Previous Next
Bağla

Ekspert: Hansı ölkələr NVİDİA-dan çiplər ala bilib?

27-01-2025 18:43
Ekspert: Hansı ölkələr NVİDİA-dan çiplər ala bilib?
"Süni intellekt üçün nəzərdə tutulan çiplərin əsas istehsalçısı NVİDİA-dır. AMD, Huawei, İntel və s. qurumlar bu sektorda söz sahibi olmaq istəsələr də qarşıya qoyulan vəzifələrin icrası baxımından NVİDİA məhsulları hələlik bazarda hökmranlıq edir".
 
Xeberler.az məlumat verir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspertin sözlərinə görə, məhz bu baxımdan NVİDİA şirkəti qısa zamanda çox sürətlə inkişaf edib, bazar dəyəri dünyada ən yüksək səviyyəyə çatıb:
 
"NVİDİA çipləri yüksək performanslı hesablama və süni intellekt modellərinin, neyron şəbəkələrin təlimi üçün optimallaşdırılıb. Xüsusilə də big dataların analizi, elmi tədqiqatlarda və yüksək hesablama gücü tələb edən simulyasiyalarda, təhlükəszilik məqsədli simulyasiyalarda və modellərin hazırlanmasında əsas komponetdir".
 
Osman Gündüz bildirib ki, bütün dünyada bu çiplərin əldə edilməsi uğrunda amansız yarış gedir:
 
"Həmçinin MDB ölkələri və Azərbaycan da süni intellekt infrastrukturunun, Superkompüter Mərkəzinin qurulması üçün bu çiplərdən əldə etməyə çalışır.
 
Lakin məsələ ondadır ki, ABŞ hökuməti, süni intellekt çiplərinin ixracına dair müəyyən məhdudiyyətlər tətbiq edir. Çin və Rusiya, həmçinin onlarla əlaqəli olan ölkələrə bu resursların satışı qadağandır.
 
Məqsəd, süni intellekt texnologiyalarının ABŞ-ın müttəfiqləri arasında cəmləşdirilməsi və inkişaf etmiş texnologiyaların Çin və Rusiyanın əlinə keçməsinin qarşısını almaqdır. Tramp gələndən sonra bu qaydaların daha da sərtləşdiriləcəyi gözlənilir. Yalnız ABŞ-ın yaxın müttəfiqləri Amerikan çiplərinə məhdudiyyətsiz çıxış əldə edəcəklər".
 
Ekspert qeyd edib ki, Qazaxıstan bir ildən çoxdur ki, öz ölkəsində süni intellekt infrastrukturu qurmaq, Superkompüter Mərkəzi yaratmaq üçün BƏƏ və süni intellekt sahəsində öndə gedən Presihgt şirkəti ilə əməkdaşlıq edir. Bu sahəyə böyük pullar ayrılıb:
 
"Lakin hələlik görünən odru ki, çox çalışsalar da NVİDİA-dan nəsə almaları haqında məlumat yoxdur. Layihənin icrasının ləngidiyi məlumdur. Çox güman ki Qazaxıstanın Rusiyaya sanksiyalardan yayınmaq üçün köməkliyi iddiaları ona bu sahədə problem yaradıb. Eyni situasiya bir çox digər region ölkələrdə də müşahidə olunur".
 
Osman Gündüzün sözlərinə görə, hələlik bu sahədə problemi olmayan Ermənistandır:
 
"NVİDİA bu ölkə ilə ciddi işbirliyəndədir. Xeyli müddətdir ki, burada oturuşublar. Maraqlıdır ki Ermənistanın Rusiya ilə iqtisadi bağlantıları, saknsiyalardan yayınmağa köməkliyi NVİDİA ilə əməkdaşlılğa mane olmur. Artıq bu ölkədə 2-ci Superkompüter Mərkəzinin açılçması haqqında müzakirələr gedir və real işlər də görünür".
 
Ekspert bildirib ki, Azərbaycanda süni intellekt sektorunda iki əsas qurum var, RİNN-in tabeliyində olan Aİ Lab və İqtisadiyyat Nazirliyinin tabeliyində olan 4SİM:
 
"Bildiyim qədərilə Aİ Lab xeyli müddət öncədən NVİDİA ilə müəyyən danışıqlarda olub. Lakin hələlik bu danışıqların uğurla nəticələndiyi görsənmir. Görünən odur ki Aİ Lab da boş dayanmayıb, əsasən təhsil sahəsinə yönəlib və Aİ Academy formalaşdırıb.
 
Lakin son zamanlarda İqtisadiyyat Nazirliyi tərəfindən ölkədə hamının bəhrələnə biləcəyi bir Superkompüter Mərkəzinin yaradılmasına start verməsi haqqında məlumatlar daxil olur.
 
Əgər ölkədə süni intellektin inkişafı üçün qurulacaq Superkompüter Mərkəzi söhbəti realdırsa, hansı ki bu sektora real maliyyə resursları ayrılıb, onda düşünmək olar ki, zəruri olan çiplərin alınması istiqamətində İqtisadiyyat Nazirliyinin səviyyəsində uğurlu nəticələr əldə olunub. Qurum bunu reallaşdıra bilsə, düşünürəm ki, ölkədə süni intellekt sahəsində ciddi dönüş yarana bilər.
 
Hələlik bu istiqamətdə rəsmi açıqlamalar yoxdur".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda Superkompüter mərkəzləri qurulur - Ekspert

02-05-2025

Osman Gündüz: 2-ci Superkompüter Mərkəzini quracaq şirkət bəlli olub

26-05-2025

Qazaxıstanın "Süni İntellekt" planı reallaşır - Osman Gündüz

14-05-2025

Azərbaycan "Nvidia" ilə əməkdaşlığı müzakirə edib

13-12-2025

“Nvidia” “Siemens” şirkəti ilə əməkdaşlıq edəcək

07-01-2026

Özbəkistan “Nvidia” ilə əməkdaşlığa başlayır

10-11-2025

Yaşıl enerji təminatlı superkompüter Mərkəzinin qurulmasını hədəfləmək COP29 üçün də böyük töhfə ola bilərdi

23-04-2024

Nvidia Çin bazarına süni intellekt çiplərinin satışını bərpa edir

15-07-2025

Nvidia "H200" çip komponentləri təchizatçıları istehsalı dayandırıblar

17-01-2026

Nvidia yenidən dünyanın ən yüksək bazar dəyərinə malik şirkəti olub

04-07-2025

Nvidia yeni nəsil süni intellekt çipini təqdim edib

20-05-2025

Nvidia Çin bazarı üçün Süni İntellekt Çipi hazırlayır

20-08-2025

Osman Gündüz: Az-LLM-in yaradılması strateji əhəmiyyət daşıyır

11-02-2025

“Nvidia” ən dəyərli şirkətlər reytinqində birinci yerə yüksəlib

04-06-2025

Ekspert: Süni İntellekt Akademiyasını hansı qurum yaradır?

08-04-2025

Ermənistan Nvidia ilə 500 milyonluq texnoloji layihəyə start verir - Osman Gündüz

12-06-2025

“Sənaye 4.0: imkanlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

29-05-2025

Çin yerli şirkətlərə Nvidia çiplərinin istifadəsini məhdudlaşdırıb

12-08-2025

Nvidia: Çin süni intellekt yarışında ABŞ-yə qalib gələcək

06-11-2025

Ekspert: NVİDİA Ermənistana 1.5 milyard dollar investisiya yatıracaq

19-11-2025

“Nvidia AI” ilə “DeepL” 18 gündə bütün interneti tərcümə edə bilir

13-06-2025

DeepSeek Sİ modelinin hazırlanmasına 294 min dollar xərcləyib

19-09-2025

Nvidia Səudiyyə Ərəbistanının süni intellekt startapı ilə saziş imzalayıb

15-05-2025

Superkompüter Mərkəzlərindən hansına "MİLLİ" statusu veriləcək ?

12-05-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə