Previous Next
Bağla

Ekspert: Süni İntellekt Akademiyasını hansı qurum yaradır?

08-04-2025 17:24
Ekspert: Süni İntellekt Akademiyasını hansı qurum yaradır?
"Prezident tərəfindən təsdiqlənmiş “Azərbaycanın Süni İntellekt Strategiyası” ölkəmizdə rəqəmsal inkişafın və yeni texnologiyaların geniş tətbiqini sürətləndirmək üçün mühüm bir mərhələdir. Strategiyanın əsas məqsədlərindən biri – Süni intellekt üzrə istedad və bacarıqların təkmilləşdirilməsidir".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspertin sözlərinə görə, artıq bu sahədə kadr potensialının gücləndirilməsi üçün konkret addımlar atılır. Strategiyada bu məqsədlə Süni İntellekt Akademiyasının yaradılması nəzərdə tutulub.
 
Görəsən hansı qurum bunu yaradacaq?
 
Suala cavab olaraq Osman Gündüz bildirib ki, görmək olur ki, belə bir qurum formalaşdırılıb:
 
"Strategiyanın bu bəndinin icrası üçün əsas məsul qurum Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir. Nazirliyin 3 il bundan öncə fəaliyyətə başlayan Süni İntellekt Laboratoriyasının (Aİ Lab) resurslarından görsənir ki, Aİ Academy (aiacademy.az) Nazirliyin təşəbbüsü ilə artıq fəaliyyətə başlayıb.
 
Aİ Lab-ın ən önəmli təşəbbüslərdən biri də elə yeni yaradılan tədris mərkəzi - AI Academy-dir. Burada tam ödənişsiz şəkildə dərslərin təşkili, yüksək ixtisaslı yerli və beynəlxalq mütəxəssislərlə əməkdaşlıq nəzərdə tutulub".
 
Qeyd edək ki, AI Academy, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və xarici partnyorların iştirakı ilə dərslərə başlamaq üçün elanlar verilib.
 
Tədris proqramına hələlik aşağıdakı istiqamətlər daxil edilib:
 
• Süni intellekt üçün riyaziyyat
• Süni intellekt mühəndisliyi
• Menecerlər üçün süni intellekt
 
Ekspert bildirib ki, Süni İntellekt Strategiyasının hazırlanmasında yaxından iştirak edən AI Lab hazırda AzİnTelecom tərəfindən elan edilmiş və ölkə üzrə Süni İntellekt Laboratoriyasının qurulması ilə bağlı tender layihəsinin də əsas sifarişçisidir:
 
"Bu laboratoriyanın məqsədi, ölkədə süni intellekt həllərinin yaradılması və inkişaf etdirilməsi üçün güclü hesablama və texnoloji infrastrukturun - Superkompüter Mərkəzinin qurulmasıdır. Bu resursun gələcəkdə həm dövlət, həm akademik və özəl sektor, həm də startaplar tərəfindən istifadə ediləcəyi gözlənilir.
 
Xatırladıram ki, bu, artıq ölkədə ikinci bir Superkompüter Mərkəzidir. Bundan öncə də İqtisadiyyat Nazirliyi tərəfindən elan edilən tenderin qalibi olan Caspel şirkəti hazırda böyük bir Superkompüter Mərkəzinin qurulmasını başa çatdırmaq üzrədir".
 
Osman Gündüzün sözlərinə görə, eyni zamanda müşahidələr göstərir ki, özəl sektor da RİNN və universitetlərlə yanaşı süni intellekt sahəsində kadrların hazırlanmasında aktiv fəaliyyət göstərirlər.:
 
"Düşünürəm ki, RİNN, Elm və Təhsil Nazirliyi və digər əlaqəli qururmların bu tip peşəkar mərkəzlərə də dəstək verməsi, xarici partnyorların bu qurumlarla da əməkdaşlığının təşkilinə köməklik göstərməsi vacibdir və bu çox faydalı olardı.
 
Bütün bu addımlar təqdirəlayiqdir və düşünürəm ki, Azərbaycanın regional süni intellekt mərkəzinə çevrilməsi yolunda strateji və praktiki irəliləyişlərdir".
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda Superkompüter mərkəzləri qurulur - Ekspert

Azərbaycanda Superkompüter mərkəzləri qurulur - Ekspert

02-05-2025
Pavel Durov Astanada süni intellekt laboratoriyasının açılışını elan edib

Pavel Durov Astanada süni intellekt laboratoriyasının açılışını elan edib

02-10-2025
"Ölkədə süni intellekt ekosisteminin formalaşması xeyli sürətlənib" - Ekspert

"Ölkədə süni intellekt ekosisteminin formalaşması xeyli sürətlənib" - Ekspert

09-04-2025
Osman Gündüz: 2-ci Superkompüter Mərkəzini quracaq şirkət bəlli olub

Osman Gündüz: 2-ci Superkompüter Mərkəzini quracaq şirkət bəlli olub

26-05-2025
Ekspert: Azərbaycan süni intellekt ekosistemində yeni mərhələyə keçir

Ekspert: Azərbaycan süni intellekt ekosistemində yeni mərhələyə keçir

13-09-2025
Ekspert: Hansı ölkələr NVİDİA-dan çiplər ala bilib?

Ekspert: Hansı ölkələr NVİDİA-dan çiplər ala bilib?

27-01-2025
Yaşıl enerji təminatlı superkompüter Mərkəzinin qurulmasını hədəfləmək COP29 üçün də böyük töhfə ola bilərdi

Yaşıl enerji təminatlı superkompüter Mərkəzinin qurulmasını hədəfləmək COP29 üçün də böyük töhfə ola bilərdi

23-04-2024
Milli Süni İntellekt Mərkəzi 3 süni intellekt layihəsini istifadəyə verib

Milli Süni İntellekt Mərkəzi 3 süni intellekt layihəsini istifadəyə verib

11-12-2025
Azərbaycanda Süni İntellekt Akademiyası yaradılacaq

Azərbaycanda Süni İntellekt Akademiyası yaradılacaq

19-03-2025
Süni intellekt üzrə prioritet sektorların siyahısı hazırlanacaq

Süni intellekt üzrə prioritet sektorların siyahısı hazırlanacaq

19-03-2025
Qazaxıstanın "Süni İntellekt" planı reallaşır - Osman Gündüz

Qazaxıstanın "Süni İntellekt" planı reallaşır - Osman Gündüz

14-05-2025
DİN süni intellektin tətbiqi sahəsində yeni mərhələyə keçir - Ekspert

DİN süni intellektin tətbiqi sahəsində yeni mərhələyə keçir - Ekspert

18-08-2025
“AzInTelecom” Azərbaycanda ilk Superkompüter Mərkəzi qurub

“AzInTelecom” Azərbaycanda ilk Superkompüter Mərkəzi qurub

15-12-2025
Milli Süni İntellekt Strategiyası gələn il hazır olacaq

Milli Süni İntellekt Strategiyası gələn il hazır olacaq

16-12-2022
Azərbaycanda süni intellekt üzrə kadrlar hazırlayan akademiya

Azərbaycanda süni intellekt üzrə kadrlar hazırlayan akademiya

16-02-2023
Rəqəmsal infrastrukturda yeni mərhələ: Milli Superkompüter Mərkəzi

Rəqəmsal infrastrukturda yeni mərhələ: Milli Superkompüter Mərkəzi

25-05-2026
Osman Gündüz: Süni intellekt Strategiyası bizə nə verəcək?

Osman Gündüz: Süni intellekt Strategiyası bizə nə verəcək?

19-03-2025
Superkompüter Mərkəzlərindən hansına "MİLLİ" statusu veriləcək ?

Superkompüter Mərkəzlərindən hansına "MİLLİ" statusu veriləcək ?

12-05-2026
BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır

BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır

25-06-2026
Qazaxıstan və Çin süni intellekt laboratoriyasının yaradılması üzrə layihəyə başlayacaq

Qazaxıstan və Çin süni intellekt laboratoriyasının yaradılması üzrə layihəyə başlayacaq

09-02-2025
Biznesin və elmi tədqiqat sektorunun dövlətə məxsus dataya əlçatanlığı yoxdur - Osman Gündüz

Biznesin və elmi tədqiqat sektorunun dövlətə məxsus dataya əlçatanlığı yoxdur - Osman Gündüz

03-11-2025
Hansı dövlət və özəl qurumlarımız süni intellektdən istifadə edir ?

Hansı dövlət və özəl qurumlarımız süni intellektdən istifadə edir ?

13-02-2024
Süni İntellekt Akademiyası fəaliyyətə başlayıb

Süni İntellekt Akademiyası fəaliyyətə başlayıb

08-09-2025
Azərbaycanda İKT üzrə ixtisasartırma proqramına start verilir

Azərbaycanda İKT üzrə ixtisasartırma proqramına start verilir

21-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə