Previous Next
Bağla

Azərbaycanda Superkompüter mərkəzləri qurulur - Ekspert

02-05-2025 13:29
Azərbaycanda Superkompüter mərkəzləri qurulur - Ekspert
Superkompüter Mərkəzi — yüksək hesablama gücünə malik GPU çiplərindən istifadə edilən, böyük həcmli məlumatların emalı və süni intellekt modellərinin icrası üçün istifadə olunan texnoloji infrastrukturdur.
 
Xeberler.az bildirir ki, bununla bağlı Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz paylaşım edib.
 
Ekspert bildirib ki, hazırda Azərbaycanda süni intellekt ekosistemini gücləndirmək məqsədilə iki Superkompüter Mərkəzi qurulur. Bu mərkəzlər həm dövlət sektorunun, həm də startap və innovativ biznesin süni intellekt layihələrinə texnoloji dəstək məqsədilə yaradılır:
 
"Birinci mərkəz İqtisadiyyat Nazirliyinin dəstəyi ilə CASPEL şirkəti tərəfindən inşa olunur və yalnız dövlət qurumlarının, elmi tədqiqat qurumların süni intellekt layihələri üçün nəzərdə tutulub. Artıq bütün dövlət qurumlarına bununla bağlı müraciətlər göndərilib.
 
Layihənin əsas icra tərəfi  İqtisadiyyat Nazirliyinin İKT Departamentidir. Bu mərkəzə 20 milyon manat büdcə ayrılıb, Dell texnologiyası üzərində qurulur və NVIDIA H200 GPU-lar ilə təchiz olunur.
 
Təşkilatçılar layihənin ən çətin mərhələlərdən biri olan, ABŞ-dan NVIDIA-nın GPU çiplərinin lisenziyasının əldə olunmasını da artıq tamamlayıblar. Hazırda xidmətlərin dizaynı və tarifləri üzərində işlər gedir".
 
Osman Gündüzün sözlərinə görə, ikinci mərkəz isə AzİnTelecom tərəfindən qurulur və bu yaxınlarda 7 milyon manatlıq tenderin nəticəsində işlərə start verilib:
 
"Tender başa çatlb, lakin 2-ci Superkompüter Mərkəzini quracaq şirkəti AzİnTelecom hələlik elan etməyib. Bu mərkəzin Lenovo texnologiyası üzərində qurulması gözlənilir və NVIDIA H200 GPU çipləri ilə təchiz ediləcək. Hələlik ən çətin mərhələnin, NVİDİA çipləri üçün ABŞ-dan lisenziyanın əldə olunması haqqında məlumatlar verilməyib.
 
Bu mərkəzdə əsas istifadəçi qismində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzdində fəaliyyət göstərən AI Lab, həmçinin startaplar, innovasiya ekosisteminin iştirakçıları və biznes strukturları nəzərdə tutulub.
 
Xatırladıram ki, Süni İntellekt Akademiyası da Aİ Lab tərəfindən yaradılır.
 
AzİnTelecom-un Superkompüter Mərkəzinin tarifləri də hələ müəyyənləşdirilməyib, lakin bu məsələ ötən gün İRİA-da keçirilən görüşdə xüsusi müzakirə mövzusu olub".
 
Ekspert qeyd edib ki, bu yaxınlarda Prezident tərəfindən təsdiqlənən süni intellekt Strategiyasında infrastrukturun inkişafı üçün belə superkompüter mərkəzinin yaradılması nəzərdə tutulmuşdu:
 
"Strategiyanın qəbulundan dərhal sonra cavabdeh qurumlar tərəfindən real işlərin görülməsi diqqət cəlb edəndir və təqdirə layiqdir.
 
Dövlət qurumları üçün süni intellekt layihələrin xarici resurslarda saxlanılması
müəyyən risklər yaradır.
 
Özəllər, startaplar üçün də GPU əsaslı süni intellekt modellərin xarici resurslarda yerləşməsi xeyli xərclər tələb edir.
 
Bu baxımdan, düşünürəm ki, hər iki mərkəzin şəffaf, açıq və rəqabətqabiliyyətli olması, həm dövlət, həm də özəl sektor üçün əlçatan tariflərlə xidmət göstərməsi süni intellekt ekosisteminin inkişafına mühüm töhfə verəcək".
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Osman Gündüz: 2-ci Superkompüter Mərkəzini quracaq şirkət bəlli olub

26-05-2025

Superkompüter Mərkəzlərindən hansına "MİLLİ" statusu veriləcək ?

12-05-2026

“AzInTelecom” Azərbaycanda ilk Superkompüter Mərkəzi qurub

15-12-2025

Qazaxıstanın "Süni İntellekt" planı reallaşır - Osman Gündüz

14-05-2025

Ekspert: Hansı ölkələr NVİDİA-dan çiplər ala bilib?

27-01-2025

Ekspert: Süni İntellekt Akademiyasını hansı qurum yaradır?

08-04-2025

Yaşıl enerji təminatlı superkompüter Mərkəzinin qurulmasını hədəfləmək COP29 üçün də böyük töhfə ola bilərdi

23-04-2024

Rəqəmsal infrastrukturda yeni mərhələ: Milli Superkompüter Mərkəzi

25-05-2026

Ermənistan Nvidia ilə 500 milyonluq texnoloji layihəyə start verir - Osman Gündüz

12-06-2025

Plastik kart ölçüsündə superkompüter təqdim edilib

12-11-2015

Lenovo və NVIDIA GenAI üçün hibrid həllər təqdim edib

27-10-2023

"Ölkədə süni intellekt ekosisteminin formalaşması xeyli sürətlənib" - Ekspert

09-04-2025

Biznesin və elmi tədqiqat sektorunun dövlətə məxsus dataya əlçatanlığı yoxdur - Osman Gündüz

03-11-2025

“Sənaye 4.0: imkanlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

29-05-2025

İlk superkompüter Qazaxıstana gətirilib

19-05-2025

Almaniyada Avropanın ilk superkompüteri istifadəyə verilib

06-09-2025

Osman Gündüz: Ölkədə süni intellekt sahəsində vəziyyət necədir?

17-01-2025

“AzInTelecom”un superkompüter infrastrukturunun istifadəsinə başlanılıb

20-04-2026

Ekspert: NVİDİA Ermənistana 1.5 milyard dollar investisiya yatıracaq

19-11-2025

Pavel Durov Astanada süni intellekt laboratoriyasının açılışını elan edib

02-10-2025

Osman Gündüz: Az-LLM-in yaradılması strateji əhəmiyyət daşıyır

11-02-2025

Çin yeni superkompüter yaradır

23-01-2016

Ermənistanın nüvə-AI strategiyası: Azərbaycan üçün risklər və imkanlar

10-02-2026

Dövlət qurumları hansı süni intellekt layihələri təqdim edib? - Təhlil

03-10-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə