Previous Next
Bağla

“AI Strategiyasındakı lənglik rəqabət qabiliyyətimizi zəiflədir” - Ekspert

20-11-2025 20:54
“AI Strategiyasındakı lənglik rəqabət qabiliyyətimizi zəiflədir” - Ekspert
"Azərbaycan 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasını təsdiq edib. Sənəd doğru istiqamətdə bir addımdır, amma reallıq odur ki, bu sənəd hələ də icraya yönəlik deyil, çox ümumi və konseptual xarakter daşıyır".
 
Xeberler.az bildirir ki, bunu Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspert qeyd edib ki, başqa ölkələrdəki AI strategiyaları ilə müqayisədə bizim sənədin zəif tərəfləri daha qabarıq görünür:
 
"Xüsusilə də, Strategiyada əlaqələndirmə Nazirlər Kabinetinə həvalə edilsə də, indiyə qədər nə prioritet sektorlar açıqlanıb, nə idarəetmə mexanizmi formalaşıb, nə də dövlət qurumları üçün fəaliyyət planları hazırlanıb. Bəlkə də var, amma bütün bunlar pərakəndə haldadır.
 
Süni intellekt kimi sürətli transformasiya tələb edən sahədə bu lənglik artıq ciddi riskdir".
 
Əsas boşluqlar nələrdir?
 
Osman Gündüz bildirib ki, idarəetmə modeli qeyri-müəyyəndir: AI Agentliyi, sektor komitələri, data tənzimləmə mexanizmləri yoxdur. Data siyasəti demək olar ki, yoxdur: dəfələrlə deyilən problem - dövlət datalarına əlçatanlıq, data ekonomika modeli, Data Exchange platforması, data etikası strategiyada əksini tapmayıb:
 
"Azərbaycan dili və milli LLM üzrə yol xəritəsi yoxdur: TDE istiqamətləri qeyd edilsə də, milli dil korpusu, LLM-lərin yaradılması üzrə konkret plan yoxdur.
 
Hesablama infrastrukturu gecikdirilib: GPU klasterləri 2026–2028-ci illər üçün nəzərdə tutulub — bu isə regional və beynəlxalq rəqabətdə bizi çox geri salır.
 
Bildiiym qədər İN və AzİnTelecom-a məxsus superkompüter mərkəzlərində işlər başa çatmaq üzrədir. Fikrimcə onların tez istifadəyə vermək doğru olardı.
 
Biz gərək indidən bilək ki nə qədər xidmət AI ilə optimallaşdırılacaq, hansı sahələrdə effektivlik artacaq, hansı modellər hazırlanacaq – heç biri Strategiyada göstərilmir.
Əlbəttə Strategiyada nəzərdə tutulan “təlim”, “maarifləndirmə”, “resursların təhlili” kimi müddəalar vacibdir.
 
Amma daha çox real nəticə yaradacaq layihələrə ehtiyac var.
 
Baxıram ki, BƏƏ, Türkiyə, Səudiyyə Ərəbistanı, Ermənistan, Qazaxıstan və s. kimi ölkələr konkret yanaşma sərgiləyiblər, konkret maliyyə çərçivələri, milli modellər və GPU klasterləri müəyyən ediblər".
 
Ekspert bildirib ki, bir yandan mövcud Strategiyada olan məsələlərin müəyyənləşməsində gecikirik, digər tərəfdən də rəqabətə davamlılıq üçün bizə daha təkmil bir yanaşma vacibdir:
 
"Düşünürəm ki ən qısa zamanda Nazirlər Kabineti strategiyada nəzərdə tutulan qurumları, biznesi, maraqlı tərəfləri bir yerə toplayaraq bir əlaqələndrimə sistemi formalaşdırmalıdır və yeni tədbirlər planının hazırlanmasına, bu sahəyə böyük maliyyə resurslarının ayrılmasına start verməlidir".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Superkompüter Mərkəzlərindən hansına "MİLLİ" statusu veriləcək ?

Superkompüter Mərkəzlərindən hansına "MİLLİ" statusu veriləcək ?

12-05-2026
“Azərbaycanda rəqəmsal iqtisadiyyat dövrü başlayır” - Osman Gündüz

“Azərbaycanda rəqəmsal iqtisadiyyat dövrü başlayır” - Osman Gündüz

10-12-2025
Rəqəmsal iqtisadiyyatın inkişafına dair Strategiya təsdiqlənib

Rəqəmsal iqtisadiyyatın inkişafına dair Strategiya təsdiqlənib

10-12-2025
Süni intellekt üzrə prioritet sektorların siyahısı hazırlanacaq

Süni intellekt üzrə prioritet sektorların siyahısı hazırlanacaq

19-03-2025
Osman Gündüz: Milli Korpus və Az-LLM nə zaman yaradılacaq?

Osman Gündüz: Milli Korpus və Az-LLM nə zaman yaradılacaq?

10-04-2025
Baş nazir süni intellekt strategiyası ilə bağlı yeni sərəncam imzalayıb

Baş nazir süni intellekt strategiyası ilə bağlı yeni sərəncam imzalayıb

30-04-2025
Yaşıl enerji təminatlı superkompüter Mərkəzinin qurulmasını hədəfləmək COP29 üçün də böyük töhfə ola bilərdi

Yaşıl enerji təminatlı superkompüter Mərkəzinin qurulmasını hədəfləmək COP29 üçün də böyük töhfə ola bilərdi

23-04-2024
Osman Gündüz: Süni intellekt Strategiyası bizə nə verəcək?

Osman Gündüz: Süni intellekt Strategiyası bizə nə verəcək?

19-03-2025
Biznesin və elmi tədqiqat sektorunun dövlətə məxsus dataya əlçatanlığı yoxdur - Osman Gündüz

Biznesin və elmi tədqiqat sektorunun dövlətə məxsus dataya əlçatanlığı yoxdur - Osman Gündüz

03-11-2025
Osman Gündüz: Az-LLM-in yaradılması strateji əhəmiyyət daşıyır

Osman Gündüz: Az-LLM-in yaradılması strateji əhəmiyyət daşıyır

11-02-2025
Ekspert: Kim hazırdır, kim geridə qalır? AI reytinqində Azərbaycanın mövqeyi

Ekspert: Kim hazırdır, kim geridə qalır? AI reytinqində Azərbaycanın mövqeyi

07-01-2026
Ekspert: Rəqəmsal müavinlərlə bağlı tapşırığın icrasına 1 ay qalıb

Ekspert: Rəqəmsal müavinlərlə bağlı tapşırığın icrasına 1 ay qalıb

08-05-2026
ASAN Xidmətin "Publik Data Portalı" və Dövlət İdarəçiliyində Süni İntellektin Rolu

ASAN Xidmətin "Publik Data Portalı" və Dövlət İdarəçiliyində Süni İntellektin Rolu

04-04-2025
"Süni intellekt Strategiyası” çərçivəsində görüş keçirilib

"Süni intellekt Strategiyası” çərçivəsində görüş keçirilib

24-10-2025
“İnnovasiya və startap ekosistemi üçün açıq dialoq vacibdir” — Ekspert

“İnnovasiya və startap ekosistemi üçün açıq dialoq vacibdir” — Ekspert

06-02-2026
Ekspert: Silicon Valley-də Azərbaycana aid İnnovasiya Evinin yaradılması vacibdir

Ekspert: Silicon Valley-də Azərbaycana aid İnnovasiya Evinin yaradılması vacibdir

23-08-2019
m10 insidenti artıq fintex yox, milli təhlükəsizlik məsələsidir - Ekspert

m10 insidenti artıq fintex yox, milli təhlükəsizlik məsələsidir - Ekspert

18-02-2026
İKT sektorunda tənzimləmə formal xarakter daşıyır – Ekspert rəyi

İKT sektorunda tənzimləmə formal xarakter daşıyır – Ekspert rəyi

23-02-2026
Ekspert: Rəqəmsal İnkişaf Konsepsiyasının qəbulu üçün 4 il lazım olub

Ekspert: Rəqəmsal İnkişaf Konsepsiyasının qəbulu üçün 4 il lazım olub

16-01-2025
Almaniya süni intellektdən istifadəni genişləndirir

Almaniya süni intellektdən istifadəni genişləndirir

15-07-2025
Süni intellektin inkişafı üçün əlverişli biznes mühiti yaradılacaq

Süni intellektin inkişafı üçün əlverişli biznes mühiti yaradılacaq

19-03-2025
Ekspert: Banklar hələ də e-Gov sisteminə inteqrasiya olunmayıb

Ekspert: Banklar hələ də e-Gov sisteminə inteqrasiya olunmayıb

31-10-2019
Ermənistanın nüvə-AI strategiyası: Azərbaycan üçün risklər və imkanlar

Ermənistanın nüvə-AI strategiyası: Azərbaycan üçün risklər və imkanlar

10-02-2026
"2025-2028-ci illər üçün süni intellekt Strategiyası" təsdiqlənib

"2025-2028-ci illər üçün süni intellekt Strategiyası" təsdiqlənib

19-03-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə