Previous Next
Bağla

İnternet provayderi seçmək hüququnun pozulması ilə bağlı 17 müraciət həllini tapıb

05-06-2025 16:07
İnternet provayderi seçmək hüququnun pozulması ilə bağlı 17 müraciət həllini tapıb

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) çoxmənzilli yaşayış binalarında sakinlərin internet telekommunikasiya xidməti göstərən operator və provayderi sərbəst seçmək hüququnun qorunması, operator və provayderlərə bərabər şərait yaradılması istiqamətində fəaliyyətini davam etdirir.

Xeberler.az bildirir ki, son 1 il ərzində İKTA-ya 194 yaşayış kompleksində operator və provayderi sərbəst seçmək hüququnun təmin edilməsi, operator və provayderlərə bərabər şəraitin yaradılması ilə bağlı 215 müraciət daxil olub.

İKTA tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 83 müraciət üzrə çoxmənzilli yaşayış binalarında 1 internet provayderinin fəaliyyət göstərdiyi aşkar edilib. Bundan əlavə, 80 müraciət üzrə 2, 36 müraciət üzrə isə 3 və daha artıq internet provayderinin fəaliyyət göstərdiyi müəyyən olunub.

Hazırda tənzimləyici qurum tərəfindən 16 müraciət üzrə məsələnin araşdırılması həyata keçirilir. İKTA tərəfindən atılmış addımlar nəticəsində 17 müraciət müsbət həllini tapıb.

Belə ki, müvafiq MTK-lar və idarəedici təşkilatlar tərəfindən internet operator və provayderlərə həmin binalarda fəaliyyət göstərmək imkanı yaradılıb. Digər müraciətlər üzrə də tədbirlər davam etdirilir.

Telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurum İKTA bəyan edir ki, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, abunəçilərin operator və provayderləri sərbəst seçmək hüququ var və bu hüququn təmin edilməsinə müvafiq şərait yaradılmalıdır.

Tənzimləyici qurum istifadəçilərin maraq və hüquqlarının pozulmasına səbəb olmaqla digər operator və provayderlərin fəaliyyətinə maneə törədərək tək fəaliyyət göstərən operator və provayderlər barəsində qanunvericiliyə uyğun tədbirlərin davam etdiriləcəyini bir daha xatırladır.

Agentlik bəyan edir ki, qanunvericiliyə uyğun olaraq istifadəçilərin maraq və hüquqlarının pozulmasına, yaxud qanunazidd olan hər hansı digər əməllərə yol verən şəxslər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

Müvafiq pozuntu halları ilə qarşılaşan istehlakçı və internet provayderlərinə bu məsələlərlə bağlı tənzimləyici quruma müraciət etmələri tövsiyə olunur.

Xatırladaq ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya kommunikasiya texnologiyaları (İKT) və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İKTA: Çoxmənzilli bina sakinlərinin operator və provayderləri sərbəst seçmək hüququ təmin edilməlidir

20-02-2025

İKTA operator və provayder əməkdaşları üçün təlim təşkil edib

27-05-2025

İnternetin keyfiyyətini necə qaldırmaq olar?

02-03-2024

İKTA “Speedtest” serverlərinin qiymətləndirilməsini davam etdirir

01-05-2025

İnternet operator və provayderlərinin fəaliyyəti müzakirə olunub

22-05-2023

İKTA operator və provayderlərə düzgün hesabatlılığın aparılması ilə bağlı təlim keçib

05-02-2024

İnternet istifadəçilərilə bağlanan müqavilə şərtlərinə yenidən baxılır

16-02-2024

Azərbaycanda uçota alınan operator və internet provayderinin sayı 6 faiz artıb

05-09-2023

Hesabatlılıqdan yayınan provayderlər cərimələnib

16-04-2024

Provayderlərə xəbərdarlıq edildi

28-02-2024

Azərbaycanda uçota durmayan internet provayderi cərimələnib

10-08-2023

CityNet Azərbaycanda ilk dəfə 10 Gbit/s internet sürəti təqdim edir

29-07-2023

Telekommunikasiyanın fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir

18-03-2026

İKTA: “Premiumnetaz”ın uçotu ləğv edilib

13-01-2026

İKTA internet xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlilini yeniləyib

27-02-2025

Uçota alınan internet provayderlərin sayı artdı

23-02-2024

Radio avadanlıqların quraşdırılması üçün rəylərin verilməsinə dair geniş müzakirə aparılıb

14-02-2024

Azərbaycanda üç provayderin uçotu ləğv olundu

25-01-2024

İKTA internet xidmətlərindən istifadəsi üzrə hesabatı dərc edib

23-04-2025

Azərbaycanda uçota alınan telekommunikasiya operator və provayderlərinin sayı 163-ə çatdırılıb

24-07-2024

İnternet xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlili aparılıb

02-02-2024

İKTA uyğunluq sertifikatı olmayan avadanlıqlarla bağlı vətəndaşlara xəbərdarlıq edir

09-02-2024

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

29-03-2024

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

29-03-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə