2026-cı ilin yanvar ayında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 32 ölkəsinə 1,5 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4 ölkə azdır, xidmət dəyəri isə sabit qalıb.
Xeberler.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın fevral sayına istinadən bildirir ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 65 faizini təşkil edib.
Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 348,5 min dollar ilə Birləşmiş Krallıq, 283 min dollar ilə Lüksemburq, 187,2 min dollar ilə İsveç, 72,4 min dollar ilə Türkiyə, 69,6 min dollar ilə Pakistan qərarlaşıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları