Osman Gündüz:" Bu, "Azercell"in dünyadakı texnoloji tərəqqini izləməsindən və yeniliklərə açıq olmasından xəbər verir".

25-11-2010 / 12:00

\\\"Azercel Telekom\\\" daha bir ilkə imza atır

Artıq mobil telefonla qapını aça, endirim əldə edə, metroya daxil ola, ödəniş edə biləcəksiniz.

İşıq sürətilə inkişaf edən yeni texnologiyalar insanların həyatını asanlaşdırmağa davam edir. Bu günə qədər televiziya, kamera, fotoaparat, musiqi mərkəzi kimi, bir çox fərqli texnologiyaları mobil telefonlara daşıyan mütəxəssislər daha bir yeniliyə imza atıblar. Mobil telefonlar üçün nəzərdə tutulan yeni Sim kartlar vasitəsilə bundan sonra həm yuxarıda sadalananları, həm də bir çox fərqli funksiyaları həyata keçirmək mümkün olacaq. Söhbət, RFİD (Radio Frequency Identification) texnologiyasını və NFC (Near Field Communication) Yaxın Sahə Kommunikasiyalarını dəstəkləyən Sim kartlardan gedir. Bu yeniliyi Azərbaycanda ilk dəfə \\\"Azercell Telekom\\\" MMC noyabrın 23-də Bakıda keçiriləcək \\\"BakuTel 2010\\\" telekommunikasiya sərgisində nümayiş etdirəcək. Hələliksə gəlin, bu Sim kartların hansı xüsusiyyətlərə malik olduğunu və onların ictifadəçilərə hansı üstünlüklər gətirəcəyini aydınlaşdıraq.

Əvvəlcə onu qeyd edək ki, RFİD - Radio Dalğasıyla Tanıma Texnologiyası obyektlərin radio dalğası ilə avtomatik tanınması, izlənməsi və idarəedilməsinə imkan verən güclü bir texnologiyadır. RFİD sistemində obyektlə bağlı məlumatlara sahib olan və \\\"tag\\\" adı verilən bir avadanlıq, radio dalğasını oxuyan bir ox var. Əsas xüsusiyyəti \\\"tag\\\"ın içinə yazılan məlumatı təmasa ehtiyac olmadan uzaqdan və eyni anda oxumaq və təkrar yaza bilməkdir.

NFC texnologiyasının özəllikləri sayəsində isə abonentlər yeni Sim kartları ilə telefonlarına kredit kartlarını yükləyə biləcəklər. Telefonun menüsünə daxil olub fəaliyyətə yönəltmək istədikləri kartı seçərək ödəmələrini həyata keçirəcəklər. NFC texnologiyası 2003-cü ildə \\\"Sony\\\" və \\\"Philips\\\" tərəfindən yaradılıb və gün keçdikcə inkişaf etməkdədir.

Sözügedən iki texnologiya sayəsində mobil telefonu oxuyucu cihaza yaxınlaşdırmaqla müəyyən komandanı vermək mümkün olacaq. Məsələn, telefonla qapını açmaq, endirim əldə etmək, metro və ya avtobusa daxil olmaq olar. Abonent binaya daxil olma hüququnu, endirim və kupon kodlarını, metro və konsert biletlərini yalnız öz telefonundan istifadə edərək əldə edə biləcək.

Belə Sim kartlara malik mobil telefonlar hər hansı binaya giriş və ya çıxış zamanı \\\"kimlik kartı\\\" kimi istifadə oluna biləcək. Yaxud, marketdə alış-veriş edən müştəri bu texnologiyadan istifadə sayəsində sistemə yaxınlaşarkən onun aldığı bütün malların kodları avtomatik oxunmuş olacaq.
Yeni funksiyadan istifadə etmək üçün telefonu sadəcə oxuyucu cihaza yaxınlaşdırmaq kifayətdir. RFİD 1 sm-dən 10 metrə qədər dəyişən məsafədə tətbiq sahəsindən asılı olaraq işləyir.

Gələcəkdə, RFİD Sim kartla işləyən mobil telefon demək olar ki, pul qabında olanları tam şəkildə əvəz edəcək. Yəni, açar, kredit kartları, biletlər, endirim və nahar kartları, ictimai nəqliyyatda gediş vəsiqələri, təhlükəsizlik nişanları, kuponlar, maşının keçməsinə icazələr - bir sözlə, gündəlik həyatımızda istifadə etdiyimiz bir çox şeyi RFİD Sim kartına yerləşdirmək mümkün olacaq. Bu kartlar adi Sim kart ölçüsündə olacaq və demək olar ki, istənilən mobil telefon modeli ilə işləyəcək. Bu da o deməkdir ki, yeni Sim kartlardan istifadə etmək istəyən abonentnin mobil telefonunu dəyişdirməsinə ehtiyac qalmayacaq.

Türkiyədə artıq bu texnologiyanın tətbiqinə başlanılıb. Dünyada ilk dəfə olaraq məhz türkiyəli mütəxəssislər NFC texnologiyasını dəstəkləyən mobil telefonlara ehtiyacı olmayan Sim kartlar hazırlayıblar. Yəni əvvəl bu kartlar ancaq məlum texnologiyanı dəstəkləyən telefonlarda istifadə olunurdu və belə telefon modellərinin sayı olduqca məhdud idi. Lakin türkiyəli mütəxəssislərin ərsəyə gətirdiyi yeni SİM kartlar sayəsində istənilən modelli telefonların bu funksiyadan yararalanmasına imkan yaradılıb. Yeni Sim kart layihəsinin müəllifləri 2023-cü ildən Türkiyədə nəqd yolu ilə ödəməni aradan qaldırmağı hədəflədiklərini bildiriblər. Həmçinin qeyd ediblər ki, məlum layihə çərçivəsində gələcəkdə sürücü vəsiqələri də mobil telefonlara yerləşdiriləcək.

Qeyd edək ki, RFİD texnologiyasının tətbiqi abonentlərlə yanaşı, bir çox şirkətlərə böyük fayda gətirəcək. Vaxtilə insanların gördüyü işlər bu texnologiya sayəsində avtomatik həyata keçiriləcək. Bu isə zamanla işçi qüvvəsinə olan tələbatı azaldaraq şirkətin xərclərinin azalmasına səbəb olacaq. Bununla yanaşı, şirkətlərin iş sürəti artacaq, lazımı hesabatlar daha tez və daha dəqiq şəkildə hazırlanacaq.

İnsanların həyatına rahatlıq gətirən bu texnologiyalar dünyanın bir çox ölkəsində tətbiq olunur. Məsələn, RFİD üsulunu yaxından mənimsəyən yaponlar bundan gündəlik həyatlarında geniş şəkildə istifadə edirlər. Məlum imkanlar sayəsində mobil telefonla ödəniş etməkdən tutmuş, bir çox başqa funksiyaları rahatlıqla həyata keçirirlər.
\\\"Multimedia\\\" İnformasiya Texnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüz hesab edir ki, yeni texnologiyanın Azərbaycanda tətbiqi insanların həyatını xeyli dərəcədə yüngülləşdirəcək:
\\\"Abonent bu kartı əldə edibsə, məsələn, heç bir pul ödəmədən, növbə gözləmədən metroya daxil ola bilər. Eyni zamanda mobil telefon aparatından istifadə edərək mağazadakı alış-verişin ödənişini həyata keçirə bilər. Yəni mobil telefon artıq ödəniş vasitəsini və bir çox başqa kartları əvəz etmiş olur. Mobil operator əvvəldən bu xidmətləri göstərən şirkətlə əlaqəyə girir, müqavilə bağlayır\\\".

O. Gündüzün sözlərinə görə, \\\"Azercell Telekom\\\" Azərbaycana çox mütərəqqi bir yeniliyi gətirir: \\\"Müəyyən təhlükəsizlik qaydalarını gözləməklə bunun geniş tətbiqini reallaşdırmaq lazımdır. Bu abonentlərə əla bir şans vermiş olacaq. Yəni bu, rahatçılıqdır, vaxta qənaətdir, əsəb yaradan növbələrdə durmamaqdır. Hesab edirəm ki, yeni kartların istifadəsinə başlanılması effektiv və abonentlərin xeyrinə olan bir addımdır. Bildiyim qədər bu yeniliyi Azərbaycanda fəaliyyət göstərən mobil operatorlar arasında hələ ki, təkcə \\\"Azercell\\\" tətbiq edir. Bu, \\\"Azercell\\\"in dünyadakı texnoloji tərəqqini izləməsindən və yeniliklərə açıq olmasından xəbər verir. Əminəm ki, bu yenilik Azərbaycandakı mobil telefon istifadəçilərinin işinə çox yarayacaq\\\".

mənbə: Qafqazinfo.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə