Onlayn təhsil “Nar”ın “TƏHSİL+” internet paketi ilə daha rahatdır

09-04-2021 / 17:23

Təhsilini onlayn qaydada davam etdirən tələbə, şagird və müəllimlər “Nar”ın təqdim etdiyi sərfəli “TƏHSİL+” internet paketindən yararlana bilərlər. İnternet paketi “Microsoft Teams” və “Zoom” kimi platformaları bir paketdə birləşdirməklə istənilən məkanda onlayn təhsilə imkan yaradır. Abunəçilər heç bir sürət limiti olmadan, istər tətbiq, istərsə də veb-brauzer üzərindən hər iki tətbiqdən istifadə edə bilərlər.

Qeyd edək ki, paket abunəçilərə cəmi 10 AZN ödəməklə sürət limiti olmayan 50GB təqdim edir. Sərfəli internet paketindən yararlanmaq üçün abunəçilər *777#21# kodunu yığa və ya 777 nömrəsinə “T+” açar sözünü göndərərək paketi aktivləşdirə bilərlər. Qeyd edək ki, “TƏHSİL+” internet paketini “hotspot” funksiyası vasitəsilə paylaşmaq mümkündür. “TƏHSİL+” internet paketi haqqında ətraflı məlumat http://www.nar.az/tehsil-plus/ səhifəsindən əldə etmək olar.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə