəbhədə, həm də informasiya cəbhəsində mübarizəsini davam etdirir.

Dünyada kök salmış erməni yalanlarını ifşa etmək və Azərbaycanın həqiqətlərini dünyaya çatdırmaq üçün bu gün informasiya cəbhəsində hər birimiz mübariz bir əsgərik.

Hazırkı informasiya mübarizəmizdə əsas vəzifəmiz ermənilərin yaydığı və hələ də davam etdirdiyi saxta məlumatlara sarsıdıcı zərbə vurmaqdır. Bunun üçün Azərbaycan həqiqətlərini sosial şəbəkələr vasitəsilə fərqli dillərdə dünyaya çatdırmalıyıq.

Ermənistan-Azərbaycan münaqişəsini təhlil edən yerli tarixçilər, politoloqlar, iqtisadi ekspertlər və digər aidiyyəti tədqiqatçılar bu təşəbbüsə qoşulmaqla öz məlumatlarını sosial şəbəklərdə fərqli dillərdə aktiv yaymaq imkanı əldə edə bilərlər.

Tərcümə üçün tarixi faktlara söykənən və əsaslı təhlil olunmuş məlumatlarınızını ad, soyad və telefon nömrənizlə birgə [email protected] elektron poçtuna göndərməyiniz xahiş olunur.

Əminik ki, ən yaxın zamanda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu üçrəngli bayrağımızı Şuşa qalasına sancacaq və bizə Qarabağımızın qələbə xəbərini çatdıracaqlar!”, - deyə müraciətdə qeyd olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərkosmos: Suqovuşan Ermənistanın ekoloji terror fəaliyyətinə məruz qalıb

08-10-2020

Kəlbəcərin kosmosdan görüntüsü

25-11-2020

www.karabakh.az saytının təqdimat mərasimi keçirildi

04-03-2011

Qarabağ həqiqətləri milli saytlarımızda

24-04-2015

Bu gün 8 Noyabr - Zəfər Günüdür

08-11-2024

“İnnovativ dövlət idarəçiliyi modeli” mövzusunda konfrans keçirilib

24-12-2025

“Nar” cəbhəyanı bölgələrə dəstəyini davam etdirir

20-10-2020

Qarabağı qarış-qarış gəzməyə gəlirik

19-10-2020

“Vikipediya”nın ingilis dili bölməsində Qarabağla bağlı məlumatlar zənginləşdirilir

21-11-2020

İKTA-da “Zəfər Günü” münasibətilə görüş keçirilib

08-11-2025

Azərbaycanda Zəfər Günü qeyd edilir

08-11-2021

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Anım Günü qeyd olunub

27-09-2021

18 oktyabr - Azərbaycanın müstəqilliyinin bərpası günüdür

18-10-2025

“Azərkosmos”: “Vardenis-Ağdərə yolu da daxil olmaqla monitorinqlər aparılır”

29-09-2020

Ermənilər Cəbrayılda tarixi və mədəni abidələri dağıdıblar...

09-10-2020

Azərkosmos Qubadlıda salınan qəsəbənin görüntüsünü yayıb

01-09-2019

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 32 il ötür

18-10-2023

"Azercell" Qələbə münasibətilə abunəçilərinə internet hədiyyə edib

11-12-2020

Azərbaycan Ordusunun yaradılmasından 107 il ötür

26-06-2025

Hadrut qəsəbəsinin peyk təsviri təqdim edilib

10-10-2020

Rəşadətli Azərbaycan Ordusunun yaradılmasından 105 il ötür

26-06-2023

Müdafiə Nazirliyi məlumat verib

13-09-2022

​8 noyabr - Zəfər Günüdür

08-11-2025

Qarabağ Dirçəliş Fondu KarabakhChallenge kampaniyasına start verib

23-09-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə