Previous Next
Bağla

Elektron sınaq imtahanları davam edir

30-03-2017 15:12
Elektron sınaq imtahanları davam edir

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM ) aprel-may aylarında keçiriləcək birinci qəbul imtahanlarında iştirak edən abiuriyentləri nəzərə alaraq I-IV ixtisas qrupları üzrə elektron sınaq imtahanları keçirir.

Belə ki, DİM-in martın 31-dək olan sınaqlarında iştirak ödənişizdir.

Ödənişsiz elektron sınaq imtahanlarının keçirilməsi gündə 3 dəfə olmaqla martın 31-dək davam edəcək.

Sosial şəbəkələrdə olan müzakirələrə görə, martın 25 və 26-da olan elektron sınaqda bəzi abituriyentlər iştirak edə bilməyib.

Qeyd edilir ki, sistemdə problem olduğundan imtahan vermək mümkün olmayıb.

Xeberler.az olaraq məsələni dəqiqləşdirməyə çalışdıq.

DİM-in mətbuat xidmətindən saytımıza verilən məlumata görə, martın 25-də, səhər 9:00-da olan imtahanda bəzi texniki problemler yaranıb:

“Öncə elektron sınaq imtahanlarını martın 25-26-da nəzərdə tutmuşduq. Daha sonra müraciətlərin çoxluğunu nəzərə alaraq bu müddəti martın 31-dək artırdıq. Bəli, martın 25-də, saat 9:00-da olan imtahan zamanı sistemdə yüklənmə olduğu üçün müəyyən qrup abituriyent həmin vaxt imtahan verə bilməyib. Daha sonra problem həll edildi və abituriyentlər üçün başqa vaxt təyin edildi. Beləliklə, onlar da elektron sınaq imtahanında iştirak etdi. Yəni, imtahan təxirə salınmayıb”.

Abituriyentlər isə Xeberler.az-a bildirib ki, martın 26-da axşam saatlarına qədər gözləsələr də, sistemdə imtahan verə bilməyiblər.

 Öyrənirik ki, aprelin 1-dən 9-dək gündə 4 dəfə olmaqla ödənişli elektron sınaq imtahanları keçiriləcək.

Martın 27-dən etibarən ödənişli elektron sınaq imtahanlarında iştirak üçün abituriyentlərin qeydiyyatı başlayıb. Bu imtahanlarda yeni test tapşırığı nümunələrindən istifadə olunacaq və iştirak haqqı 10 manatdır.

DİM-in mətbuat xidmətindən ödəniş məsələsinə də aydınlıq gətirilib.

Qeyd edilib ki, martın 31-dək olan sınaq imtahanında yalnız model testlərdən istifadə edilib. Ona görə də sınaqlar ödənişsiz olub.

Aprelin 1-dən başalayacaq elektron sınaq imtahanlarında isə yeni test tapşırıqlarından istifadə ediləcək.

Qeyd edək ki, iştirakçılar özlərinə uyğun tarix və saatı seçməklə bir sınaq imtahanına yazıla bilər. Elektron sınaq imtahanında iştirak üçün abituriyentlər Dövlət İmtahan Mərkəzinin imtahan.az saytına daxil olub qeydiyyatdan keçməlidirlər.

Abituriyentlər qeydiyyat zamanı seçdikləri tarix və saatda imtahan.az saytına daxil olub imtahan verməlidirlər. İmtahan müddəti 3 saatdır. Ödəniş etmək qaydaları ilə saytda tanış ola bilərsiniz.

Abituriyentlər elektron sınaq imtahanı xidmətindən smart tipli mobil telefon və ya planşet vasitəsilə də istifadə edə bilərlər.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ödənişsiz onlayn sınaq imtahanı

04-05-2018

Magistraturaya qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı keçiriləcək

29-12-2024

Azərbaycanda onlayn sınaq imtahanları başlayır

27-02-2019

Dövlət qulluğuna hazırlaşanların nəzərinə

29-09-2017

Sonuncu sınaq imtahanının nəticələri açıqlandı

06-05-2015

DİM onlayn sınaq imtahanları keçirəcək

30-04-2018

Dövlət qulluğuna müsabiqənin test imtahanı mərhələsində elektron sınaq imtahanları keçiriləcək

26-11-2018

DİM növbəti dəfə elektron sınaq imtahanı keçirəcək

08-01-2018

Qəbul imtahanlarının I və II mərhələsi üzrə onlayn sınaq imtahanları keçiriləcək

08-02-2019

TQDK sınaq imtahanının nəticələrini açıqladı

22-04-2015

Qəbul imtahanlarının yeni onlayn sınaq imtahanına yazılış başlayıb

09-04-2019

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin nəzərinə

21-11-2017

DİM: Elektron ərizə qəbulu davam edir

15-05-2017

Yay qəbul imtahanlarında iştirak etmək üçün qeydiyyat başlanır

08-06-2022

Qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin nəzərinə!

17-06-2022

Buraxılış və qəbul imtahanların tarixi açıqlandı

17-01-2018

Portal üzərindən sınaq imtahanına necə yazılmaq olar?

25-02-2016

Sınaq imtahanına elektron yazılış başladı

30-03-2015

Martın 8-də rəqəmsal SAT imtahanı keçiriləcək

05-03-2025

Sınaq imtahanında iştirak edə bilməyənlərin nəzərinə

04-05-2018

Ali məktəblərə tələbə qəbulu üzrə sınaq imtahanı keçiriləcək

05-01-2023

Elektron ərizə qəbulu sistemi aktivləşib

04-05-2017

Buraxılış və qəbul imtahanları ilə bağlı yenilik

22-09-2017

Qəbul imtahanının nəticələri açıqlandı

26-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə