Previous Next
Bağla

İKTA-da İctimai Şuranın üzvləri ilə növbəti görüş keçirilib

23-12-2025 18:10
İKTA-da İctimai Şuranın üzvləri ilə növbəti görüş keçirilib

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə növbəti görüş keçirilib.

Xeberler.az bildirir ki, Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov İctimai Şura ilə davamlı dialoqun əhəmiyyətini vurğulayaraq belə müzakirələrin dövlət-cəmiyyət əməkdaşlığının güclənməsinə xidmət etdiyini qeyd edib.

Bildirib ki, müzakirələr mövcud çağırışların daha düzgün qiymətləndirilməsi və qarşıda duran prioritetlərin müəyyənləşdirilməsi baxımından mühüm platforma rolunu oynayır.

İKTA-nın İdarə Heyətinin sədri Nail Mərdanov Agentliyin fəaliyyətində açıq dialoqa və ictimai iştirakçılığa xüsusi önəm verildiyini deyib. O vurğulayıb ki, Şura üzvlərinin səsləndirdiyi fikir və təkliflər Agentliyin fəaliyyətinin təkmilləşməsinə mühüm töhfə verir və bu müzakirələr artıq davamlı əməkdaşlıq formatına çevrilib.

Görüşdə Agentliyin 2025-ci ildə həyata keçirdiyi əsas işlər təqdim edilib. Xüsusilə vurğulanıb ki, ilk dəfə olaraq sektorda “uçot sistemi və hesabatlılıq” mexanizmi qurulub, telekommunikasiya operator və provayderlərinin uçotu aparılıb. Hazırda uçota alınmış 145-ə yaxın aktiv operator və provayder fəaliyyət göstərir.

Bildirilib ki, son 20 ildə ilk dəfə “hüquqi islahatlar və tənzimləyici çərçivənin yenilənməsi” istiqamətində kompleks işlərə başlanılıb, yeni normativ baza üzrə konseptual layihələr hazırlanıb və istehlakçı hüquqlarının qorunması məqsədilə elektron informasiya sistemi, şikayət və monitorinq alətləri istifadəyə verilib.

Həmçinin xidmət keyfiyyətinə nəzarət (QoS/QoE) mexanizmi formalaşdırılıb, real-şəbəkə monitorinqləri təşkil edilib və İKTA-nın institusional inkişafı istiqamətində təşkilati strukturun gücləndirilməsi davam etdirilib.

Görüş zamanı İKTA-nın 2026 – 2028-ci illər üzrə Strateji Fəaliyyət Planı təqdim olunub və bununla bağlı müzakirə aparılıb.

Eyni zamanda internet xidmətlərinin keyfiyyətinə dair aparılan təhlillər, o cümlədən “İnternet sürətinə təsir edən 10 kritik faktor” təqdim edilib. Operator və provayderlərin növbəti illərdə icra etməli olduqları tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Şura üzvlərinə bildirilib ki, “Ookla” ilə razılaşdırılmış şəkildə bu aydan başlayaraq İSP-lər üzrə aylıq median internet sürəti göstəriciləri İKTA-nın rəsmi informasiya resurslarında dərc olunacaq.

Görüş çərçivəsində, həmçinin 2019 – 2025-ci illər üzrə ölkədə mobil və stasionar internetin sürət dinamikasını, sürət artımını şərtləndirən amilləri və qlobal müqayisələri əhatə edən tədqiqat hesabatı təqdim edilib. Müzakirələrdə elektron kommunikasiya və poçt xidmətlərində görülən işlər, infrastrukturun genişləndirilməsi, regionlarda rəqəmsal xidmətlərə çıxış imkanlarının artırılması, internet keyfiyyətinin yüksəldilməsi və istehlakçı hüquqlarının qorunması üzrə mövcud vəziyyət geniş şəkildə nəzərdən keçirilib.

İctimai Şura üzvləri sahə üzrə fikirlərini, təklif və tövsiyələrini səsləndiriblər. Qaldırılan məsələlərə Agentlik rəhbərliyi tərəfindən aydınlıq gətirilib. Bildirilib ki, səsləndirilən təkliflər nəzərə alınacaq və aidiyyəti üzrə dəyərləndiriləcək.

Görüşün sonunda belə müzakirələrin gələcəkdə də davam etdirilməsinin vacibliyi vurğulanıb və dövlət-cəmiyyət əməkdaşlığının gücləndirilməsinin prioritet olaraq qalacağı qeyd edilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnternetin keyfiyyətini necə qaldırmaq olar?

02-03-2024

İKTA-da İctimai Şura üzvləri ilə növbəti görüş keçirilib

02-04-2025

Agentlikdə İKTA nümayəndələri ilə görüş keçirilib

20-02-2026

İKTA-da media nümayəndələri ilə görüş keçirilib

01-10-2024

İnternet operator və provayderlərinin fəaliyyəti müzakirə olunub

22-05-2023

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəhbərliyi ilə görüş keçirilib

23-02-2023

İKTA-da “Ookla” nümayəndələri ilə görüş keçirilib

22-04-2025

Ölkədə internetin sürətinin artırılması ilə bağlı provayderlərlə müzakirə aparılıb

01-05-2024

İKTA operator və provayderlərə düzgün hesabatlılığın aparılması ilə bağlı təlim keçib

05-02-2024

İKTA operator və provayder əməkdaşları üçün təlim təşkil edib

27-05-2025

CityNet Azərbaycanda ilk dəfə 10 Gbit/s internet sürəti təqdim edir

29-07-2023

İKTA və Rumıniyanın tənzimləyici qurumu arasında Memorandum imzalanıb

18-11-2025

Azərbaycanda fiber-optik internetin əhatə dairəsi açıqlanıb

22-05-2025

İKTA provayderlərin dekabr üzrə sürət göstəricilərini dərc edib

19-01-2026

İKTA provayderlərin internet sürət göstəricilərini dərc edib

23-12-2025

İKTA-da “Ookla” şirkətinin prezidenti ilə görüş keçirilib

24-06-2025

İKTA provayderlərin yanvar ayı üzrə sürət göstəricilərini dərc edib

17-02-2026

“A-dan Z-yə internet: media üçün praktik təlim” təşkil olunub

25-02-2026

Azərbaycanda internet provayderlərinin xidmətinin keyfiyyəti rüblük ölçüləcək

12-07-2023

Azərbaycan və Türkiyənin tənzimləyici qurumları birgə layihə icra edəcək

20-11-2025

“Ookla”nın saytında İKTA haqqında məqalə dərc olunub

08-10-2025

Azərbaycan və ABŞ əməkdaşlığı genişləndirir

20-11-2025

İKTA provayderlərin fevral üzrə internet sürət göstəricilərini dərc edib

17-03-2026

İKTA: “Premiumnetaz”ın uçotu ləğv edilib

13-01-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə