“Onlayn sınaq test imtahanları” elektron xidmətinə dəyişiklik edilib

19-05-2015 / 11:14

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 2014-cü ildən göstərilən “Onlayn sınaq test imtahanları” elektron xidmətinin məzmunu ilə bağlı dəyişikliklər edilib.

Komissiyadan Xəbərlər-ə verilən məlumata görə, əvvəllər sınaq test imtahanları 5-ci və 6-7-ci təsnifatlar üzrə bir variantda həyata keçirilirdi. Hazırda həm 5-ci, həm də 6-7-ci təsnifatlar üzrə variantların sayı artırılaraq hər biri üzrə altıya çatdırılıb.

Onlayn sınaq test imtahanları dövlət orqanlarında inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan vakant vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq istəyən vətəndaşların test blokları üzrə biliklərinin yoxlanılması və onların test imtahanlarında təqdim olunan test tapşırığı nümunələri ilə tanışlığı məqsədi ilə həyata keçirilir.

Ödənişsiz olan və real vaxt rejimində interaktiv şəkildə həyata keçirilən bu elektron xidmətdən həm Komissiyanın rəsmi İnternet səhifəsinin elektron xidmətlər bölməsində (http://exidmet.csc.gov.az/TI), həm də “Elektron hökumət” portalında (https://www.e-gov.az/az/services/read/3223) qeydiyyatdan keçməklə istifadə etmək olar.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə