Previous Next
Bağla

Osman Gündüz: Süni intellekt Strategiyası bizə nə verəcək?

19-03-2025 17:05
Osman Gündüz: Süni intellekt Strategiyası bizə nə verəcək?
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-2028-ci illər üçün süni intellekt Strategiyasını təsdiqləyib. 
 
Qeyd edək ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
 
Xeberler.az məlumat verir ki, bu məsələyə Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib.
 
Ekspert bildirib ki, 2021-ci ildən bəri bu sənədin hazırlanması, razılaşdırmalara verilməsi, təsdiqlənmə ərəfəsində olması ilə bağlı RİNN dəfələrlə məlumatlar açıqlayıb:
 
"RİNN bu sənədin beynəlxalq təcürbə, xüsusilə də Türkiyənin Rəqəmsal Transformasiya Ofisi ilə birgə hazırladığını açıqlamışdı.
 
Hiss olunurdu ki, müəyyən dövlət qurumları arasında da bununla bağlı maraq toqquşmaları var. Hətta daha bir-iki qurumun da bu istiqamətdə sənəd layihələri hazırlandığı bildirilirdi.
 
Görünən odur ki, sonda vahid bir razılaşdırılmış layihəni ortaya çıxarmaq mümkün olub.
 
Nəhayət ki, belə bir vacib sənədin qəbulu ölkəmiz üçün xeyli əhəmiyyətli hadisədir. Dünyada, regionda hazırda bu istiqamətdə amansız bir rəqabət, çarpışma var. Ölkəmizin bu prosesdən geri qalması heç bir halda doğru olmazdı. Bu baxımdan sənəddə xeyli əhəmiyyətli məqamlar gözə dəyir".
 
Osman Gündüzün sözlərinə görə, ümumiyyətlə, Strategiya süni intellekt sahəsində Azərbaycanın konkret hədəflərini, məqsədlərini və ona uyğun da vəzifələri və tədbirləri müəyyənləşdirib:
 
"Kokret tədbirlər, icra müddəti və məsul qurumlar, gözlənilən nəticələr nəzərdə tutulub. 4 əsas istiqamət üzrə 15 tədbir müəyyən edilib. Süni intellektin tətbiqi üzrə prioritet istiqamətlər, əlaqəli dövlət qurumlarının siyahısı hökumət tərəfindən təsdiqlənməlidir.
 
Burada diqqət cəlb edən məsələ həm də odur ki, Strategiyadakı tədbirlərin əlaqələndirməsi və icraya nəzarət hansısa bir mərkəzi icra qurumuna deyil, birbaşa Nazirlər Kabinetinə verilib.
 
Tədbirlər içərisində əsas icraçı qurum olaraq RİNN daha çox gözə çarpır. Həmçinin İqtisadiyyat Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, XRİTDX, Elm və Təhsil Nazirliyi, VXSİDX və digər qurumlar tədbirlərin icrası üçün məsuldur.
 
Strategiya Süni intellektin idarəetməsinin inkişafını və müvafiq hesablama infrastrukturun yaradılmasını, Data idarəetməsi və infrastrukturunun təkmilləşdirilməsini, Kadr potensialının artırılmasını və Süni intellekt Akademiyasının yaradılmasını, Əlverişli biznes mühitinin və müvafiq dövlət standartlarının yaradılmasını, süni intellekt sahəsində cəmiyyətin məlumatlılığının təşkilini nəzərdə tutub".
 
Ekspert bildirib ki, nəhayət Təbii Dil Emalı ilə bağlı işlərin də görülməsi burada öz əksini tapıb:
 
"Bu Strategiya, Azərbaycanın rəqəmsal gələcəyini qurmaq üçün əsas addımlardan biridir.
 
Sənəd ölkədə süni intellekt ekosisteminin formalaşmasına və bununla əlaqəli əlverişli mühitin inkişafına, kadr potensialının formalaşmasına təkan verəcək.
 
Qeyd olunanların reallaşdırılması təkcə texnoloji inkişafı deyil, həm də iqtisadi, sosial və beynəlxalq sahələrdə ölkəmizin mövqeyini gücləndirəcək.
 
Düşünürəm ki, bu Strategiya, Azərbaycanın rəqabət qabiliyyətinin güclənməsində mühüm rol oynayacaq.
 
Əlbəttə, uğur qazanmaq üçün Strategiyanın effektiv şəkildə həyata keçirilməsi, resursların düzgün bölüşdürülməsi və davamlı monitorinq zəruridir".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: Rəqəmsal İnkişaf Konsepsiyasının qəbulu üçün 4 il lazım olub

16-01-2025

Süni intellektin inkişafı üçün əlverişli biznes mühiti yaradılacaq

19-03-2025

"Süni intellekt Strategiyası” çərçivəsində görüş keçirilib

24-10-2025

"2025-2028-ci illər üçün süni intellekt Strategiyası" təsdiqlənib

19-03-2025

Süni intellekt üzrə prioritet sektorların siyahısı hazırlanacaq

19-03-2025

Azərbaycanda Süni İntellekt Akademiyası yaradılacaq

19-03-2025

Biznesin və elmi tədqiqat sektorunun dövlətə məxsus dataya əlçatanlığı yoxdur - Osman Gündüz

03-11-2025

"Milli Strategiya ilə bağlı dövlət proqramı hazırlanmalıdır"

04-04-2014

Süni intellekt rəqəmsal gələcəyin möhkəmlənməsində mühüm rol oynayacaq

19-03-2025

Baş nazir süni intellekt strategiyası ilə bağlı yeni sərəncam imzalayıb

30-04-2025

“Azərbaycanda rəqəmsal iqtisadiyyat dövrü başlayır” - Osman Gündüz

10-12-2025

4SİM: "Milli süni intellekt strategiyası üçün yol xəritəsi tərtib olunub"

13-04-2023

Texnologiya parklarında süni intellekt texnologiyaları istehsal olunacaq

19-03-2025

“AI Strategiyasındakı lənglik rəqabət qabiliyyətimizi zəiflədir” - Ekspert

20-11-2025

Rəqəmsal iqtisadiyyatın inkişafı Strategiyası “Strateji İntellekt” platformasına inteqrasiya olunub

28-04-2026

Azərbaycanda Superkompüter mərkəzləri qurulur - Ekspert

02-05-2025

“Əqli mülkiyyət və süni intellekt” mövzusunda konfrans işə başlayıb

09-12-2025

Rəqəmsal iqtisadiyyatın inkişafına dair Strategiya təsdiqlənib

10-12-2025

Ekspert: Süni İntellekt Akademiyasını hansı qurum yaradır?

08-04-2025

İİTKM-də süni intellekt strategiyası ilə bağlı indikativ planlaşma aparılıb

14-05-2025

Ekspert: Hansı ölkələr NVİDİA-dan çiplər ala bilib?

27-01-2025

"Ölkədə süni intellekt ekosisteminin formalaşması xeyli sürətlənib" - Ekspert

09-04-2025

Azərbaycanda kağız daşıyıcılardan imtina olunacaq

16-01-2025

BDU-da rəqəmsallaşma istiqamətində fəaliyyət planı təkmilləşdirilir

17-02-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə