Previous Next
Bağla

"Süni intellekt Strategiyası” çərçivəsində görüş keçirilib

24-10-2025 11:08
"Süni intellekt Strategiyası” çərçivəsində görüş keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” çərçivəsində 2026-cı il üçün yekun nəticə indikatorları üzrə hədəf göstəricilərin dəqiqləşdirilməsi məqsədilə iclas keçirilib.

Xeberler.az bildirir ki, onlayn iclasda Strategiya üzrə əsas icraçı orqanlar - Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, İqtisadiyyat Nazirliyinin və Elm və Təhsil Nazirliyinin nümayəndələri iştirak ediblər.

Ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması, süni intellektin tətbiqi üçün əlverişli şərait yaradılması, süni intellekt sənayesində işləmək üçün ixtisaslı işçi qüvvəsinin hazırlanması, cəmiyyətin bütün üzvlərinə süni intellektin faydalarının geniş şəkildə təbliğ edilməsi Strategiyanın əsas hədəfləridir. İclasda 2025-ci ildə hədəf indikatorlar üzrə həyata keçirilən tədbirlərin cari icra vəziyyəti və 2026-cı il üçün nəticə indikatorları üzrə hədəf göstəricilərin müəyyənləşdirilməsi məsələləri müzakirə edilib.

“Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 mart tarixli, 530 nömrəli Sərəncamının 4-cü bəndinə əsasən, Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə edilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Süni intellektin inkişafı üçün əlverişli biznes mühiti yaradılacaq

19-03-2025

İİTKM-də süni intellekt strategiyası ilə bağlı indikativ planlaşma aparılıb

14-05-2025

"2025-2028-ci illər üçün süni intellekt Strategiyası" təsdiqlənib

19-03-2025

Rəqəmsal inkişaf planı üzrə görüş keçirilib

19-05-2026

Baş nazir süni intellekt strategiyası ilə bağlı yeni sərəncam imzalayıb

30-04-2025

"İqtisadi artım üzrə işçi qrupu"nun iclası keçirilib

04-02-2026

Rəqəmsal iqtisadiyyatın inkişafına dair Strategiya təsdiqlənib

10-12-2025

BDU-da Süni intellekt etikası üzrə birinci Gənclər Forumu keçiriləcək

06-08-2025

Süni intellekt sahəsində yeni dövlət standartları qəbul edilib

05-06-2025

Azərbaycanda süni intellektlə bağlı dövlət standartı qəbul edilib

28-07-2025

İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair İşçi qrupu yaradıldı

13-01-2024

Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair iclas keçirilib

21-02-2025

Süni intellekt üzrə prioritet sektorların siyahısı hazırlanacaq

19-03-2025

Süni intellekt Strategiyasının məqsədləri məlum olub

19-03-2025

“İnnovasiya” İşçi qrupunun növbəti iclası keçirilib

13-09-2024

Sədr: "ASAN xidmət"in fəaliyyətində süni intellektin tətbiqinin uğurlu nəticələri görünür

02-12-2025

Rəqəmsal inkişafın sürətləndirilməsinə dair Fəaliyyət Planı təsdiqlənib

27-02-2026

İİTKM süni intellektin tətbiqinə dair beynəlxalq seminar təşkil edib

30-10-2025

“Yaşıl enerji məkanı” üzrə İşçi qrup 2023-cü ilin yekun hesabatını müzakirə edib

19-02-2024

“İnnovasiya” İşçi qrupunun növbəti iclası keçirilib

11-02-2026

Azərbaycan nümayəndələri "Süni intellektlə bağlı" layihədə iştirak ediblər

14-07-2025

“İnnovasiya” İşçi qrupunda 2024-cü ilin nəticələri müzakirə edilib

04-02-2025

“İnnovasiya” işçi qrupunun növbəti iclası keçirilib

05-09-2025

“İnnovasiya” İşçi qrupu 2023-cü ilin yekun hesabatını müzakirə edib

21-02-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə